Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Azərbaycan Türk dünyasının parlaq gələcəyi üçün əlindən gələni edir

Azərbaycan Türk dünyasının parlaq gələcəyi üçün əlindən gələni edir

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Bu gün ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı Prezident İlham Əliyevin həm Şimali Kipr Türk Respublikası (ŞKTR) ilə bağlı, həm də Türk Dövlətləri Təşkilatını (TDT) güclü görmək arzumuzla, Azərbaycanın Türkiyə ilə İsrail arasında vasitəçilik etməsi ilə və Suriyaya dəstəyimizlə bağlı səsləndirdiyi bəyanatları, verdiyi mesajları dinləyərkən dövlətimizlə, dövlət başçımızın inamlı və qəti mövqeyi ilə gerçəkdən qürur duydum. Prezidentimizin bu mesajlarından, bəyanatlarından hər kəs öz payını ala bilər. Türk dünyası ilə bağlı taleyüklü məsələlərdə Azərbaycanın qəti mövqeyi ortadadır.
Şimali Kiprə açıq dəstək nümayiş etdirən dövlətimizin başçısı bu türk dövlətinin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında Azərbaycanın fəal rol oynadığını vurğuladı və birmənalı surətdə bəyan etdi ki, biz hər zaman Şimali Kiprdən olan qardaşlarımızın yanındayıq: "Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynadı. Biz bu məsələni fəal şəkildə müdafiə edən ölkələrdənik. Prezident Tatar təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə toplantısına dəvət olundu və orada iştirak etdi. Şimali Kiprin bayrağı da orada dalğalanırdı. Biz hər zaman qardaşlarımızın yanındayıq. Bizim siyasətimiz hər zaman aydın olub. Bizim bu sahədə hər hansı başqa gündəliyimiz yoxdur. Biz yalnız qardaşlarımıza necə kömək edə biləcəyimiz haqda düşünürük ki, onlar öz dövlətlərini qoruyub saxlaya bilsinlər. Onlar buna tarix və əməlləri baxımından layiqdirlər”.
Prezidentimiz, həmçinin beynəlxalq qurumlar tərəfindən yunan Kiprinə (Kipr Respublikası) və Şimali Kipr Türk Respublikasına münasibətdə ayrı-seçkiliyə yol verilməsi məsələsinə də toxundu və eləcə də Avropa İttifaqının (Aİ) Şimali Kiprə qarşı "ikili standar"lardan çıxış etməsini qınadı. Vaxtilə BMT-nin Baş katibi K.Annan tərəfindən referendum elan edilən zaman Türkiyə Kiprinin birləşməyə, yunan Kiprinin nümayəndələrinin isə bunun əleyhinə səs verdiklərini xatırladan Prezident İlham Əliyev bu gün Avropa siyasətçilərinin bu barədə danışmaq istəmədiklərini də diqqətə çatdırdı: “Baxın, nə baş verdi? Yunan Kipri Avropa İttifaqına üzv qəbul olundu. Bu ədalətlidirmi? Yəni, bu, ikili standartın bariz nümunəsi idi və siyasətçilər bu haqda danışmaq istəmirlər. Yəni, onlar başlarını ağrıtmaq istəmirlər və bu haqda danışsalar, onlara başağrıdan başqa da problemlər yarana bilər".
"Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm, biz hər zaman sizinlə olacağıq ki, ölkəniz müstəqil dövlət kimi təsis edilsin və beynəlxalq ictimaiyyət tərəfindən tanınsın”,- deyə rəsmi Bakının bu məsələ ilə bağlı qəti mövqeyini ortaya qoyan Azərbaycan Prezidenti, eləcə də ölkəmizin türkdilli aləmə, Türk dünyasına aid olan dövlətlər arasında əməkdaşlığa da hər zaman dəstək verdiyini forum iştirakçılarının diqqətinə çatdırdı. Dövlətimizin başçısı bildirdi ki, bizi ortaq tarix, eyni soykök birləşdirir. Türk Dövlətləri Təşkilatının gələcək perspektivlərinə toxunan Prezident İlham Əliyev bu qurumun daha güclü olması ilə bağlı istəyini də dilə gətirdi: “İstərdik ki, bu təşkilat daha güclü olsun və nəticələrə köklənsin. Bu baxımdan Azərbaycan hər zaman əlindən gələni edib. O ki qaldı, üzv dövlətlər arasında qarşılıqlı əlaqələrə, bizim aramızda çox yaxşı mühit var".
Forumdakı çıxışında Azərbaycanın hazırkı Suriya keçid hökumətinə dəstəyinin davam etdirəcəyini bildirən dövlətimizin başçısı, eyni zamanda, Suriyanın əvvəlki rəhbərliyinin dövründə Ermənistan və Suriyanın sıx əlaqələrə malik olduğunun, Bəşər Əsəd rejiminin ermənipərəst siyasət yürütdüyünün, "demokratik" Ermənistanın Əsəd diktaturasını dəstəklədiyinin hamıya məlum faktlar olduğunu bildirdi. Ermənistanın hazırkı rəhbərliyi ilə Suriyanın ovaxtkı rəhbərliyi arasında sıx təmasların olduğunu xüsusi olaraq vurğulayan Azərbaycan Prezidenti bu gün rəsmi İrəvanın fərqli taktika seçdiyini və riyakarlığa yol verdiyini qeyd etdi: “Əfsuslar olsun ki, əvvəlki rəhbərlik dövründə Suriya ermənipərəst, anti-Azərbaycan mövqeyindən çıxış etdi. İndi isə bəlkə də Ermənistan hökuməti elə bilir ki, bu, heç kimin yadında deyil, yox, biz bunu xatırlayırıq. İndi isə görürük ki, onlar (Ermənistan) Suriyaya humanitar yardım göstərməyə cəhd edirlər. Bu, bir daha Ermənistanın riyakarlığını göstərir. Ümid edirik ki, Suriya hökuməti tərəfindən belə ikiüzlü insanlara yenidən meydan verilməyəcək. Biz Suriya hökumətini dəstəkləyirik”.
Prezident İlham Əliyev "Yeni dünya nizamına doğru" forumunda çıxışı zamanı açıq mətnlə danışmaq manerasını davam etdirərək bir neçə il öncə Türkiyə ilə İsrailin məhz Azərbaycanın vasitəçiliyi ilə barışmaları məsələsinin üzərində də ayrıca olaraq dayandı. Belə ki, dövlətimizin başçısı təsdiqlədi ki, Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib: “İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq".
Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu diqqətə çatdıran dövlətimizin başçısı əlavə etdi: “Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik”. İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan Prezident dedi ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir. Əfsuslar olsun ki, Türkiyə və İsrail arasında gərginlik bu gün də qalmaqdadır. Çünki HƏMAS-ın 7 oktyabr hücumu və Qəzzada başlanan savaş rəsmi Bakının səyləri ilə sürətlə normallaşmağa doğru gedən Türkiyə-İsrail münasibətlərini yenidən gərginliyə sürüklədi. Ancaq Azərbaycan Ankara və Təl-Əviv arasında münasibətlərin yenidən normal məcraya dönməsi istiqamətində səylərini bu gün də davam etdirir. Ümid edək ki, bu səylər tezliklə öz müsbət nəticəsini verəcək. Prezidentimizin siyasi-diplomatik təcrübəsi qardaş Türkiyə ilə İsrail arasında vasitəçilik səylərimizin uğurla sonuclanacağına zəmanət verir. Ümumən götürdükdə, Azərbaycan Türk dünyasının parlaq gələcəyi üçün əlindən gələni edir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Aprel 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri