Icma.az
close
up
RU
Bakıda 13 yaşlı qızın intihar müəmması Uşaqları ölümə aparan “Mavi Balina” (VİDEO)

Bakıda 13 yaşlı qızın intihar müəmması Uşaqları ölümə aparan “Mavi Balina” (VİDEO)

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Artıq uzun müddətdir yeniyetmələr arasında məşhurlaşan “Mavi Balina” adlı təhlükəli oyun yenidən ciddi narahatlığa səbəb olub. Dünən 13 yaşlı məktəbli qızın da bu oyuna görə intiharı göstərdi ki, bu təhlükəli oyun xüsusilə məktəblilərin ölümünə səbəb olmaqda davam edir.
Beynəlxalq mediada dərc edilən məlumatlara görə, bu oyunla əlaqəli dünyada 200-dən çox ölüm halı qeydə alınıb. Ancaq bu göstəricilər rəsmi statistika deyil, əsasən media xəbərləri, ailə iddiaları və sosial şəbəkə paylaşımlarına əsaslanır.

Tribuna.az xəbər verir ki, beynəlxalq xəbər portallarının yazdıqlarına görə, “Mavi Balina” ilə əlaqələndirilən ölümlərin ən çox qeydə alındığı ölkə Rusiyadır:
Rusiya – 130-dan çox ölüm
Hindistan – 30-a yaxın yeniyetmə
Braziliya – 20-dən çox hal
İran – 8–10 arası
Meksika – 5-dən çox
Argentina – 3–5 arası
Pakistan – 3 hal
Türkiyə və Azərbaycanda isə bu oyunun səbəb olduğu rəsmi ölüm faktı yoxdur.

Oyunu kim idarə edir və yeniyetmələrə intihar əmrini verən kimdir?

“Mavi Balina”nın nə rəsmi yaradıcısı, nə şirkəti, nə də dünyada və ya hər hansı ölkədə mərkəzi ofisi yoxdur. Bu, qeyri-rəsmi, kriminal və anonim şəkildə idarə olunan onlayn manipulyasiya şəbəkəsidir.
2016-cı ildə Rusiyada bir nəfər — Filipp Budeykin — “Mavi Balina” ilə bağlı ilk böyük istintaqlarda saxlanılmış şəxs kimi təqdim edilmişdi. O, istintaqda sosial şəbəkələrdə “ölüm qrupları” yaratdığını, yeniyetmələri psixoloji yolla manipulyasiya etdiyini, bəzi intiharları yönləndirdiyini etiraf etmişdi.

Oyun necə idarə olunur?

“Mavi Balina” tək bir mərkəzdən idarə olunmur. Anonim “kuratorlar” sosial şəbəkələrdə saxta profillərlə çıxış edirlər. Uşaqlara xüsusu tapşırıqlar verirlər ki, uşaqlar bu tapşırıqları yerinə yetirməyi sevir.
Uşaqlara əsasən, “sənin üçün xüsusi tapşırıqlar var”, “qorxma, sən seçilmisən” kimi cümlələrlə təsir edərək tapşırıqlar verirlər.
Psixoloji idarəetmə ilə uşaqlarda qorxu yaradılır, şantaj edilir, “əgər oyundan çıxırsansa, ailənə zərər verəcəyik” kimi təhdidlər edilir. Uşaq tədricən itaət edən vəziyyətə salınır.

“Mavi Balina”nın Azərbaycanda ofisi var?

İnternet üzərindən apardığımız araşdırmaya əsasən, dünyada heç bir ölkədə “Mavi Balina”nın ofisi yoxdur. Məlumata görə, bu oyun nə şirkətdir, nə oyun studiyasıdır, nə server mərkəzləri olan rəsmi platformadır. Məlumata görə, bu oyun internet üzərindən fəaliyyət göstərən ayrı-ayrı cinayətkar qrupların istifadə etdiyi psixoloji tələ formasıdır.
Azərbaycanda isə bu oyunun nə ofisi, nə rəsmi təşkilatı, nə də birbaşa idarə mərkəzi müəyyən edilməyib.

Oyun niyə təhlükəlidir?

Heç bir rəsmi statistika olmasa da, ehtimallar həyəcan təbili çalır. Çünki bu oyunun təhlükəsi yeniyetmələri təkcə ölümə aparmasında deyil. Psixoloqların ümumi rəyinə görə də, “Mavi Balina” oyununun əsas təhlükəsi yalnız ölüm halları ilə məhdudlaşmır. Bu oyun uşaqlarda qorxu və təşviş pozuntuları yaradır, özünə zərər vermə davranışını normallaşdırır, itaətkarlıq və manipulyasiya asılılığı formalaşdırır, şantaj və qorxu ilə idarə olunan psixoloji tələ yaradır.

Mütəxəssislərin sözlərinə görə, bu oyuna daha çox ailədaxili problemləri olan, emosional diqqətə ehtiyac duyan, sosial təcrid yaşayan, bullinqə məruz qalan uşaqlar düşür.
Psixoloqlar bildirir ki, bəzi hallarda intihar cəhdinə səbəb birbaşa oyun deyil, artıq öncədən mövcud olan depressiya və travmadan oyun vasitəsilə sui-istifadə olunmasıdır.

Psixoloqlar bildirir ki, təhlükə rəqəmdə yox, mexanizmdədir. Yəni ölüm faktı olmasa belə, bu cür oyunlar uşağın psixikasını zədələyir və gələcəkdə intihara meyli artıran zəmin yarada bilər.

Valideynlər nə etməlidir?

Mütəxəssislər bildirir ki, yeniyetmə çağında olan uşaqlara, xüsusilə həssas, ünsiyyətcil olmayan məktəblilərə qarşı valideynlər daha diqqətli olmalıdır.
Mütəxəssislərin fikrincə, uşağın qəfil qapalı və aqressiv olması, gecələr gizli oyun oyanması və telefon istifadə etməsi, tək qalmağa meyillilik, qaranlığa həvəs, az ünsiyyət valideynlərə bir işarə olmalıdır. Övladında bu kimi hallar müşahidə edənlər diqqət və nəzarəti artırmalı, uşağın gündəlik kimlərlə nə barədə danışdığına diqqət etməlidir.

Yuxarıdakı əlamətlərə diqqət edilməzsə, zamanla bu cür uşaqlarda bədənin müxtəlif hissələrinə kəsik və izlər qoymaq, “mən bunu etməliyəm”, “deməsəm problem olacaq” kimi qorxulu ifadələr işlətmək artır, özünü sosial təcrid edir və səssizləşir. Bu əlamətlər psixoloji manipulyasiyanın mümkün göstəricisi ola bilər.

Rəsmi qurumlar niyə dəqiq statistika açıqlamır?

Rəsmi təsdiqlənməsə də dünyada bu oyunun səbəb olduğu yüzlərlə ölüm var. Həmçinin son illər Azərbaycanda da “Mavi Balina”ya görə xeyli sayda intihar qeydə alınıb. Ancaq bu ölüm faktları intihar kimi rəsmiləşir, səbəb isə “Mavi Balina” oyunu göstrilmir. Bunu ekspert və mütəxəsisslər müxtəlif səbəblərlə izah edirlər.
Ekspertlərin fikrincə, intihar səbəblərinin çoxfaktorlu olması, oyunun rolunun hüquqi sübutla təsdiqlənməsinin çətinliyi, sosial şəbəkə qruplarının anonim fəaliyyəti və cəmiyyətə panika yayılmasının qarşısının alınması istəyi səbəbindən rəsmi statistika aparıla bilmir.

Gülşən Rəsul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 03 Dekabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri