Icma.az
close
up
RU
Azərbaycan Türkiyə birgə media platformasının uğurları və gələcək hədəfləri

Azərbaycan Türkiyə birgə media platformasının uğurları və gələcək hədəfləri

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Bu gün Sosial Tədqiqatlar Mərkəzində (STM): "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun 5 ili: birgə fəaliyyətə baxış, gələcək hədəflər" başlığı altında tədbir keçirildi.

Tədbiri giriş sözü ilə STM-in İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc açdı. Deputat Azərbaycanla Türkiyə arasında qardaşlığın, dostluğun və dövlətlərarası əməkdaşlığın tarixi aspektlərinə toxundu. O, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Ziya Göyalp kimi ziyalıların Azərbaycan-Türkiyə birliyinin formalaşmasında mühüm rol oynadığını söylədi. Müasir mərhəıdə Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu münasibətləri daha yüksək səviyyəyə qaldırdığını dedi. Zahid Oruc bildirdi ki, 2020-ci ildəki 44 günlük müharibədə Azərbaycanla Türkiyə arasında vahid media platformasının əsası qoyuldu, Azərbaycan Türkiyə mediası vasitəsilə dünyaya açıldı. Milli Məclisin deputatı həmçinin onu da vurğuladı ki, Azərbaycan prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı təkcə hərbi əməliyyatlara deyil, həm də "informasiya müharibəsi"nə rəhbərlik edirdi və həmin dövrdə iki ölkənin mediası birgə fəaliyyətin modelini yaratdılar.

Azərbaycan Respublikası prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Türkiyəyə səfəri və Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunla görüşü, imzalanan tarixi anlaşma memorandumu ilə bağlı danışan STM sədri bu sənədin iki ölkə arasında media sayəsində əməkdaşlığa böyük töhfə verdiyini söylədi.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, professor Birol Akgün öz çıxışında İsmayıl Qaspıralının məşhur "dildə bir, fikirdə bir, əməldə bir" kəlamını xatırlatdı və Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən, media, informasiya sahəsində əməkdaşlığının və birliyin bu formul üzərində qurulduğunu dedi. Səfir iki ölkə arasında işbirliyin möhkəmlənməsində hər iki ölkə prezidentinin yüksək xidmətlərini vurğuladı, "bir millət, iki dövlət" düsturunun Şuşa Bəyannaməsi ilə rəsmi səviyyədə təsbit olunduğunu söylədi.

Səfir Birol Akgün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məşhur ifadəsini xatırlatdı. Atatürk demişdi: "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir". Səfir bu ifadədən yola çıxaraq, Türkiyə prezidentinin "Türkiyə hər zaman Azərbaycanın yanındadır" sözlərini də vurğuladı. Birol Akgün iki ölkə arasında qardaşlığın, dostluğun və əməkdaşlığın çox yüksək səviyyədə olmasına dair bir misal gətirdi: "Təkcə 2024-cü ildə Türkiyədən Azərbaycana 200 rəsmi heyət səfər edib".

Səfir indiki dəyişkən və güvənin sarsıldığı dönəmdə Türkiyə-Azərbaycan birliyinin çox mühüm önəmini qeyd etdi. Xüsusilə, Türk birliyi, onun institusional forması olan Türk Dövlətləri Təşkilatı çərçivəsində hələ çox iş görülə biləcəyini də dedi.

Birol Akgün 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana mənəvi dəstək verdiyini, Türkiyənin üzləşdiyi təbii fəlakətlər zamanı Azərbaycan dövlətinin və xalqının Türkiyəyə qardaşlıq köməyini xüsusilə diqqətə çatdırdı. "Hazırda Kahramanmaraşda inşa edilən “Azərbaycan məhəlləsi” Türkiyə-Azərbaycan qardaşlığının simvoludur" deyə fikrini əsaslandırdı.

Hər iki ölkənin media sahəsində əməkdaşlığının bu dostluğa və qardaşlığa əlavə güc və təkan verdiyini diqqətə çatdıran səfir Akgün xarici ölkələrdə, güc mərkəzlərində diasporaları da işə cəlb etməklə, vahid platformada informasiya işinin qurulması və əlaqəli fəaliyyət haqda təklifini də səsləndirdi.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov isə öz çıxışında iki ölkə arasında media sahəsində birgə layihələr haqda məlumat verdi. Əhməd İsmayılov dedi ki, Ankarada keçirilən "Hərbi jurnalistika" təlim proqramı, eləcə də "Media savadlılığı" layihələri çərçivəsində hər iki ölkənin media qurumları arasında faydalı fikir mübadiləsi aparılıb”.

Əhməd İsmayılov hər il keçirilən Qlobal Şuşa Media Forumunun əhəmiyyətinə toxundu: “Ölkəmiz üçün böyük əhəmiyyət daşıyan və Milli Mətbuat Gününə təsadüf edən Şuşa Qlobal Media Forumu bu sahədə əməkdaşlığa ciddi təkan verir. 2023-cü ilin oktyabrında Azərbaycanın 30-dan çox qurumunun media ilə əlaqələrdən məsul şəxslərinin Türkiyəyə səfəri təşkil olunub. Azərbaycan və Türkiyə arasındakı münasibətləri bənzərsiz əməkdaşlıq modeli adlandırmaq mümkündür. Biz bir-birimizi beynəlxalq platformalarda qətiyyətlə dəstəkləyirik. İnanıram ki, növbəti illərdə qardaşlıq əlaqələrimiz daha da möhkəmlənəcək”.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid dezinformasiyaya qarşı hər iki ölkə mediasının vahid platformadan çıxış etməsi ilə bağlı danışdı. REAL Təhlil və İnformasiya Mərkəzinin baş direktoru Mir Şahin Ağayev "kütləvi informasiya vasitələri" ifadəsinin "kütləvi informasiya mübarizəsi vasitələri" ilə əvəz edilməsi zərurətindən danışdı. O, dünya mediasının artıq bu yanaşmaya üstünlük verdiyini, yeni dünya düzəni ilə birlikdə yeni media düzəninin də formalaşdığını dedi, Azərbaycan və Türkiyə mediasının da bu qlobal trenddən geri qalmaması üçün birgə səylərin vacibliyini vurğuladı.

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir və başqa şəxslər də çıxış edərək, Azərbaycan-Türkiyə vahid media platformasında görülən işlər, əldə olunan nəticələr və gələcək planlar haqqında danışdılar.

Tədbirdə iştirak edən "Bizimyol" MMC-nin Baş direktoru Bahəddin Həzi Bizimyol.info saytına açıqlamasında iki ölkə arasındakı media əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Bahəddin Həzi deyib: "Məlum olduğu kimi, 2020-ci il dekabrın 10-da Bakıda "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" anlaşma memorandumu imzalandı. Bu sənədin hazırlanması və imzalanması Azərbaycan və Türkiyə prezidentlərinin tapşırıqları ilə həyata keçdi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bu tapşırıqları uğurla icra ediblər və ortaya mükəmməl bir sənəd çıxıb. Daha sonra bu memorandum qanun statusunda qəbul edilib və prezident İlham Əliyev 2021-ci il fevralın 1-də bu qanunu təsdiqləyib, qanun qüvvəyə minib. 2025-ci ilin dekabrında memorandumun 5 ili tamam olacaq. Çox geniş və əhatəli sənəddir. Onu geniş təhlil etmək uzun çəkər. Sadəcə, bu sənəd çərçivəsində yaradılmış Birgə Media Platformasının məqsədinə diqqət yetirmək lazımdır. Bu, memorandumun 1-ci maddəsində öz əksini tapıb. Həmin maddədə deyilir: "Birgə Media Platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır". Bu, strateji qərardır, situativ bir məsələ deyil. Azərbaycan prezidentinin də bir məşhur ifadəsi var, deyir: "Bizim ailəmiz Türk dünyasıdır". Bu strateji məqsəd həm də Azərbaycan və Türkiyə media resurslarının vahid platformada birləşməsini, əlaqəli işləməsini tələb edir. Biz də "Bizimyol" MMC - Bizimyol.info media platforması olaraq bu işdə fəal iştirak etməyə hazırıq və çalışırıq. Düşünürəm, deyildiyi kimi, xüsusilə yeni dünya media düzəninin qurulduğu bir vaxtda Azərbaycan və Türkiyə media subyektlərinin əlaqəli işləməsi, ümumilikdə Türk dünyasında vahid media məkanını formalaşdırmaq çox mühümdür və vacib strateji hədəfdir".

Orxan, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Fevral 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri