Icma.az
close
up
RU
Azərbaycan Türkiyə birliyi dünyada bənzərsiz nümunədir Deputat

Azərbaycan Türkiyə birliyi dünyada bənzərsiz nümunədir Deputat

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"2023-cü ilin fevral ayında Türkiyənin cənub-şərq bölgəsində baş verən güclü zəlzələnin ağır nəticələrinə baxmayaraq, Türkiyə xalqı böyük əzmkarlıqla ayağa qalxdı. Həmin faciəli günlərdə Azərbaycan dövləti və xalqı da qardaş ölkənin yanında oldu. Azərbaycanın göstərdiyi həmrəylik nümunəsi tarixi dostluğa və mənəvi-siyasi əlaqələrə əsaslanan bir siyasətin təcəssümü idi".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.

Deputat bildirib ki, bu dərin bağlılığın və davamlı dəstəyin nəticəsi olaraq 2025-ci il iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində iki ölkənin dövlət başçıları – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan tərəfindən inşa edilən “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib:

"Bu əlamətdar hadisə Azərbaycan-Türkiyə qardaşlığının parlaq nümunəsi kimi tarixə düşüb. Öz çıxışında Azərbaycanın 2020-ci ildə apardığı Vətən müharibəsi zamanı qardaş ölkənin göstərdiyi qətiyyətli siyasi və mənəvi dəstəyi xatırladan dövlətimizin başçısı bildirib ki, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatıb. 2021-ci ildə Şuşada imzalanmış Şuşa Bəyannaməsi ilə iki ölkənin münasibətləri rəsmi şəkildə müttəfiqlik səviyyəsinə yüksəlib. Bu sənəd dövlətlər arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, hərbi və humanitar sahələrdə əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu təsdiq edir.

Türkiyənin zəlzələ fəlakətinin ağır nəticələrini qısa müddətdə aradan qaldırması ölkədə formalaşmış güclü dövlət institutlarının çevik fəaliyyəti, xalqla lider arasında dərin etimad və həmrəyliyin parlaq təzahürüdür. Bu fakt bir daha göstərir ki, Türkiyə təkcə regionun deyil, həm də beynəlxalq miqyasda söz sahibi olan, güclü dövlət idarəçiliyi və mükəmməl təşkilatçılıq modeli ilə seçilən nüfuzlu bir güc mərkəzidir. 

“Azərbaycan” məhəlləsi zəlzələdən zərər çəkmiş ailələr üçün uzunmüddətli dəstəyin bariz nümunəsidir. Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihə 27,6 hektar ərazini əhatə edir, burada 68 ədəd 4 mərtəbəli yaşayış binası inşa olunub, ümumilikdə 1194 mənzil sakinlərin istifadəsinə verilib. Məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial infrastruktur obyektlərindən ibarət bu məhəllə möhtəşəm bir yaşayış kompleksidir. Məktəb və uşaq bağçası binaları müasir tədris standartlarına cavab verir, 20 ibtidai sinif otağı, musiqi və rəsm dərsləri üçün yaradılmış xüsusi otaqlar, texnologiya və mühəndislik sahəsində təcrübə qazandıran emalatxanalar burada fəaliyyət göstərəcək. Bu, sadəcə təhsil layihəsi deyil, burada yaşayan uşaqlar üçün gələcəyə ümid, əmin-amanlıq və qardaş sevgisi üzərində qurulmuş həyatın bünövrəsidir. Uşaqların dövlət başçılarını sevinclə qarşılamağı bu məhəllənin mənəvi baxımdan nə qədər dəyərli olduğunu göstərir. Burada yaradılan şərait, inşa edilən obyektlər – hər biri gələcək nəsillərin qardaşlıq ruhunda böyüməsinə xidmət edir".


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 İyun 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri