Icma.az
close
up
RU
Deputat Azərbaycan Türkiyə münasibətlərindən danışdı

Deputat Azərbaycan Türkiyə münasibətlərindən danışdı

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan və Türkiyə arasında iqtisadi və ticarət əlaqələri möhtərəm Prezident tərəfindən müəyyənləşdirilmiş strateji xəttə uyğun olaraq ardıcıl şəkildə genişlənməkdədir.

Bu əməkdaşlıq iki ölkə arasında yalnız siyasi deyil, həm də iqtisadi sahədə dərin inteqrasiyanın formalaşmasına xidmət edir.

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov Milli Məclisin bugünkü plenar iclasında deyib.

O vurğulayıb ki, Antalyada keçirilən Diplomatik Forum bu baxımdan mühüm beynəlxalq platforma kimi çıxış edir və artıq təkcə regional deyil, qlobal məsələlərin müzakirə olunduğu vacib bir məkana çevrilmişdir. Cənab Prezidentin həmin forumda iştirakı Azərbaycanın strateji xarici siyasət prioritetlərinin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır:

"Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlərin inkişaf dinamikası da müsbət istiqamətdə davam edir. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 7 milyard 650 milyon dollar təşkil etmişdir. Bu dövrdə Azərbaycanın Türkiyəyə ixracı 5 milyard 34 milyon dollar olub ki, bu da ikitərəfli ticarətdə Azərbaycanın ixrac üstünlüyünü göstərir".

Deputatın sözlərinə görə, statistik göstəricilər təsdiq edir ki, Türkiyə Azərbaycanın xarici ticarət dövriyyəsində 11,6 faiz payla ikinci ən böyük tərəfdaşdır. Eyni zamanda, Azərbaycanın qeyri-neft ixracında Türkiyənin payı 16,5 faiz təşkil edir və bu, iqtisadi əməkdaşlığın yalnız enerji sektoru ilə məhdudlaşmadığını, digər sahələri də əhatə etdiyini göstərir:

"Ümumilikdə, Azərbaycan–Türkiyə iqtisadi münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edərək, həm ticarət dövriyyəsinin artırılmasına, həm də qeyri-neft sektorunun güclənməsinə mühüm töhfə verir".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Aprel 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri