Icma.az
close
up
RU
Azərbaycan Türkiyə dostluq, qardaşlıq əlaqələri beynəlxalq münasibətlərdə bir örnəkdir Yeni Gündəm

Azərbaycan Türkiyə dostluq, qardaşlıq əlaqələri beynəlxalq münasibətlərdə bir örnəkdir Yeni Gündəm

Yenigundem saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan və Türkiyə qarşılıqlı əməkdaşlığının yüksək səviyyəsi hər iki ölkə üçün son dərəcə mühüm əhəmiyyəti ilə şərtlənir. Azərbaycan və Türkiyə Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində müttəfiq, strateji tərəfdaş olan, güclü iqtisadi, mədəni əlaqələrə malik iki ölkədir. 

Türkiyə Azərbaycanın müstəqilliyini tanımış ilk dövlətdir. 1992-ci ilin yanvarından isə ölkələrimiz arasında diplomatik münasibətlərin təməli qoyulub və həmin ilin avqustunda Azərbaycanın Türkiyədə səfirliyi fəaliyyətə başlayıb. Sonrakı illərdə – 1993-cü ildə Azərbaycanın İstanbulda, 2004-cü ildə Qarsda baş konsulluqları təsis edilib. Türkiyənin hazırda Azərbaycanın digər böyük şəhərlərindən Gəncədə və Naxçıvanda da baş konsulluqları fəaliyyətdədir.

Azərbaycan və Türkiyə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində dostluq və əməkdaşlıq münasibətlərinin ən yüksək nümunəsini ortaya qoyur. Ölkələrimizin təşəbbüsü və yaxından iştirakı ilə reallaşdırılan irimiqyaslı layihələr təkcə Azərbaycan və Türkiyənin deyil, ümumilikdə regionun inkişafında həlledici rol oynayır.

Milli Məclisin deputatı Vüqar İskəndərov  bildirib ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər dünyada analoqu olmayan bir səviyyədədir:

“Bir çox ölkələr arasında strateji tərəfdaşlıq və dostluq əlaqələri mövcuddur, lakin Azərbaycan-Türkiyə münasibətləri dərin tarixi köklərə, ortaq milli dəyərlərə və xalqlarımızın əsrlər boyu formalaşmış birlik-bərabərlik ruhuna əsaslanır. Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra iki ölkə arasındakı əməkdaşlıq dinamik şəkildə inkişaf edib və son illərdə daha da güclənib. Bu münasibətlərin möhkəmlənməsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri və siyasi arenadakı fəal mövqeləri mühüm rol oynayır. Xüsusilə 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini təsdiqləyib. Bu sənəd təkcə hərbi əməkdaşlığı deyil, eyni zamanda iqtisadi, mədəni, enerji və digər sahələri də əhatə edərək iki ölkənin müttəfiqlik münasibətlərini yeni zirvəyə çatdırıb”.

Deputat əlavə edib ki, Azərbaycan və Türkiyə regional və qlobal layihələrdə də sıx əməkdaşlıq edir:

“Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və TANAP kimi nəhəng enerji və nəqliyyat layihələri bu əməkdaşlığın bariz nümunələrindəndir. Son illərdə ölkələr arasında ticarət dövriyyəsinin artması və iqtisadi əlaqələrin genişlənməsi, qarşılıqlı sərmayələrin həcminin yüksəlməsi bu münasibətlərin gələcək perspektivini daha da gücləndirir.

Bununla yanaşı, dünyada dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycan və Türkiyə regionun əsas söz sahiblərinə çevrilir. Xüsusilə Zəngəzur dəhlizinin açılması perspektivi iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirəcək və Türk dünyasının Avropa və Asiya ilə birləşməsində mühüm rol oynayacaq. Bu dəhliz təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün Türk dünyası və region ölkələri üçün yeni iqtisadi və strateji imkanlar yaradacaq.

Beləliklə, Azərbaycan və Türkiyə arasındakı münasibətlər təkcə qardaşlıq əlaqələri deyil, həm də siyasi, iqtisadi və strateji əməkdaşlığın ən yüksək səviyyəsidir. Bu əlaqələrin gələcəkdə daha da dərinləşəcəyi və yeni layihələrlə daha da güclənəcəyi şübhəsizdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 06 Mart 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri