Icma.az
close
up
RU
Azərbaycan Türkiyə əməkdaşlığı bölgədə çəkindirici güc amili hesab olunur

Azərbaycan Türkiyə əməkdaşlığı bölgədə çəkindirici güc amili hesab olunur

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdəki gərginliyin hələ nə qədər davam edəcəyi bəlli deyil. İki ölkə arasındakı münasibətlərdə hökm sürən mürəkkəb vəziyətin günahkarı sözsüz ki, Kremldir. İmperiya vərdişlərindən əl çəkə bilməyən Kremlin ötən ilin sonlarından (AZAL-ın sərnişin təyyarəsinin Qroznıda vurulmasından) etibarən Azərbaycana münasibətdə yol verdiyi ağır səhvlər və yanlış siyasət bu gün iki ölkə arasında müttəfiqlik münasibətlərini qırılma nöqtəsinə yaxınlaşdırmaqdadır. Eskalasiya gündən-günə artan xətt üzrə davam edir. Kremldən "xeyir-dua" alan və Rusiya ictimaiyyətində şovinist əhval-ruhiyyəni körükləyən "Z-blogerlər" bu gün azərbaycanlıların Rusiyadan qovulmasına çağırışlar edir və eyni zamanda, Azərbaycana qarşı sərt addımların atılmasını tələb edirlər.
Belə bir fonda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının gücləndirilməsinin gündəmə gəlməsi tamamilə təbii haldır. Qardaş ölkələr kritik məqamlarda bir-birinə gərəkən hər cürə dəstəyi verməlidirlər. Bu, həm də tarixi "Şuşa Bəyannaməsi"nin ruhundan, mahiyyətindən irəli gəlir. Odur ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyəyə səfər etməsi və bu səfər əsnasında “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən rəsmi görüşlərdə dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyinin vurğulanmasında qeyri-adi heçnə yoxdur.
Bu görüşlər zamanı Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsinin hər iki ölkə başçılarının diqqət mərkəzində olduğu da xüsusi olaraq qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk dünyasının aparıcı ölkələri olaraq bölgədə sabitliyin və təhlükəsizliyin qorunması baxımından Türkiyə və Azərbaycanın hərbi əməkdaşlığının gücləndirilməsini prioritet məsələ kimi qiymətləndirirlər. Bu əməkdaşlığın hər iki qardaş ölkə üçün və bütövlükdə Cənubi Qafqaz bölgəsi üçün xeyirli olması faktı hər kəsə gün kimi aydındır.
Azərbaycan-Türkiyə əməkdaşlığı bölgədə çəkindirici güc amili hesab olunur və Rusiya, Fransa, İran, Hindistan kimi aktorların bölgəni yenidən münaqişə ocağına çevirmək cəhdlərini əngəlləyir. 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız parlaq Qələbə nəticəsində regionda 200 ilə yaxın davam edən Rusiya hegemonluğuna əsaslanan geosiyasi konfiqurasiyanın ləğv olunması və bunun müqabilində Azərbaycan və Türkiyənin birgə səyləri ilə yeni regional düzənin formalaşdırılması bütövlükdə həm Cənubi Qafqazın, həm də bütün Türk dünyasının gələcəyi üçün olduqca önəmli gəlişmədir. Azərbaycan və Türkiyə bölgədəki aparıcı mövqelərini qorumaq və gücləndirmək üçün birgə səylərini daha da artıracaqlar. Bu, zamanın tələbidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 İyul 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri