Icma.az
close
up
RU
Azərbaycan Türkiyə hərbi əməkdaşlığı: Bölgədə təhlükəsizlik təmin olunur

Azərbaycan Türkiyə hərbi əməkdaşlığı: Bölgədə təhlükəsizlik təmin olunur

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlıq yüksək səviyyədə inkişaf edir.

Bakıvaxtı.az-ın məlumatına görə, hər iki ölkə arasında keçirilən birgə təlimlər və qarşılıqlı səfərlər bu əlaqələrin möhkəmlənməsinə töhfə verir. Məsələn, 3 dekabr 2024-cü ildə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin rəisi general-polkovnik Yaşar Kadıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə hər iki qardaş ölkənin hərbi qulluqçularının peşəkarlığının artırılması məqsədilə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi qeyd olunub. Bundan əlavə, 20 dekabr 2022-ci ildə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında 13-cü Qərargah danışıqları keçirilib. Görüşdə hər iki ölkənin HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Bu gün isə ölkəmizin başçısı İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb. Bu səfər çərçivəsində hər iki ölkə arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsi və mövcud əlaqələrin möhkəmləndirilməsi istiqamətində müzakirələrin aparılması planlaşdırılır.

Bəs bu istiqamətdə hansı addımlar atılacaq?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hərbi ekspert Səxavət Məmməd bildirib ki, əməkdaşlıq istiqamətində onsuz da yetəri qədər tədbirlər görülüb:

"Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq ikitərəfli münasibətlərin ən mühüm istiqamətlərindən biridir. Bu əməkdaşlıq hər iki ölkənin strateji tərəfdaşlığı çərçivəsində inkişaf edərək bölgədə təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verir. Azərbaycan və Türkiyə mütəmadi olaraq birgə hərbi təlimlər keçirir. Bu təlimlər hər iki ölkənin silahlı qüvvələrinin döyüş hazırlığını artırmaqla yanaşı, koordinasiyanı və operativ əməkdaşlığı gücləndirir. Həmçinin, Türkiyə Azərbaycanın müdafiə sənayesinin inkişafında mühüm rol oynayır. Azərbaycanın hərbi texnika və silahlanma sahəsində Türkiyədən aldığı silah sistemləri, pilotsuz uçuş aparatları və digər texnologiyalar ordumuzun imkanlarını genişləndirib. Xüsusilə, İkinci Qarabağ müharibəsində Türkiyə istehsalı olan "Bayraktar TB2" PUA-ları Azərbaycan Ordusunun uğurlarında mühüm rol oynadı.Azərbaycan və Türkiyə 2021-ci ildə Şuşa Bəyannaməsini imzalayaraq hərbi əməkdaşlığı strateji səviyyəyə yüksəltdilər".

Onun sözlərinə görə, hazırda Azərbaycan Ordusunda türk sisteminə keçid dövrü müşahidə edilir:

"Azərbaycan Ordusunda hazırda Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun keçid prosesi aparılır. Bu çərçivədə hərbi idarəetmə sistemi yenilənir, xüsusi təyinatlı qüvvələrin gücləndirilməsi həyata keçirilir, döyüş taktikaları modernləşdirilir. Azərbaycan hərbçiləri Türkiyədə təlimlər keçərək NATO standartlarına uyğun hazırlanır. Bundan əlavə, ordunun silahlanması Türkiyə istehsalı olan müasir texnologiyalarla təchiz edilir. Bu dəyişikliklər Azərbaycan Ordusunun çevikliyini və döyüş qabiliyyətini artıraraq, onu regionun ən güclü ordularından birinə çevirir".

Səxavət Məmməd: Azərbaycan-Türkiyə hərbi əlaqələri təkcə birgə təlimlərlə məhdudlaşmır

Hərbi ekspert qeyd edib ki, Cənubi Qafqazda baş verən proseslər fonunda Türkiyə-Azərbaycan hərbi tərəfdaşlığı bölgədə təhlükəsizliyin və sabitliyin təmin olunmasında mühüm rol oynayır. Onun sözlərinə görə, iki ölkə arasındakı hərbi əməkdaşlıq təkcə regional müdafiə qabiliyyətini gücləndirmir, eyni zamanda ortaq maraqlara xidmət edən strateji ittifaqı daha da möhkəmləndirir:

"Azərbaycan və Türkiyə arasındakı hərbi əlaqələr təkcə birgə təlimlərlə məhdudlaşmır. Bu tərəfdaşlıq hərbi texnika, silahlanma, kadr hazırlığı və müdafiə sənayesi sahələrini də əhatə edir. Xüsusilə, Türkiyə Silahlı Qüvvələrinin təcrübəsi və texnoloji üstünlükləri Azərbaycan Ordusunun modernləşməsinə və güclənməsinə töhfə verir. Gələcəkdə bu əməkdaşlıq daha da dərinləşəcək və hərbi sahədə birgə tədbirlərin sayı artırılacaq. Xüsusilə, birgə təlimlərin intensivləşdirilməsi, hərbi texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi və regionda birgə təhlükəsizlik təşəbbüslərinin həyata keçirilməsi planlaşdırılır".

S.Məmmədin dediyinə görə, Türk Dövlətləri Təşkilatının vahid ordusunun yaradılması bölgənin təhlükəsizliyini gücləndirmək və strateji maraqları qorumaq baxımından vacib addımdır:

"Hazırda Azərbaycan Ordusunda Türkiyə modelinə keçid prosesinin həyata keçirilməsi buna mühüm nümunədir. Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq digər Türk dövlətlərinə də şamil edilərək vahid komandanlıq, ortaq təlimlər və hərbi texnologiyaların paylaşılması ilə daha güclü müdafiə mexanizmi formalaşdıra bilər. Türk dünyasının ortaq hərbi qüvvəsi regional sabitliyi təmin etməklə yanaşı, beynəlxalq arenada güc balansına təsir göstərəcək mühüm bir güc mərkəzinə çevrilə bilər".

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Mart 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see318

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see247

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see236

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see214

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see194

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see189

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see178

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see175

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see175

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see166

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see165

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see156

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see156

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see135

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see132

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see130

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see128

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see128

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see126

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri