Icma.az
close
up
RU
Azərbaycan Türkiyə iqtisadi əlaqələri yaxın illərdə Cənubi Qafqazın və Avrasiyanın siyasi iqtisadi nizamını müəyyən edəcək

Azərbaycan Türkiyə iqtisadi əlaqələri yaxın illərdə Cənubi Qafqazın və Avrasiyanın siyasi iqtisadi nizamını müəyyən edəcək

Icma.az bildirir, Bizimyol portalına istinadən.

“Azərbaycan və Türkiyə arasında formalaşmış iqtisadi əməkdaşlıq bu gün təkcə iki ölkənin inkişaf trayektoriyasını deyil, Cənubi Qafqaz və geniş Avrasiya məkanının geoiqtisadi strukturunu müəyyən edən əsas amillərdən birinə çevrilib. Tarixi və mədəni yaxınlıq üzərində qurulan bu tərəfdaşlıq son onillikdə enerji, nəqliyyat, sənaye və investisiya sahələrində ardıcıl şəkildə dərinləşərək strateji xarakter alıb. Müasir regional proseslər fonunda Azərbaycan-Türkiyə əməkdaşlığı artıq sadəcə ticarət əlaqələri deyil, regionun siyasi arxitekturasını dəyişdirən geoiqtisadi mexanizm kimi çıxış edir”.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Əli Səlimov danışıb. İqtisadçı qeyd edib ki, son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin dinamik artımı bu əməkdaşlığın iqtisadi əsaslarını daha da möhkəmləndirib.

Əli Səlimov

“2023–2024-cü illərdə qarşılıqlı ticarət həcmi 7 milyard dollara yaxınlaşaraq tarixi maksimuma çatdı. Azərbaycanın Türkiyəyə illik ixracı yalnız 2024-cü ildə 3,82 milyard dollar səviyyəsində qeydə alınıb, idxal isə əsasən sənaye avadanlıqları, tekstil, avtomobil sənayesi məhsulları və texnoloji təchizatlardan ibarət olub. İki ölkə arasında ticarətin strukturu göstərir ki, iqtisadiyyatlar bir-birini tamamlayan model üzrə inkişaf edir və bu, əməkdaşlığın təbii şəkildə genişlənməsinə şərait yaradır. 2025-ci ilin ilk aylarında müəyyən yavaşlamalar müşahidə olunsa da, ümumi dinamika sabit olaraq qalır: yanvar–fevral 2025 dövriyyəsi təxminən 1 milyard dollar təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 2,5 faiz artımdır”-deyə iqtisadçı vurğulayıb.

“Azərbaycan-Türkiyə əməkdaşlığının strateji sütunu enerji sektorudur. TANAP və TAP boru kəmərlərinin 2020-ci ildən sonra tam güclə işləməsi yalnız iki ölkənin deyil, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır”-deyə iqtisadçı qeyd edib.

“2024-cü ildə Avropa İttifaqı Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı siyasi qərarlarında Azərbaycanın payını artırdı  bu da həm ölkənin enerji diplomatiyasını gücləndirir, həm də Türkiyənin regional enerji mərkəzinə çevrilməsi prosesini sürətləndirir.

Bu gün Azərbaycan qazı Avropanın Rusiya asılılığının azalmasında əsas alternativ mənbələrdən biridir və bu fakt iki ölkənin beynəlxalq nüfuzunu artıran mühüm geosiyasi üstünlük olaraq çıxış edir. Enerji sahəsində inteqrasiya yalnız karbohidrogen axınları ilə məhdudlaşmır.

Azərbaycanın Xəzər dənizində 2024–2025-ci illərdə genişləndirdiyi külək enerjisi layihələrində Türkiyə şirkətlərinin iştirakı yaşıl enerji əməkdaşlığının da strateji mahiyyət aldığını göstərir. Bu istiqamət yaxın illərdə iki ölkənin enerji təhlükəsizliyini diversifikasiya edən əsas platformalardan birinə çevriləcək. Nəqliyyat-logistika sahəsində əməkdaşlıq Azərbaycan–Türkiyə geoiqtisadi münasibətlərinin digər əsas dayağıdır. Qlobal tədarük zəncirlərinin yenidən qurulduğu bir vaxtda Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilməsi və Orta Dəhlizin güclənməsi iki ölkəni Avrasiyanın ən mühüm tranzit mərkəzlərindən birinə çevirir. 2023–2025-ci illərdə Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin yükaşırma qabiliyyətinin artırılması barədə aparılan yeniliklər, Orta Dəhlizə Avropa İttifaqının investisiya marağının yüksəlməsi və Çindən Avropaya yük axınının diversifikasiya ehtiyacı dəhlizin strateji əhəmiyyətini daha da artırıb”-deyə iqtisadçı bildirib.

Əli Səlimov bildirib ki, regionda böyük gözləntilərlə müşayiət olunan Zəngəzur dəhlizi isə iki ölkənin iqtisadi əlaqələrinə tamamilə yeni mərhələ qazandıra bilər: “Dəhlizin açılması Türkiyənin Orta Asiyaya fasiləsiz quru bağlantısını təmin etməklə yanaşı, türk dünyasında iqtisadi inteqrasiyanı gücləndirəcək və Cənubi Qafqazın siyasi-iqtisadi xəritəsini yenidən formalaşdıracaq. Bu layihənin geosiyasi çəkisi onun sırf nəqliyyat layihəsi olmaqdan xeyli uzaq olduğunu göstərir”.

Əli Səlimov hesab edir ki, Qarabağ bölgəsində 2023–2025-ci illərdə həyata keçirilən genişmiqyaslı bərpa layihələri də Azərbaycan–Türkiyə iqtisadi münasibətlərinin strateji ölçülərindən biridir: “Füzuli, Zəngilan, Laçın və digər rayonlarda yol, hava limanı, sənaye parkları və “ağıllı kənd” layihələrinin icrasında Türkiyə şirkətlərinin fəal iştirakı regional reinteqrasiya proseslərinə əlavə dəyər qatır. Bu əməkdaşlıq həm iqtisadi canlanmanı sürətləndirir, həm də Cənubi Qafqazda dayanıqlı inkişaf və sabitlik modelinin formalaşmasına töhfə verir. Müdafiə sənayesi sahəsində əməkdaşlıq isə iki ölkə arasındakı strateji ittifaqın iqtisadi ölçüsünü tamamlayan ən mühüm istiqamətlərdəndir. 2023–2025-ci illərdə Türkiyə istehsalı olan yüksək texnologiyalı hərbi avadanlığın Azərbaycan ordusunda tətbiqi genişlənib, birgə sənaye və texnoloji layihələrə dair danışıqlar intensivləşib. Bu, yalnız hərbi gücün artırılmasına deyil, həm də sənaye kooperasiyasının və texnologiya transferinin dərinləşməsinə xidmət edir”.

İqtisadçı qeyd edib ki, bütün bu proseslər fonunda Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq artıq strateji mahiyyət daşıyan, qarşılıqlı maraq və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan kompleks bir sistemə çevrilib: “Bu sistem iki ölkənin iqtisadi artımını təmin etməklə yanaşı, regional sabitlik, təhlükəsizlik və inteqrasiya üçün də yeni çərçivə formalaşdırır. Mövcud geosiyasi dəyişikliklər göstərir ki, Azərbaycan–Türkiyə iqtisadi əlaqələri yaxın illərdə Cənubi Qafqazın və Avrasiyanın siyasi-iqtisadi nizamını müəyyən edən əsas sütunlardan biri olaraq qalacaq”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 Dekabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see470

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see240

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see182

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see151

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see143

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri