Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Azərbaycan Türkiyə parlamentlərarası dostluq qrupu bəyanat yaydı

Azərbaycan Türkiyə parlamentlərarası dostluq qrupu bəyanat yaydı

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan - Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyant yayıb.

Modern.az-ın məlumatına görə bəyanatda deyilir:
"Son dövrlərdə Türkiyənin bəzi media orqanlarında və sosial media platformalarında Azərbaycana qarşı qərəzli informasiya kampaniyasının aparılması, eləcə də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi millət vəkilləri, Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral tərəfindən ölkəmizlə bağlı əsassız ittihamların səsləndirilməsi Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunda ciddi narahatlıq və təəssüf doğurur.

Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətləri mövcuddur. Azərbaycan müstəqil və suveren dövlətdir, daxili və xarici siyasətini öz milli maraqlarına və Konstitusiyasına uyğun müəyyən edir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi “Bir millət, iki dövlət” prinsipi məhz iki müstəqil və suveren dövlətin mövcudluğunu nəzərdə tutur. Bu prinsipin mahiyyətinin təhrif edilməsi, ondan Azərbaycanın daxili işlərinə müdaxilə etmək, kənar siyasi və ideoloji yanaşmaları Azərbaycan cəmiyyətinə diktə etmək üçün əsas kimi istifadə olunması qəbuledilməzdir.

Azərbaycanın dünyəvi dövlət quruluşu və dini etiqad azadlığı Konstitusiya ilə təmin olunur. Ölkəmizdə təhsil siyasəti dünyəvilik, bərabərlik və bütün vətəndaşlar üçün bərabər imkanların yaradılması prinsiplərinə əsaslanır. Təhsil müəssisələrində tətbiq olunan qaydalar bütün vətəndaşlara eyni şəkildə şamil edilir və hər hansı dini mənsubiyyətə qarşı yönəlməyib. Bu məsələlərin dini və ideoloji müstəvidə siyasiləşdirilməsi, Azərbaycanın konstitusion quruluşuna və təhsil siyasətinə qarşı əsassız ittihamların irəli sürülməsi yolverilməzdir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, xalqımıza, onun tarixinə və böyük şəxsiyyətlərinə qarşı təhqir və böhtan xarakterli ifadələrin işlədilməsi də qəbuledilməzdir və Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurur. Təəssüflə qeyd etmək istəyirik ki, AKP iqtidarı bütün bunların qarşısının alınması istiqamətində heç bir addım atmır. Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri qarşısında təxribatçı aksiyaların keçirilməsinə və bununla bağlı çağırışlara dözümlü münasibətin göstərilməsi də bir sıra suallar doğurur.

Hesab edirik ki, Azərbaycan–Türkiyə münasibətlərinin xüsusi xarakteri siyasi məsuliyyət, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsiplərinə riayət olunmasını tələb edir. Ayrı-ayrı siyasi xadimlərin açıqlamaları iki ölkə arasında münasibətlərə xələl gətirməməlidir.

Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq gözləntimiz budur ki, Türkiyənin müvafiq siyasi dairələri, o cümlədən parlamentdə təmsil olunan hakim siyasi partiya təmsilçiləri, bu həssas məsələlərə məsuliyyətlə yanaşacaq, Azərbaycanın suverenliyinə və konstitusion quruluşuna hörmət nümayiş etdirəcək, münasibətlərimizə mənfi təsir göstərə biləcək açıqlamalardan çəkinəcəklər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Oktyabr 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see306

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see304

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see286

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see286

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see285

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see284

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see278

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see278

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see274

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see270

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see250

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see249

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see246

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see241

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see240

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see239

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see238

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see235

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see231

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see231
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri