Icma.az
close
up
RU
Azərbaycan, Türkiyə və Pakistan: Qardaşlıq, əməkdaşlıq və tarixi həmrəylik ŞƏRH

Azərbaycan, Türkiyə və Pakistan: Qardaşlıq, əməkdaşlıq və tarixi həmrəylik ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycan, Türkiyə və Pakistan – bu üç qardaş ölkə ortaq tarixə, mədəniyyətə, dini dəyərlərə və strateji maraqlara əsaslanan münasibətləri ilə dünyada seçilən nadir əməkdaşlıq nümunəsidir. Bu münasibətlər sadəcə diplomatik deyil, həm də dərin mənəvi bağlarla birləşmiş qardaşlıq münasibətləridir. Bu gün hər üç ölkə arasında münasibətlər təkcə siyasi arenada deyil, həm də iqtisadi, hərbi, humanitar və mədəni sahələrdə yüksələn xətlə inkişaf edir. İldən-ilə, gündən-günə daha da güclənən bu əlaqələr bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.

Bu əməkdaşlığın kökləri tarixə dayanır. Türk və müsəlman dünyasında daim bir-birinə dəstək göstərən bu ölkələr, çətin anlarda bir-birinin yanında olaraq, həmrəylik nümunəsi sərgiləmişlər. Pakistan xalqı Azərbaycan torpaqları işğalda olduğu dövrdə daim ədalətli mövqe nümayiş etdirmiş, Ermənistanın işğal siyasətini qətiyyətlə pisləmişdir. Türkiyə isə hər zaman Azərbaycanın ən yaxın müttəfiqi və qardaşı olaraq, siyasi və hərbi dəstəyini əsirgəməmişdir. Bu münasibətlər 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı özünün zirvə nöqtəsinə çatdı. Türkiyə və Pakistanın siyasi, mənəvi və diplomatik dəstəyi Azərbaycan xalqı üçün böyük ruh yüksəkliyi yaratdı və qələbənin əldə olunmasında mühüm mənəvi dayaq rolunu oynadı.

2020-ci ildə qazanılan böyük Qələbədən sonra Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında, o cümlədən strateji və tarixi əhəmiyyətə malik Laçın şəhərində keçirilən tədbirlər bu qardaşlıq əlaqələrinin canlı təzahürüdür. 30 ilə yaxın müddətdə işğal altında olan Laçın şəhərinin azad olunması yalnız hərbi deyil, həm də mənəvi bir zəfərdir. Bu torpaqlarda Azərbaycanın, Türkiyənin və Pakistanın nümayəndələrinin birgə iştirakı ilə keçirilən tədbirlər, sadəcə siyasi məna daşımır, eyni zamanda dərin simvolik və tarixi əhəmiyyət kəsb edir. Bu gün Laçında Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının yanaşı dalğalanması təkcə dostluq rəmzi deyil, həm də beynəlxalq hüququn və ədalətin təntənəsidir.

Üç qardaş ölkənin birliyi təkcə bu günümüzə deyil, həm də gələcəyimizə yönəlib. Bu əməkdaşlıq "Üç Qardaş" hərbi təlimləri ilə daha da möhkəmlənir, regional təhlükəsizlik mexanizmlərinin yaradılması istiqamətində praktiki addımlar atılır. Ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat dəhlizlərinin yaradılması və enerji əməkdaşlığı bu tərəfdaşlığı strateji müstəviyə daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz layihəsi, eləcə də Zəngəzur dəhlizinin perspektivləri üç ölkə arasında qarşılıqlı iqtisadi asılılığı daha da artıracaq və Avrasiya məkanında mühüm logistik mərkəzlərin formalaşmasına səbəb olacaqdır.

Tarixi vərəqlədikdə isə görürük ki, bu birliyin dərin kökləri var. 107 il əvvəl – 1918-ci ildə Azərbaycan xalqı müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Bu, təkcə Azərbaycanın deyil, bütün müsəlman dünyasının fəxr edə biləcəyi bir hadisə idi. Parlamentli respublika quruluşu, qadınlara səsvermə hüququnun verilməsi, milli ordu və ali təhsil sisteminin yaradılması kimi demokratik institutların təməli məhz bu dövrdə qoyuldu. Bu tarixi hadisə müsəlman dünyasında maarifçiliyin, azadlıq uğrunda mübarizənin və milli şüurun inkişafına təkan verdi. Bu gün müstəqil Azərbaycan Respublikası həmin cümhuriyyətin siyasi və ideoloji varisi kimi bu dəyərləri yaşadır və inkişaf etdirir.

Nəticə etibarilə, Azərbaycan, Türkiyə və Pakistan arasında mövcud olan qardaşlıq və əməkdaşlıq münasibətləri regionda sülhün və inkişafın mühüm təminatçısıdır. Bu münasibətlər təkcə dövlətlərarası əlaqə deyil, xalqlar arasında dərin mənəvi bağlara əsaslanır. Tariximiz, mədəniyyətimiz və ortaq dəyərlərimiz bizə bu birliyi qorumağı və gələcək nəsillərə ötürməyi bir vəzifə kimi təqdim edir. Bu gün atılan hər bir birgə addım – istər Laçında, istər İslamabadda, istərsə də Ankarada – ortaq gələcəyimizin daha parlaq və güclü olacağının zəmanətidir.

Əli Hüseynov

YAP Yasamal rayon təşkilatının fəalı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 May 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see140

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see129

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see125

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri