“Azərbaycan Türkiyənin dəstəyi ilə müdaxilə edə bilər” “İran məsələsində Azərbaycan xüsusi əhəmiyyət daşıyır...”
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin aviadaşıyıcı zərbə qrupunun Yaxın Şərqə göndərilməsi fonunda Vaşinqton İranla bağlı növbəti addımlarını nəzərdən keçirir. “The Washington Post” qəzetində dərc olunan məqalədə bildirilir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası İranla bağlı qərar verməzdən əvvəl fundamental və cavabı qeyri-müəyyən olan bir sualla üz-üzədir: İran çoxmillətli dövlət, yoxsa farsların dominant olduğu imperiyadır?
“Hudson” İnstitutunun Yaxın Şərq üzrə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran yazır ki, bu suala hətta iranlıların özləri də qəti cavab verə bilmir. Müəllif tarixə istinad edərək Yuqoslaviya nümunəsini xatırladır. Uzun illər çoxmillətli dövlət kimi təqdim olunan Yuqoslaviya 1990-cı illərin əvvəlində rejim süqut edən kimi sürətlə parçalanmış, əvvəllər basdırılan etnik kimliklər zorakı siyasi qarşıdurmaya çevrilmişdi.
Məqalədə qeyd olunur ki, Yuqoslaviyada hegemon mövqedə olan serblər əhalinin təxminən 36 faizini təşkil edib. İranda farslar daha böyük paya malik olsa da, yenə də çoxluq deyil. “The Washington Post” yazır ki, İranın etnik coğrafiyası vəziyyəti daha da mürəkkəbləşdirir. Farslar əsasən Tehran və İsfahan ətrafında cəmləşdiyi halda, digər millətlər sərhəd bölgələrində yaşayır və dil, mədəniyyət, tarixi baxımdan qonşu ölkələrdəki icmalarla sıx bağlıdır. Güney Azərbaycan türkləri şimal-qərbdə Azərbaycan və Türkiyə ilə, kürdlər qərbdə İraq və Türkiyə ilə, ərəblər cənub-qərbdə İraqla, bəluclar Pakistan və Əfqanıstanla, türkmənlər isə Türkmənistanla sərhəd boyu məskunlaşıb.
Məqalədə vurğulanır ki, bu səbəbdən qonşu dövlətlərin İranın daxili sabitliyi ilə bağlı birbaşa maraqları mövcuddur və bu kontekstdə Azərbaycan xüsusi əhəmiyyət daşıyır. Qəzet yazır ki, İranda yaşayan Güney Azərbaycan türklərinin sayı Azərbaycan Respublikasındakı əhalidən daha çoxdurvə coğrafi baxımdan vahid bir ərazidə yaşayırlar.
Müəllif qeyd edir ki,Güney Azərbaycan türklərinə Türkiyə və Azərbaycan mediasına marağı güclənir, etnik kimlik şüuru dərinləşir və ana dilində təhsil tələbləri səsləndirilir. Bu proses Türkiyə və Azərbaycanın iqtisadi və siyasi baxımdan inkişafı, İranın isə iqtisadi böhran və beynəlxalq təcrid şəraitində qalması ilə izah olunur.
“The Washington Post” yazır ki, 1979-cu il İslam inqilabı dövründə Azərbaycan Sovet İttifaqının tərkibində olduğu üçün İranın daxili proseslərinə təsir imkanlarından məhrum idi. Lakin bu gün vəziyyət köklü şəkildə dəyişib. Azərbaycan regionda yüksələn güc kimi çıxış edir, NATO standartlarına uyğun ordusu var, Türkiyə ilə strateji müttəfiqlik əlaqələri və İsraillə sıx təhlükəsizlik əməkdaşlığı mövcuddur.
Məqaləyə görə, İranda mümkün zorakı daxili qarşıdurma ssenarisində Azərbaycan öz etnik soydaşlarını qorumaq üçün proseslərə müdaxilə etməyə məcbur qala bilər və bu, Türkiyənin dəstəyi ilə baş verə biləcək ciddi regional qarşıdurma ssenarisi kimi dəyərləndirilir.
Rasim Əliyev
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 26 Yanvar 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















