Icma.az
close
up
RU
Politoloq: Azərbaycan Türkmənistan əməkdaşlığı Türk dünyasının möhkəmlənməsinə xidmət edir

Politoloq: Azərbaycan Türkmənistan əməkdaşlığı Türk dünyasının möhkəmlənməsinə xidmət edir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 25 avqust, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri, orda keçirdiyi görüş və müzakirələr beynəlxalq miqyasına görə çox əhəmiyyətlidir. Coğrafi baxımından kiçik olan Azərbaycan böyük beynəlxalq layihələrin əsas iştirakçısına, qurucusuna, layihə rəhbərinə çevrilib. Formalaşmaqda olan yeni dünya düzənində ölkəmiz təkcə Cənubi Qafqaz, Türküstan (Mərkəzi Asiya) bölgəsi deyil, bütün dünya üçün yeni strategiya, münasibətlər yaradır. Əlbəttə, bu siyasətin memarı Prezident İlham Əliyevdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

O bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət, atılan hər bir addım vahid bir konsepsiyasnın tərkib hissəsidir. Bu konsepsiya ölkəmizi regionun liderinə, təhlükəsizlik qarantına çevirib. Bizdə belə bir atalar sözü var “əgər sülh istəyirsənsə, müharibəyə hazır ol”. Biz 2020-ci ildə müharibə etməklə regionumuzda sülhə nail olduq. Bu gün hətta Ermənistanın Baş naziri Nikol Paşinyan və komandası “Qarabağ düyünündən” qurtulmağın sevincini yaşayırlar və erməni xalqına çatdırmağa çalışırlar ki, bununla daha da müstəqil olacağıq.

Qarabağda qalibiyyət təkcə regionumuzu kənar qüvvələrin təsirindən qurtarmadı, eyni zamanda, Türküstan bölgəsindəki ölkələrin də müstəqil, milli maraqlara söykənən siyasət yeritməsinə təkan verdi. Prezident İlham Əliyevin son zamanlar Türkmənistanla bağlı apardığı siyasət Türkmənistanın enerji resurslarının Qərbə daşınmasına, onun nəqliyyat – komunikasiya imkanlarının artmasına və beynəlxalq əhəmiyyətinin yüksəlməsinə aparır. Türkmənistan Orta Dəhliz layihəsində əhəmiyyətli coğrafi mövqeyə malikdir və əlaqələrin inkişafı Trans - Xəzər xəttinin imkanlarını artırır.

“Azərbaycanın həyata keçirdiyi siyasət Türk Dövlətlər Təşkilatına inamı artırır. Həmin Təşkilata kənardan baxan Türkmənistanın isə inteqrasiyasını sürətləndirir. Bu səfər, həmçinin Türk Dövlətlərinin birliyinə strateji dəstəkdir. Bu Təşkilatın qlobal miqyasda nüfuzu artır, onun siyasi, iqtisadi və mədəni gücü beynəlxalq münasibətlərdə mühüm faktor kimi qəbul olunur. Azərbaycanın və Türkmənistanın bu təşkilatdakı əməkdaşlığı, şübhəsiz ki, bütövlükdə Türk dünyasının möhkəmlənməsinə xidmət edir.

Xəzərin hər iki sahilində yerləşən qardaş ölkələr öz gələcəklərini ortaq maraqlar əsasında qurmaqda qərarlıdır. Bu qərarlılıq isə nəinki regional sabitlik, həm də Avrasiya məkanında yeni əməkdaşlıq formatlarının yaranmasına yol açır. Azərbaycanı və Türkmənistanı birləşdirən əsas sahələrdən biri enerji sektorudur. Xəzərin zəngin karbohidrogen ehtiyatlarının rasional istifadəsi və beynəlxalq bazarlara çatdırılması məsələsində iki ölkənin ortaq mövqeyi mövcuddur. Trans-Xəzər layihələri, enerji dəhlizlərinin diversifikasiyası və Avropa bazarlarına çıxış imkanları qarşılıqlı fayda prinsiplərinə əsaslanır. Bununla yanaşı, Bakı ilə Aşqabad arasında nəqliyyat sahəsində əməkdaşlıq da yeni mərhələyə qədəm qoyur. Azərbaycan Orta Dəhlizin aparıcı ölkələrindən biridir və Türkmənistanla bu sahədə inteqrasiya həm regional ticarətin, həm də Şərq-Qərb bağlantılarının möhkəmlənməsinə xidmət edəcək. Səfər zamanı əldə olunan razılaşmalar bu perspektivi daha da gücləndirdi.

Siyasi və iqtisadi məsələlərlə yanaşı, Azərbaycanla Türkmənistan arasında humanitar sahədə əməkdaşlıq da xüsusi önəm daşıyır. İki xalqı birləşdirən dərin köklər, ədəbiyyat, musiqi və mədəniyyət sahəsindəki ortaq dəyərlər dövlətlərarası münasibətlərin davamlılığını təmin edir. Prezident İlham Əliyevin səfərində bu məsələlərin gündəmə gətirilməsi göstərir ki, Bakı üçün diplomatiya təkcə iqtisadi maraqlarla məhdudlaşmır, mənəvi bağların möhkəmlənməsi də əsas hədəflərdən biridir”, - deyə Y.Hacızadə vurğulayıb.

Politoloqun sözlərinə görə, Azərbaycan Prezidenti Türkmənistan səfərində bir daha nümayiş etdirdi ki, ölkəmizin xarici siyasət kursu regional sabitliyə və qarşılıqlı hörmətə əsaslanır. Xəzər hövzəsində balanslı siyasət yürütmək, qonşu dövlətlərlə əməkdaşlıq etmək və qarşılıqlı maraqlar əsasında strateji tərəfdaşlıq qurmaq Azərbaycanın mövqeyini gücləndirir. Səfərin nəticələri göstərdi ki, Azərbaycanla Türkmənistan arasında münasibətlər yalnız ikitərəfli çərçivə ilə məhdudlaşmır. Bu əməkdaşlıq Avrasiya məkanında yeni nəqliyyat və enerji xəritələrinin formalaşmasına və ümumilikdə beynəlxalq münasibətlərdə yeni güc balansının yaranmasına xidmət edir.

Hər hansı bir siyasi ideologiya və nəzəriyyə iqtisadi maraqlara söykənmir və ya iqtisadi əlaqələrlə gücləndirilmirsə həmin ideologiya özünü doğrultmur və yaşamır. Azərbaycanın regionumuzda sülhün təmin olunması sahəsində apardığı siyasət, Türk Dövlətlər Təşkilatının möhkəmlənməsində göstərdiyi fəaliyyət, beynəlxalq layihələrin qurulması və inkişafı sahəsində addımları həm də bərabər iqtisadi maraqlara və əməkdaşlığa söykənir. Azərbaycan, Özbəkistan və Türkmənistan liderlərinin görüşü və imzalanan sənədlər də bu məqsədin davamıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Avqust 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri