Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Azərbaycan üçün şans BMTdə Ermənistana elə bir sual verildi ki...

Azərbaycan üçün şans BMTdə Ermənistana elə bir sual verildi ki...

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hüquqşünas: “BMT tribunasında Ermənistanda niyə azərbaycanlıların yaşamaması barədə sualın qaldırılması Azərbaycanın lehinədir”
BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 114-cü sessiyası çərçivəsində Ermənistanın dövrü məruzəsinə baxılıb.
Dekabrın 2-də baxışın ilk günündə komitə üzvü Çunq Çinsunq Ermənistanın məruzəsində Azərbaycanla bağlı çox sayda iddiaların yer aldığına təəccüblənərək, Ermənistanda bir nəfər azərbaycanlının belə yaşamadığı halda sənəddə Azərbaycana bu qədər yer ayrılmasına aydınlıq gətirilməsini sorğulayıb.
Ermənistan nümayəndə heyətinin rəhbəri, bu ölkənin xarici işlər nazirinin müavini Vahan Kostanyan suala cavab verməkdə çətinlik çəkərək, azərbaycanlıların Ermənistanda yaşamadığını təsdiq edib, sənəddə Azərbaycanla bağlı yazılanları məruzənin mahiyyətinə uyğun olmayan təhlükəsizlik və siyasi vəziyyətlə əlaqələndirməyə çalışıb.
Bir gün sonra, dekabrın 3-də isə Ermənistan üzrə məruzəçi Yeung Sık Yuen Yeung Kam Con komitənin bu ölkədə irqçi təşkilatları və bu təşkilatlarda iştirakı kriminallaşdıran qanunvericiliyin olmadığından narahatlığını ifadə edib və son dövrlər ərzində nifrət zəminində baş vermiş cinayətlər barədə danışıb. Erməni kimliyinin azlıqlara qarşı dözümsüzlüyə haqq qazandırmaq üçün istifadə olunduğunu bildirən ölkə üzrə məruzəçi Ermənistanda etnik və milli mənsubiyyətinə görə insanlara qarşı nifrət zəminində çıxışların olduğuna diqqəti çəkib və azərbaycanlılara və türklərə qarşı da bu cür çıxışların edildiyini vurğulayıb.
Eyni zamanda bir neçə gün öncə Azərbaycan əsilli Gürcüstan vətəndaşının Ermənistanda təcili eniş etmiş təyyarədən enməsinə icazə verilməməsi məsələsini qaldıraraq, erməni nümayəndə heyətindən bununla bağlı açıqlama istəyib.
Ermənistan nümayəndə heyətinin rəhbəri, bu ölkənin xarici işlər nazirinin müavini Vahan Kostanyan vəziyyətdən çıxmağa çalışaraq, Ermənistan hakimiyyətinin üzləşdiyi çətinliklərdən danışıb.
Xatırladaq ki, ötən ay Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı qaldırdığı iddia ilə bağlı Azərbaycanın təqdim etdiyi ilkin etirazlara dair qərarını açıqlayıb.
Məhkəmə sədri qısa şəkildə münaqişənin tarixçəsinə toxunaraq, tərəflərin keçmiş SSRİ respublikaları olduğunu xatırladıb. O, Ermənistanın “Dağlıq Qarabağ”, Azərbaycanın isə Qarabağ adlandırdığı ərazinin əhalisinin əksəriyyətini ermənilərin təşkil etdiyini və bu ərazinin Azərbaycanın tərkibində olduğunu vurğulayıb. 
Azərbaycan iki əsas etiraz irəli sürüb: birincisi, tərəflər arasında artıq danışıqlar aparıldığı və məsələnin məhkəmənin səlahiyyətlərinə aid olmadığı. Məhkəmə tərəflər arasında 2021-ci ildə iki dəfə görüş keçirildiyini bildirib  və Azərbaycanın bu arqumentini inandırıcı saymayıb. Məhkəmə hətta Ermənistanın məsələnin həlli üçün kifayət qədər səy göstərdiyini iddia edib;
İkinci etiraz məhkəmənin səlahiyyətlərinə aid olub. Məhkəmə Ermənistanın irəli sürdüyü tələblərin etnik diskriminasiya çərçivəsində dəyərləndirilə biləcəyini və məhkəmənin səlahiyyətlərinə aid olduğunu bildirib.
Beynəlxalq Ədalət Məhkəməsi hər iki ilkin etirazın rədd olunması barədə qərar qəbul edib: birinci etiraz 16:1, ikinci etiraz isə 15:1 səslə rədd edilib.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə COP29 zamanı Musavat.com-a açıqlamasında bildirmişdi ki, azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasətinin Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən nəzərdən keçirilməsinə mahiyyəti üzrə baxılacaq: “Bu barədə məhkəmə qərarı mövcuddur. Biz hesab edirik ki, Azərbaycan tərəfi yalnız Beynəlxalq Ədalət Məhkəməsi çərçivəsində deyil, eyni zamanda arbitraj prosesləri çərçivəsində Ermənistanın məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək. Bu proses 2-3 il davam edəcək. Hazırda konkret vaxt demək çətindir”.
Məlum olduğu kimi, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində bir neçə iddia tələbi irəli sürüb: 
23 yanvar 2023-cü il tarixində Azərbaycan hökuməti İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Konvensiyaya uyğun olaraq əsas iddia sənədini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib;
18 yanvar 2023-cü il tarixində Azərbaycan “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Bern Konvensiyasına uyğun olaraq indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesini başladıb. 
27 fevral 2023-cü il tarixində Azərbaycan Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq, Ermənistana qarşı dövlətlərarası arbitraj prosesini başladıb. Azərbaycan tərəfi Ermənistana təqdim edilmiş Arbitraj Bildirişində 1991-ci ildən 2020-ci ilə qədər Ermənistanın ərazilərimizin 30 ilə yaxın qanunsuz işğalı dövründə Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarını pozduğuna görə Ermənistandan təzminat və maliyyə kompensasiyası tələb edib.
 

Polad Mehdiyev 

Hüquqşünas Polad Mehdiyev “Yeni Müsavat”a şərhində bildirdi ki, BMT-də Azərbaycanın lehinə fikirlərin səsləndirilməsi ölkəmizin beynəlxalq məhkəmələrdə qaldırdığı iddialarda da lehimizə ola bilər: “Ermənistan analoji iddia tələbi ilə, yəni irqi ayrı-seçkiliyin bütün növlərinin ləğv olunmasına dair Konvensiyanın tələbinə uyğun olaraq, etnik təmizləməni əsas gətirir - Azərbaycan ərazi bütövlüyünü bərpa edərkən, antiterror tədbirləri zamanı ermənilərin Qarabağı könüllü tərk etməsini etnik təmizləmə kimi təqdim etməyə çalışır. Beynəlxalq Ədalət Məhkəməsi ötən il bu iddianın əsaslı olmaması barədə qərar qəbul etmişdi. Bu gün Ermənistan ərazisində bir nəfər də azərbaycanlının yaşamaması faktdır. Digər danılmaz fakt isə budur ki, indiki Ermənistan ərazisində azərbaycanlılar kompakt formada yaşayıblar. Azərbaycanın irqi ayrı-seçkiliyin bütün növlərinin ləğv olunmasına dair iddiasının əsasını Ermənistanda sistemli formada azərbaycanlıların üç dəfə köçə məcbur edilməsi təşkil edir. Sonuncu köç zamanı, yəni 1987-1991-ci illərdə 250 min azərbaycanlı deportasiya edilib. Onların orada doğulması, yerləşməsi, onlara məxsus əmlakların məhv edilməsi, azərbaycanlılara məxsus tarixi, mədəniyyət abidələrinin məhv edilməsi və s. faktlar yaxın tarixə aiddir, faktlar, sübutlar var. BMT tribunasında bu məsələnin müzakirəsi Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsindəki iddialarının əsaslarını möhkəmləndirir. Məhz azərbaycanlı olduğu üçün köçə məcbur edilmə, azərbaycanlı olduğu üçün etnik təmizləməyə məruz qalma faktı müəyyən edilir. Bu baxımdan BMT tribunasında Ermənistanda niyə azərbaycanlıların yaşamaması barədə sualın qaldırılması Azərbaycanın lehinədir. Bu, hüquqi müstəvidə Azərbaycan dövlətinin apardığı mübarizənin nəticəsidir”.  
Yeri gəlmişkən, Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini Qasım Məmmədov parlamentdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmədə çıxış edərkən qərbi azərbaycanlılara qarşı törədilmiş cinayətlərə diqqət çəkib.
Q.Məmmədov bildirib ki, Ermənistandan son deportasiya zamanı 216 azərbaycanlı qətlə yetirilib, 6522 nəfər zərərçəkmiş kimi tanınıb: “Qərbi azərbaycanlılara qarşı törədilmiş cinayətlər şərti olaraq istintaq dövründə dörd mərhələyə bölünüb. Bu, 1905-1907, 1918-1920, 1947-1953, 1987-1991-ci illərdə törədilmiş cinayətlərdir. Həmin dövrlərdə böyük sayda azərbaycanlı qətlə yetirilib və məcburi köçkünlüyə məruz qalıb”.
Q.Məmmədov bildirib ki, təkcə 1987-1991-ci illərdə törədilmiş cinayətlər nəticəsində 250 mindən artıq qərbi azərbaycanlı öz tarixi torpaqlarından köçürülməyə məruz qalıb: “Eyni zamanda istintaq materialları ilə 216 nəfər şəxsin bu proseslər əsnasında qətlə yetirilməsi müəyyən olunub. İstintaqın hazırkı mərhələsində 6522 nəfər şəxsin dindirilməsi təmin olunub. Onların zərərçəkmiş şəxs qismində tanınması təmin edilib”.
O, bəzi hallarda vəfat etmiş şəxslərin hüquqi varislərinin zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanındığını qeyd edib: “Həmçinin 216 nəfər qətlə yetirilmiş şəxsin qətlə yetirilmələrini təsdiq edən ifadələri özündə əks etdirən şəxslərin dindirilməsi təmin olunub”.
Baş Prokurorluq rəsmisi vurğulayıb ki, qərbi azərbaycanlılara qarşı cinayətlərin istintaqının bir əhəmiyyəti də müxtəlif sübutlar və tədqiqat nümunələrinin ayrı-ayrı qurumlardan, tarixçilərdən və ya araşdırmaçılardan toplanmasıdır:
“Hazırkı mərhələdə bu cinayətlərin törədilməsini təsdiq edən mötəbər sübutların vahid mərkəzdə, cinayət işi materiallarında toplanmasına çalışırıq. Eyni zamanda müxtəlif xarici ölkələrə qeyd edilən cinayət hadisələri ilə əlaqədar məlumatların əldə olunması üçün beynəlxalq hüquqi yardımlar göndərilib, bir sıra hallarda zəruri sənədlər əldə olunub”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Dekabr 2024 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri