Icma.az
close
up
RU
Azərbaycan “Ulduz”u Türkiyənin “Gənc ürəklər”ində

Azərbaycan “Ulduz”u Türkiyənin “Gənc ürəklər”ində

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbu orqanı olan “Ulduz” jurnalının xüsusi buraxılışı qardaş Türkiyənin Ankara şəhərində, “Gənc ürəklər” dərgisində oxuculara təqdim edilib. 

“Gənc ürəklər” dərgisinin 14-cü (Qış, dekabr–yanvar–fevral 2025) sayında “Ulduz” jurnalının təqdimatı ilə azərbaycanlı şair və yazarların əsərləri yer alıb.

“Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair Qulu Ağsəs 
“525-ci qəzet”ə açıqlamasında deyib ki, “Gənc ürəklər” dərgisinin baş redaktoru Muhterem Şahin ötən ilin yayında “Ulduz” jurnalını görüb və jurnalın redaksiya heyətinin üzvü Rəsmiyyə Sabirdən nəşr haqqında soruşub: “Sonradan biz Muhterem bəylə onlayn şəkildə əlaqə saxladıq, tanış olduq. Söhbətimiz zamanı təklif etdim ki, biz “Gənc ürəklər” dərgisinin bir sayını Azərbaycanda çap edək, onlar da “Ulduz”un bir sayını Ankarada çap etsinlər. Razılıq əldə olundu və yazılar toplanmağa başladı. 2024-cü ilin sentyabr ayında biz “Gənc ürəklər” dərgisinin xüsusi buraxılışını Azərbaycanda- “Ulduz” jurnalında çap etdik. “Bir millət, iki dövlət” devizindən çıxış edərək, yazıların Azərbaycan türkcəsinə uyğunlaşdırılmasına ehtiyac görmədik, necə göndərilmişdisə, elə də çap olundu. 

Sonra isə Azərbaycandan yazıları toplayıb Muhterem Şahinə yolladıq. Bir neçə mərhələdən keçdikdən sonra, nəhayət, “Ulduz” jurnalının Ankaradakı xüsusi sayı çap olundu. Bu, hər birimiz üçün çox sevindirici haldır. Əsasən də ona görə ki, bu, bir ilkdir. İlk dəfə Azərbaycan dərgisi Türkiyədə olduğu kimi çap edilir, eləcə də Türkiyədəki dərgi Azərbaycanda olduğu kimi yayımlanır. Burdakı proses orada da oldu. Yəni əsərlər Azərbaycan türkcəsində olduğu kimi yayımlandı. Bu yaradıcı əməkdaşlığımızın davamlı olmasını arzulayıram. Muhterem bəylə danışıqlarımız davam edir. İstərdim ki, ayrıca olaraq Azərbaycanın gənc yazarlarına həsr olunmuş xüsusi buraxılışı da Ankarada çap etdirək”. 

“Ulduz – Gənc ürəklər qardaşlığı daim olsun” devizi ilə çap olunan xüsusi buraxılışın ilk məqaləsində baş redaktor Muhterem Şahin yazır:

“Dərgimizin bu sayında “Ulduz”dan gələn 39 əsəri Azərbaycan türkcəsində olduğu kimi yayımlayırıq. Buradakı məqsədimiz Azərbaycandakı dostlarımızın Türkiyə türkcəsiylə, Türkiyədəki qardaşlarımızın da Azərbaycan türkcəsiylə bir yazını, şeiri, hekayəni, esseni oxumaqlarına şərait yaratmaqdır. Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsi bir-birinə o qədər yaxındır ki, anlamamaq mümkün deyil. Bəlkə bir neçə kəlməni başa düşməkdə çətinlik çəkə bilərsiniz. Ləhcələr arasında belə kiçik fərqlər ola bilər, mümkündür. Onları da öyrənəcəyik, öyrənməliyik”.   

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Yanvar 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri