Icma.az
close
up
RU
Azərbaycan Universitetində beynəlxalq konfrans keçirilir Fotolar

Azərbaycan Universitetində beynəlxalq konfrans keçirilir Fotolar

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Universitetində “The Future of Higher Education: Global Perspectives, Local Impact” (Ali təhsilin gələcəyi: qlobal perspektivlər, lokal təsir)  adlı ikigünlük beynəlxalq konfrans işə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə ali təhsilin gələcəyinə dair müasir trendlərin, innovativ yanaşmaların və lokal reallıqların qlobal dəyişikliklərlə qarşılıqlı təsiri müzakirə olunur.

Azərbaycan Universiteti və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən konfransın məqsədi ali təhsil sistemlərinin modernləşdirilməsi, rəqəmsal transformasiya, beynəlmiləlləşmə, həmçinin əmək bazarının sürətlə dəyişən tələblərinə uyğun bacarıqların inkişafı istiqamətində fikir mübadiləsinin aparılmasıdır. Konfransın işində elm və təhsil ictimaiyyətinin nümayəndələri, 20-dən çox ölkədən alim, tədqiqatçı və ekspert iştirak edir. 

Tədbirdən əvvəl universitet rəhbərliyi və konfrans iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar. Akademik Zərifə Əliyevanın da məzarı ziyarət edilib, abidəsi önünə gül dəstələri düzülüb.

Beynəlxalq tədbiri salamlama nitqi ilə Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva açaraq qeyd edib ki, Azərbaycanın ali təhsil sisteminin inkişafı Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji xəttə əsaslanır. Onun müdrik və uzaqgörən siyasəti nəticəsində təhsil dövlət quruculuğunun əsas prioritetlərindən birinə çevrilib. Bu strateji kurs bu gün onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən təhsil, sosial və digər sahələrə göstərilən ardıcıl diqqət və dəstək, bütövlükdə insan kapitalının inkişafına böyük töhfədir.  

Rektor çıxışında qeyd edib ki, ali təhsil sistemi tarixi transformasiya mərhələsindən keçir. Qloballaşma, rəqəmsallaşma, süni intellekt texnologiyalarının inkişafı və dəyişən əmək bazarı  bu sahədə ciddi dəyişikliklərə səbəb olur. Ali təhsil artıq yalnız bilik ötürən sistem deyil, innovasiya yaradan, tənqidi düşüncəni formalaşdıran və cəmiyyətin inkişafına istiqamət verən dinamik bir ekosistemdir. Bu baxımdan konfransın mövzusu olan “qlobal baxış və lokal təsir” yanaşması xüsusi əhəmiyyət kəsb edir və çox əhəmiyyətli bir ideyanı özündə birləşdirir. Biz beynəlxalq təcrübələri öyrənməli, qabaqcıl modelləri mənimsəməli, lakin eyni zamanda onları yerli kontekstə uyğunlaşdıraraq real təsir yaratmalıyıq. Çünki hər bir universitet yalnız qlobal sistemin bir hissəsi deyil, həm də öz cəmiyyətinin inkişafında mühüm rol oynayan bir mərkəzdir.  

Səadət Əliyeva bildirib ki, müasir dövrdə elmi tədqiqatların rolu daha da artır. Universitetlər bilik istehsal edən və innovasiyaları təşviq edən əsas platformalara çevrilməlidir. Bu istiqamətdə beynəlxalq əməkdaşlıq, multidissiplinar yanaşma və elmi şəffaqlıq prinsipləri xüsusi əhəmiyyət daşıyır.

Rektor Səadət Əliyeva həmçinin bildirib ki, rəhbərlik etdiyi Azərbaycan Universiteti bu il 35 illik yubileyini qeyd edir: “Biz 35 illik fəaliyyət yoluna nəzər salırıq. Bu illər ərzində qazandığımız təcrübə bizə göstərir ki, davamlı inkişaf yalnız dəyişikliklərə açıq olmaqla mümkündür. Məhz bu səbəbdən biz bu gün burada gələcəyin ali təhsil modelini birlikdə müzakirə edirik”.

Daha sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri Ülkər Səttarova, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov, Qazaxıstanın Xalel Dosmuxamedov adına Atırau Universitetinin prorektoru Bakıt Altınbaşov çıxış ediblər.

Çıxışlarda ali təhsilin qarşısında duran müasir çağırışlar - rəqəmsallaşma, süni intellektin təhsilə inteqrasiyası, tədrisin keyfiyyətinin artırılması, universitet - sənaye əməkdaşlığının gücləndirilməsi, innovasiya və tədqiqat fəaliyyətinin inkişafı, qlobal rəqabət mühitində milli ali təhsil sistemlərinin mövqeyinin möhkəmləndirilməsi kimi məsələlərə toxunulub.

Açılış mərasimindən sonra konfrans iki plenar sessiya ilə davam edib. Birinci plenar sessiyada Türkiyənin TED Universitetinin professoru Kürşat Çağıltay “Is Artificial Intelligence the New Savior of Higher Education?” (Süni intellekt ali təhsilin yeni xilaskarıdırmı?) mövzusunda çıxış edərək süni intellektin ali təhsildə rolu, imkanları və potensial riskləri barədə geniş təhlil təqdim edib. İkinci plenar sessiyada isə Böyük Britaniyanın Middlesex Universitetinin professoru Paul Gibbs “Thinking, AI and the future of the scholar” (Düşüncə, süni intellekt və tədqiqatın gələcəyi) adlı məruzəsi ilə akademik fəaliyyət və sahibkarlıq yanaşmaları arasında balans məsələlərinə diqqət çəkib.

Tədbirin bölmə iclaslarında isə süni intellektin ali təhsildə rolu, imkanları və potensial riskləri; ali təhsildə rəqəmsal transformasiya, bilik transferi, qloballaşma və beynəlxalq əməkdaşlıq, davamlı inkişaf, sosial məsuliyyət və bərabərlik, həmçinin idarəetmə, keyfiyyət təminatı və gələcəyin bacarıqları kimi aktual istiqamətlər üzrə elmi tədqiqatların nəticələri təqdim olunur, müzakirələr aparılır.  

Beynəlxalq konfrans işini bu gün yekunlaşdıracaq.






Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 May 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri