Icma.az
close
up
RU
Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb FOTOLAR

Azərbaycan Universitetində ikigünlük beynəlxalq konfrans işə başlayıb FOTOLAR

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Bu gün Bakıda Azərbaycan Universitetinin təşkilatçılığı və ev sahibliyində 2-ci “Sosial iş və sosial tədqiqat” (Social Work & Social Research) beynəlxalq konfransı işə başlayıb. “Konstitusiya və Suverenlik ili”nə həsr olunan, Sosial Tədqiqatlar Mərkəzi, Türkiyənin Fırat Universiteti və Recep Tayyip Erdoğan Universitetinin tərəfdaşlığı ilə keçirilən konfransın məqsədi sosial iş təhsili və sosial siyasət sahəsindəki aktual məsələlərin müzakirə olunması, əhalinin müxtəlif kateqoriyalarının sosial və psixoloji səviyyəsinin yüksəldilməsinə yönəlmiş müasir texnologiyaların hazırlanması və tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılmasıdır.

Tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar.

Konfransın əvvəlində Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İkigünlük beynəlxalq tədbiri giriş sözü ilə Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva açaraq ümummilli lider Heydər Əliyevin müəllifi olduğu sosial inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini qeyd edib, Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti ilə bu sahəyə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.

Rektor bildirib ki, ali təhsil müəssisələrinin üzərinə bu sahədə peşəkar kadrların hazırlanması kimi məsuliyyətli vəzifə düşür. Azərbaycan Universitetində 2009-cu ildən başlayaraq sosial iş sahəsində mütəxəssis hazırlığı həyata keçirilir. Azərbaycan Universitetində Sosial iş ixtisasının tədrisi, əldə olunan uğurlar və universitetin bu istiqamətdəki hədəflərindən də bəhs edən Səadət Əliyeva bildirib ki, universitet kadr hazırlığı ilə kifayətlənmir, həm də bu sahənin müxtəlif problem və məsələləri elmi cəhətdən araşdırılır. 2023-cü ildə “Sosial iş və sosial tədqiqat” beynəlxalq konfransının birincisi keçirilib və konfransda qəbul edilən qərarların icrası təmin edilib.

Rektor çıxışında qeyd edib ki, mövzusu olduqca spesifik olan konfransa maraq böyük olub. Məruzəçi kimi iştirak etmək üçün 20-dən çox ölkədən müraciət daxil olub və 100-ə yaxın məruzə qəbul edilib. Səadət Əliyeva çıxışında konfransın işinin səmərəli və məhsuldar olacağına, 2 gün davam edəcək müzakirələrin elm və təhsil sahəsinin inkişafına əhəmiyyətli töhfə verəcəyinə əminliyini də ifadə edib.

Daha sonra Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Elm və Təhsil Nazirliyinin Elm, Ali Təhsil Siyasəti şöbəsinin müdiri Turxan Süleyman, Keyfiyyət Təminatı Agentliyinin sədri Tural Əhmədov, Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Vüqar Ağayev, Rumıniyanın Alexandru Yoan Kuza Universitetinin professoru Stefan Cojocaru (Kojukaru) çıxış edərək konfransın mövzusunun təsadüfi seçilmədiyini qeyd edib, müzakirə olunacaq mövzuların aktuallığını və əhəmiyyətini vurğulayıblar.

Açılışın ardından başlayan plenar iclasda Birləşmiş Krallığın Nottingham Universitetinin professoru Yasuhiro Kotera (Feeling well across cultures: CROss-cultural WellNess) və Rumıniyanın Alexandru Yoan Kuza Universitetinin professoru Stefan Cojocarunun (Appreciative approach in social work) məruzələri dinlənilib. Plenar iclasa Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov sədrlik edib.

Konfransın işi gün ərzində bölmə iclaslarında davam edib.

“Sosial iş və sosial tədqiqat” (Social Work & Social Research) 2-ci beynəlxalq konfransı işini sabah yekunlaşdıracaq. Bazar günü isə tədbirin xarici iştirakçılarının Bakı şəhərinin tarixi mərkəzinə və Qobustana ekskursiyası təşkil olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 May 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri