Azərbaycan universitetlərinin beynəlxalq elm yarışmasındakı uğursuzluğu Biabırçı nəticə
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
Bakı Ali Neft Məktəbi ICPC 2025 beynəlxalq proqramlaşdırma müsabiqəsində 70-dən çox ölkədən iştirak edən 139 komanda arasında 127-ci yeri tutub.
AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı sabiq millət vəkili, təhsil eksperti Etibar Əliyev paylaşıb. Onun sözlərinə görə, Azərbaycan universitetlərinin nəticəsi uğursuz olub:
"ICPC — Beynəlxalq universitetlərarası proqramlaşdırma müsabiqəsi dünyanın ən nüfuzlu, ən rəqabətli yarışlarından biridir. Həmçinin qlobal texnoloji şirkətlərin ən çox diqqət yetirdiyi tədbirlər sırasındadır. Belə çıxır ki, BANM-da proqramlaşdırma və kodlaşdırma üzrə keyfiyyətli tədris yoxdur? Bəs 680 baldan yuxarı nəticə göstərən abituriyentlər, Respublika olimpiadalarının qalibləri haradadır?"
Ekspert ADA Universitetinin də nəticəsini tənqid edib:
"ADA kimi böyük bir universitetdə bu sahəyə rəhbərlik edən Fuad Hacıyevin proqramlaşdırmadan elementar biliklərinin olmaması təəssüf doğurur. Qeyd edim ki, ADA Universiteti yarışmada 101-ci yerdə qərarlaşıb."
Əliyev Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bu istiqamətdə tam fəaliyyətsizliyini də sərt şəkildə vurğulayıb:
"Bu universitetlərin nəticəsini isə yalnız bir dəqiqəlik sükutla yad etmək olar."
Baxış sayı:78
Bu xəbər 07 Sentyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















