İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir
Icma.az bildirir, Azxeber.com portalına istinadən.
İran qonşu ölkələrdən turist axınını artırmaq üçün sərhəd bölgələrinin imkanlarından istifadə etməlidir.
AZXEBER.COM xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Mədəni İrs Nazirliyinin iclasında jurnalistlərə bildirib.
A. Əraqçi ölkənin turizm potensialının genişləndirilməsi, qonşu ölkələrdən turistlərin cəlb edilməsi və turizm marşrutlarının Məşhəddən kənara genişləndirilməsinin vacibliyini vurğulayıb.
Əraqçi bildirib ki, iraqlı turistlərin İsfahan və İranın şimal bölgələrinə marağı artır. Onların şəxsi avtomobillərlə ölkəyə səfərlərinin asanlaşdırılması turizmdən əldə olunan gəlirlərin müxtəlif vilayətlər arasında daha balanslı bölüşdürülməsinə şərait yarada bilər.
O, turizm, mədəni irs və sənətkarlıq sahələrində əməkdaşlığın genişləndirilməsinə, viza prosedurlarının asanlaşdırılmasına və İranın mədəni irs nümunələrinin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi istiqamətində birgə fəaliyyətə hazır olduqlarını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 14 Noyabr 2026 20:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















