Icma.az
close
up
RU
Azərbaycan Uqandada Qoşulmama Hərəkatının 19 cu Nazirlər İclasında iştirak etdi FOTO

Azərbaycan Uqandada Qoşulmama Hərəkatının 19 cu Nazirlər İclasında iştirak etdi FOTO

Icma.az, Moderator.az saytına istinadən bildirir.

15–16 oktyabr tarixlərində Uqandanın paytaxtı Kampala şəhərində Qoşulmama Hərəkatının (QH) 19-cu Nazirlər İclası keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kampala Nazirlər İclası çərçivəsində beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, davamlı inkişafın təşviqi, Hərəkatın institusional potensialının artırılması, eləcə də Yaxın Şərqdə vəziyyət və digər aktual gündəm məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Samir Şərifov toplantının açılış seqmentində çıxış edərək ölkəmizin sədrlik dövründə həyata keçirdiyi təşəbbüslər, o cümlədən Hərəkatın institusional inkişafına verdiyi töhfələrə toxunub, habelə üzv ölkələr arasında həmrəyliyin və birliyin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir müavini Azərbaycan-Ermənistan normallaşma gündəliyi üzrə son irəliləyişlər və işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə iştirakçılara məlumat verib.

Hərəkatın keçmiş Sədri və hazırkı Troika üzvü qismində ölkəmiz həmçinin QH-nin Fələstin üzrə Nazirlər Komitəsinin iclasında təmsil olunub. Nazir müavini S.Şərifov Azərbaycan dövlət başçısının 13 oktyabr 2025-ci il tarixində Şarm Əl-Şeyx Sülh Sammitində iştirakına vurğu edərək, ölkəmizin zirvə görüşünə dəvət alan azsaylı Hərəkat üzvlərindən biri olduğuna və bunun əhəmiyyətinə, iki dövlət prinsipi əsasında Yaxın Şərqdə davamlı sülh və təhlükəsizliyinin tez bir zamanda bərqərar olmasının vacibliyinə, eləcə də ölkəmizin regiondakı humanitar təşəbbüslərinə diqqət çəkib.

İclas çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib, Azərbaycan və Uqanda Hökumətləri arasında diplomatik və xidməti pasport sahibləri, Azərbaycan Respublikasının və Somali Federativ Respublikasının Hökumətləri arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişlər imzalanıb.

Qeyd edilən sənədlərin imzalanması Azərbaycan Respublikasının Afrika ölkələri ilə ikitərəfli münasibətlərinin genişləndirilməsi, qarşılıqlı səfərlərinin asanlaşdırılması və diplomatik əlaqələrin daha da inkişafına xidmət edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri