Icma.az
close
up
RU
Menu

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

Azı qərar, çoxu zərər...

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

DÇ 2026: Ukrayna 8 qollu görüşdən qalib ayrıldı

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı keçirilib

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı keçirilib

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı keçirilib.
Newscenter.az xəbər verir ki, "Bandunq Ruhunun 70 İlliyinin qeyd olunması: Bandunq prinsiplərinin dəstəklənməsində parlamentlərin rolu" mövzusuna həsr olunmuş konfransa Milli Məclisin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova sədrlik edib.
Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova tədbirin açılışındakı çıxışında bu tədbirin təşkilində göstərdikləri həmrəylik və dəstəyə görə Parlamentlərarası İttifaqın prezidenti Tulia Aksona, təşkilatın baş katibi Martin Çunqonqa və Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayevaya təşəkkürünü bildirib.
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 4-cü Konfransının Bandunq Bəyannaməsinin qəbulunun ildönümünə təsadüf etməsi baxımından da əlamətdar olduğunu deyən spiker Sahibə Qafarova vurğulayıb ki, bu ay Qoşulmama Hərəkatının yaradılmasının əsasını qoyan Bandunq prinsiplərinin 70 illiyi qeyd olunur. Ötən illər göstərir ki, Bandunq prinsipləri heç vaxt öz etibarlılığını itirməyib. Əksinə, beynəlxalq münasibətlərdəki mövcud proseslər göstərir ki, Bandunq prinsipləri bu gün üzləşdiyimiz mürəkkəb çağırışlarla mübarizə üçün hərəkətverici qüvvə kimi qəbul edilməlidir.
Suverenlik, ərazi bütövlüyü, bərabərlik, daxili işlərə qarışmamaq, ədalətə hörmət və beynəlxalq öhdəliklər kimi prinsiplərə ciddi əməl olunması bütün xalqların dinc yanaşı yaşaması və daha yaxşı gələcək naminə səmərəli əməkdaşlığı üçün vacibdir.
Milli Məclisin sədri vurğulayıb ki, ölkələrimiz Qoşulmama Hərəkatının işinə cəlb olunmaqla bu prinsipləri mənimsəməkdə və onlara sadiq qalmaqda əzmkar olublar. Digər tərəfdən, parlamentlərimiz Bandunq prinsiplərində təsbit olunmuş idealların və məqsədlərin həyata keçirilməsində mühüm rol oynamaq arzusu ilə çıxış ediblər. Bu yanaşma təkcə bu prinsiplərin irəliləyişində hökumətlərimizə dəstək verməyə hazır olduğumuzu deyil, həm də sülh, ədalət və davamlı inkişaf naminə parlamentlərarası əməkdaşlığın potensialına möhkəm inamı göstərir. Bu mənada, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi bizim ümumi baxışımızı əks etdirir.
2019-2024-cü illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyini xatırladan spiker Sahibə Qafarova deyib ki, 2019-cu ildə Qoşulmama Hərəkatının Bakıda keçirilən 18-ci Zirvə Toplantısında Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın sədrlik prioritetlərini və fəaliyyətini Bandunq prinsipləri əsasında quracağını, ədaləti və beynəlxalq hüquq normalarını qətiyyətlə müdafiə edəcəyini, Qoşulmama Hərəkatının rolunu və nüfuzunu daha da artırmaq üçün çalışacağını vurğulayıb. Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin bir sıra təşəbbüsləri Hərəkat üzvləri arasında həmrəyliyin, qarşılıqlı dəstəyin və çoxşaxəli əməkdaşlığın gücləndirilməsi, habelə onun institusional inkişafı üçün həyati əhəmiyyət kəsb edib. Milli Məclisin sədri Parlament Şəbəkəsinin yaradılmasını da Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin mühüm nailiyyətlərindən biri kimi qiymətləndirib.
Parlament Şəbəkəsinin 2021-ci ilin noyabrında Madriddə Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində keçirilən konfransda yaradıldığını xatırladan spiker Sahibə Qafarovanın sözlərinə görə, həmin vaxtdan bu günədək Parlament Şəbəkəsinin üç konfransı keçirilib. Bu tədbirlərdə 70 ölkədən, 15 beynəlxalq təşkilatdan olmaqla, iştirakçıların ümumi sayı 1000 nəfərdən çox olub. Sahibə Qafarova deyib ki, hər bir konfransda iştirakçıların sayı əvvəlki ilə müqayisədə daha da artıb ki, bu da Parlament Şəbəkəsinə artan marağın nəticəsidir. Bu gün isə Parlament Şəbəkəsi Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentlərinin yarısından çoxunu təmsil edir.
Azərbaycan parlamentinin sədri, həmçinin deyib ki, hər bir konfrans Şəbəkənin institusional inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edib. Belə ki, Bakı Konfransı təşkilatın Əsasnaməsini, rəsmi loqosunu və bayrağını qəbul edib, sədr və 3 sədr müavini seçilib. Manama Konfransı Şəbəkənin iş üsullarını daha da inkişaf etdirib və təkmilləşdirib. Cenevrə Konfransı Büronun və 4 daimi komitənin yaradılması haqqında qərarlar qəbul edib.
Bunlarla yanaşı, digər təşkilatlarla institusional dialoqun inkişaf etdirilməsi də Parlament Şəbəkəsinin əsas diqqət mərkəzində olan məsələlərdən biri olub. Milli Məclisin sədri deyib ki, hazırda Parlament Şəbəkəsi 6 təşkilatda müşahidəçi statusuna malikdir, 7 təşkilat isə Şəbəkədə müşahidəçi statusu alıb. Həmçinin 7 təşkilatla Anlaşma Memorandumu imzalamaqla, Şəbəkə beynəlxalq əməkdaşlıqda iştirakını daha da genişləndirib.
Çıxışına davam edən Sahibə Qafarova bildirib ki, Parlament Şəbəkəsi həm də ideya və məqsədlərini təbliğ etmək niyyəti ilə parlamentlərimizin beynəlxalq platformalarda təmsil olunmasında da fəallıq göstərib. O, Parlament Şəbəkəsinin sədri kimi bir sıra mühüm tədbirlərdə iştirak etdiyini bildirib. Şəbəkəyə üzv dövlətlərin parlamentlərinin və beynəlxalq təşkilatların rəhbərliyi ilə 60-dan çox ikitərəfli görüş keçirilib, görüşlərdə dialoq və əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib. Eyni zamanda, təşkilatın Katibliyi parlamentlərimiz arasında mühüm təmas nöqtəsi kimi fəaliyyət göstərməklə yanaşı, maarifləndirmə tədbirlərində də fəal olub.
Parlament Şəbəkəsinin Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentləri arasında ikitərəfli əlaqələrin inkişafı üçün də çox mühüm və faydalı platforma olduğunu söyləyən Sahibə Qafarova Azərbaycan Milli Məclisində Hərəkata üzv dövlətlərin parlamentləri ilə əməkdaşlıq üzrə əlavə 20 parlament dostluq qrupu yaradıldığını, bu dostluq qruplarının üzv parlamentlərlə əlaqələrimizi daha da genişləndirmək məqsədini əks etdirdiyini söyləyib. Ümumilikdə Milli Məclisdə fəaliyyət göstərən 104 dostluq qrupundan 49-u Şəbəkənin parlamentlərini əhatə edir.
Çıxışının sonunda Milli Məclisin sədri qeyd edib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini daha da inkişaf etdirmək və əməkdaşlığımızı dərinləşdirmək üçün yaxşı imkanlar var. O, üzv parlamentləri bu prosesdə fəal iştirak etməyə və ümumi məqsədlərin təşviqi istiqamətində birgə işi davam etdirməyə çağırıb.
Sonra konfransda çıxış edən Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, təşkilatın Baş katibi Martin Çunqonq, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova, Misir Nümayəndələr Palatasının sədri Hanafi Gebali, Mərakeş Krallığı Müşavirlər Palatasının sədri Sidi Mohamed Ould Ər-Rəşid, Nepal Federal Parlamentinin Nümayəndələr Palatasının sədri Dev Raj Gimire, Maldiv Xalq Məclisinin sədri Abdulrahem Abdulla və digərləri konfransın mövzusunun aktuallığı, müasir beynəlxalq münasibətlərdə Bandunq prinsiplərinin dəstəklənməsinin vacibliyi ilə bağlı fikirlərini səsləndiriblər. Çıxışçılar Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması və institusional inkişafı, təşkilatın beynəlxalq rolunun artırılması istiqamətində görülən işləri yüksək qiymətləndirərək, ölkəmizə bu sahədəki geniş fəaliyyətindən ötrü minnətdarlıqlarını bildiriblər. Həmçinin təşkilati məsələlərlə bağlı müxtəlif təkliflər irəli sürülüb.
Sonra konfransın gündəliyində duran bir sıra təşkilati məsələlərə baxılıb. Milli Məclisin sədri Sahibə Qafarovanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə sədrliyinin növbəti 3 illik dövr üçün yenilənməsi, həmçinin sədr müavinlərinin də səlahiyyət müddətinin növbəti dövr üçün artırılmasına dair qərar qəbul olunub. Bu qərar layihəsinin müzakirəsi zamanı Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentlərinin böyük əksəriyyəti sədr və müavinlərin səlahiyyət müddətlərinin yenilənməsi məsələsinə dəstək göstəriblər.
Konfransda, həmçinin Şəbəkəyə üzv parlamentlərin yekdil mövqeyini ifadə edən və bir sıra mühüm müddəaların əks olunduğu Daşkənd Bəyannaməsi qəbul olunub.
Bəyannamədə digər məsələlərlə yanaşı, Parlament Şəbəkəsinin institusional çərçivəsinin daha da inkişaf etdirilməsi, o cümlədən Büro və daimi komitələrin fəaliyyətlərinin təmin olunması, Şəbəkənin mənzil qərargahının yaradılması istiqamətində müzakirələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Sənəddə, həmçinin Bakı İqlim Birliyi Paktına və COP29-un mühüm nəticələrinə, Qoşulmama Hərəkatına üzv dövlətlərdə öz yaşayış yerlərini zor gücü ilə dəyişməyə məcbur qalmış insanların, o cümlədən Qərbi Azərbaycan icmasının öz evlərinə sülh yolu ilə təhlükəsiz şəraitdə və ləyaqətlə geri qayıdışı hüququna dəstək ifadə edilib.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 Aprel 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see640

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see451

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see418

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see227

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

11 Oktyabr 2025 08:35see198

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see164

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

10 Oktyabr 2025 22:17see151

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see146

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see144

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

11 Oktyabr 2025 12:32see137

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see135

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see135

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

10 Oktyabr 2025 23:43see134

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

11 Oktyabr 2025 01:21see134

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see131

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

11 Oktyabr 2025 14:06see130

DÇ 2026: Ukrayna 8 qollu görüşdən qalib ayrıldı

11 Oktyabr 2025 01:18see126

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

11 Oktyabr 2025 09:33see125

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

11 Oktyabr 2025 17:29see122

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri