Icma.az
close
up
RU
İlham Əliyevin gənc olduğunu bəhanə edərək, əleyhinə səs verməyi tapşırırmış Millət vəkili

İlham Əliyevin gənc olduğunu bəhanə edərək, əleyhinə səs verməyi tapşırırmış Millət vəkili

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

“Bir çox insanlar hətta düşünmürlər ki, 87 yaşında olan bir şəxs qanuni yolla hakimiyyətə gəlməyin mümkün olmadığını bildiyi halda zorakı yolla ölkəyə rəhbərlik etmək iddiasına düşsün. Ancaq bu bir həqiqətdir və Ramizkimilərin əqidəsi gec-tez üzə çıxmalı idi və hazırda bütün ölkəyə bəyan olundu”.

"Unikal" xəbər verir ki, bu sözləri “Mehdiyev işi” ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin İntizam komissiyasının sədri, YAP-ın məşhur simalarından olan Eldar İbrahimov bildirib.

O, bu haqda indiyədək məlum olmayan bir sıra faktları açıqlayıb və ölkəmizin ictimai-siyasi həyatında Ramiz Mehdiyevin işi ilə bağlı çox gərgin müzakirələr getdiyini vurğulayıb.

Deputat xatırladıb ki, hələ 2003-cü ildə Yeni Azərbaycan Partiyası İlham Əliyevin namizədliyini irəli sürəndə Ramiz Mehdiyev bununla razılaşmayaraq öz tabeliyində olan adamlara İlham Əliyevin bu vəzifə üçün çox gənc olduğunu bəhanə edərək onun əleyhinə səs verməyi tapşırırmış:

“Çünki Ramiz Mehdiyev yalnız özünü bu vəzifəyə layiq bilirdi. O, İlham Əliyev cənablarının Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətinin ilk 16 ilində də bu yüksək vəzifəni tutmaqda riyakar və çirkin əməllərini davam etdirirdi. Bütün bunlara baxmayaraq, İlham Əliyev cənabları Azərbaycan xalqının çox böyük əksəriyyətinin səsini toplayaraq həmin seçkidə qalib gəldi. Prezident seçildikdən sonra İlham Əliyev cənablarının uzaqgörənliklə formalaşdırdığı uğurlu xarici və daxili siyasət nəticəsində Azərbaycan Respublikası 22 il ərzində analoqu olmayan iqtisadi, siyasi və sosial inkişafa nail oldu. Bu müddət ərzində respublikamızın ərazi bütövlüyünün təmin edilməsi və suverenliyinin bərpası istiqamətində də əsaslı tədbirlər həyata keçirildi. Bunu gözü götürməyən və Prezidentlik xülyasından əl çəkməyən Ramiz Mehdiyev və ətrafına topladığı xainlər Qarabağın işğaldan azad olunması üçün hərbi əməliyyatların başlanmasına mane olurdular, bunun vaxtının çatmadığını bildirirdilər. Yalnız Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezident Administrasiyasının Aparat rəhbəri vəzifəsindən azad edildikdən sonra ölkə Prezidenti qəti qərar qəbul etdi və 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə silahlı basqınına cavab olaraq əks hücum əməliyyatına başlamaq barədə qərar verdi”.

Qeyd edək ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 Dekabr 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri