Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Azərbaycanda İnstaqram və Tiktok işləmir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

Azərbaycan ÜTT yə nə vaxt üzv olacaq? AÇIQLAMA

Azərbaycan ÜTT yə nə vaxt üzv olacaq? AÇIQLAMA

Icma.az bildirir, Metbuat portalına istinadən.

Azərbaycan beynəlxalq iqtisadi sistemə inteqrasiyasını dərinləşdirmək istiqamətində ardıcıl addımlar atır. Bu çərçivədə ölkənin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesi və Birləşmiş Ərəb Əmirlikləri ilə hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi üzrə görülən işlər yaxın zamanda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın müzakirəsinə təqdim ediləcək.

Dünya Bankı Qrupunun “Business Ready” hesabatında “Beynəlxalq ticarət” indikatoru üzrə nəzərdə tutulan islahatlar 2025-ci il üçün Yol Xəritəsinə daxil edilib və sənədə əsasən, 1 oktyabradək Azərbaycanın ÜTT-yə üzvlüyünə dair işçi qrupunun növbəti iclasına hazırlıq tədbirlərinin görülməsi planlaşdırılır.

Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov Metbuat.az-a bildirib ki, Azərbaycanın ÜTT-yə üzvlük prosesi milli maraqlar qorunmaqla, xüsusilə aqrar sektorun dəstəklənməsi istiqamətində aparılır:

“Azərbaycan ilə Ümumdünya Ticarət Təşkilatı (ÜTT) arasında artıq uzun müddətdir üzvlüklə bağlı danışıqlar aparılır və bu prosesdə şərtlərin əhəmiyyətli hissəsi razılaşdırılıb. Hazırda şərtlərin təxminən 90 faizi üzrə razılıq əldə edilsə də, hələ də müzakirəsi vacib olan bəzi məqamlar qalmaqdadır. Azərbaycanın mövqeyi danışıqlar boyu milli maraqlarını qorumaq prinsipinə əsaslanır. Ən vacib məsələlərdən biri aqrar sektorun subsidiyalarla dəstəklənməsidir. Azərbaycan “yaşıl zənbil” çərçivəsində kənd təsərrüfatına subsidiyaları davam etdirmək niyyətindədir. Qeyd edək ki, ÜTT-də subsidiyalar üç kateqoriyaya – yaşıl, sarı və qırmızı zənbilə bölünür və kənd təsərrüfatı məhsullarının ümumi istehsalının 10 faizindən artıq subsidiyalaşdırılması məhdudlaşdırılır. Aqrar sektor Azərbaycan üçün strateji əhəmiyyət daşıyır, çünki əmək qabiliyyətli əhalinin 37 faizi bu sahədə çalışır. Buna görə də kənd təsərrüfatının dəstəklənməsi prioritet məsələlərdən biri hesab olunur və əsas alətlərdən biri kimi subsidiyalar fermerlərin xərclərinin bir hissəsinin dövlət tərəfindən ödənilməsinə imkan verir”.

Millət vəkili qeyd edib ki, digər mühüm məsələ Azərbaycanın ÜTT-də qəbul ediləcək statusu ilə bağlıdır. Onun sözlərinə görə, təşkilatda ölkələr “inkişaf etmiş”, “inkişaf etməkdə olan” və “keçid dövründə olan” statuslarla təmsil olunur. İnkişaf etmiş ölkələr üçün şərtlər daha sərt olduğundan, Azərbaycan öz maraqlarını qorumaq məqsədilə “keçid ölkəsi” statusu üzərində də danışıqlar aparır:

“Ümumilikdə, son illərdə Azərbaycan qanunvericilik və digər normativ çərçivəni beynəlxalq standartlara uyğunlaşdırıb və bu istiqamətdə mühüm addımlar atıb. Bununla belə, son dövrlərdə ölkələrin qarşılıqlı tarif tədbirləri ÜTT-nin rolunu xeyli zəiflədib və hazırda qlobal ticarətdə əsasən dövlətlərin fərdi qaydada qəbul etdikləri qərarlar üstünlük təşkil edir. Bu isə həm namizəd ölkələrin, həm də üzv dövlətlərin ÜTT-yə münasibətinə birbaşa təsir göstərir. Buna baxmayaraq, Azərbaycan təşkilata üzvlük müraciətini geri çəkməyib və danışıqları davam etdirir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 21 Avqust 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1053

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see354

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see351

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see262

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see255

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see254

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see244

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see237

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see224

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see213

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see211

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see204

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see198

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see191

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see187

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see184

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see181

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see180

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see169

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri