Icma.az
close
up
RU
“Otel və restoran sektoru bu günləri həvəslə gözləyir ki, qiymətləri qaldırıb pul qazansınlar”

“Otel və restoran sektoru bu günləri həvəslə gözləyir ki, qiymətləri qaldırıb pul qazansınlar”

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2026-cı ilin martında Azərbaycanda cəmi 14 gün iş olacaq. Bu da həmin ay üç bayramın - 8 Mart Beynəlxalq Qadınlar Günü, Novruz və Ramazan bayramlarının olması, üstəlik bayram günlərindən bəzilərinin şənbə-bazara düşməsi səbəbindən həftənin növbəti iş günlərinin tətil olması ilə bağlıdır.  

Mütəxəssislər bu vəziyyətin həm istehsal ritminə, həm də xidmət sektorunun fəaliyyətinə təsir göstərəcəyini bildirirlər.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, qeyri-iş günləri əsas baza fəaliyyətlərini tam dayandırmır:

“İşıq yanır, metro və avtobuslar işləyir. Dövlət heç kimi məcbur etmir ki, bayram günlərində işçi işlətməyəsən, sadəcə burada belə bir nüans yaranır ki, sahibkar işçini bayram günlərində razılaşdıraraq işə çıxarda bilər, amma bu zaman həmin günlər adi birə bir əmsalla hesablanmır və əlavə ödəniş edilməlidir. Bu isə sahibkar üçün xərc artımına səbəb olur”.

İqtisadçının sözlərinə görə, uzunmüddətli bayram günlərindən faydalanan sahələr də mövcuddur. Xüsusilə otel və restoran sektorları bu dövrdə aktivliyə ümid edir:

“Eyni zamanda, bu cür uzunmüddətli bayramlardan faydalanan sahələr də var. Məsələn, otel və restoran sektoru bu günləri həvəslə gözləyir ki, qiymətləri qaldırıb pul qazansınlar. Onlar bütün ümidlərini həmin dövrə bağlayırlar, çünki xüsusən mart ayında — biznesin zəif olduğu, havanın nə isti, nə də soyuq olduğu vaxtda nə qış turizmindən, nə də yay turizmindən faydalana bilirlər. Bu dövrü gözləyən iqtisadiyyat sektorları da var ki, insanlar həmin vaxt daha çox pul xərcləyirlər.

 Bu, bayram günlərində işlərin tam dayanması demək deyil. Dövlət demir ki, filan günlər işləmək olmaz — xeyr. Dövlət sadəcə bildirir ki, bu günlər bayram günləridir və əgər işlədilirsə, onda bayram günlərinin şərtlərinə uyğun işlədilməlidir. Bu da öz növbəsində əlavə xərc yaradır”.

 Avropa ölkələrində daha qısa iş rejiminə keçidin geniş yayıldığını xatırladan iqtisadçı əlavə edib ki, nəzəri olaraq işləməmək iqtisadiyyata mənfi təsir göstərir, amma işləməyin də müəyyən qaydaları var: 

“Məsələn, Avropada artıq 4 və ya 4 gün yarımlıq iş rejiminə keçiblər. Böyük Britaniyada dəfələrlə olmuşam, orada 4 gün yarım işləyirlər və 5-ci gün günortadan sonra iş dayandırılır. Bəzi sektorlarda bunu rəsmiləşdirməyə çalışırlar, bəziləri isə distant iş rejiminə keçiblər — məsələn, həftədə 3 gün işə gəlirsən, 2 gün evdən işləyirsən.

Dünyada, xüsusən də inkişaf etmiş ölkələrdə bu məsələlərin ağıllı həll yolları tapılır. Azərbaycan iqtisadiyyatına baxanda görürük ki, əsas məşğulluq dövlət sektorunun payına düşür — təxminən 50 faiz dövlət sektorundadır. Dövlət sektoru qazı çıxarır, nefti satır, işçilərə maaş verir və bu sahələr 7/24 fəaliyyət göstərir. Buna görə də Azərbaycanda elə bir ciddi dəyər yaradılması prosesi yoxdur ki, deyək işləməsək ixrac azalacaq və ya sahibkarın böyük problemi yaranacaq. Əməkhaqqı səviyyələri də elə də aşağı deyil; bayram günlərində əməkhaqqı artırılsa belə, sahibkar üçün ciddi xərc artımı baş vermir. Üstəlik, görürük ki, bəzi sahibkarlar işçiləri işlədib heç əlavə ödəniş də etmirlər və əmək qanunvericiliyini pozurlar”.

Xalid Kərimli hesab edir ki, mart ayında qeyri-iş günlərinin çox olması Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsir göstərməyəcək:

“Mən hesab etmirəm ki, bu qədər uzun qeyri-iş günləri ölkəmiz üçün ciddi problem yaratsın. Uzunmüddətli tətillər faktiki olaraq hər yerdə mövcuddur. Məsələn, Çində yanvarın 20-dən fevralın 15-nə qədər uzunmüddətli Yeni il tətilləri olur və Çin kimi ölkədə fabriklərin fəaliyyəti belə dayanır.

Amerikada bu cür rəsmi uzun tətillər olmasa da, dekabrın 15-dən sonra çox adam məzuniyyət götürür. Bu baxımdan düşünmürəm ki, Azərbaycanda da uzun qeyri-iş günləri ciddi iqtisadi mənfi təsir göstərsin”.

Əsmətxanım Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 Dekabr 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri