Azərbaycan və Belarus XİN rəhbərlərinin telefon danışığı olub
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
6 mart tarixində Belarusun xarici işlər naziri Maksim Rıjenkov Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
XİN-dən APA-ya verilən xəbərə görə, telefon danışığı zamanı nazirlər regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar. Hərbi eskalasiya ilə bağlı narahatlıq ifadə olunaraq, gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov Belarus həmkarını 5 mart tarixində İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumları barədə məlumatlandırıb.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 06 Mart 2026 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















