Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Azərbaycan və Çin yeni imkanları araşdırır

Azərbaycan və Çin yeni imkanları araşdırır

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Ölkələr arasında kənd təsərrüfatı üzrə birgə işçi qrup yaradılacaq

Çin və Azərbaycan aqrar sahədə ənənəvi istehsal və emal üsullarından müasir aqrar-sənaye modelinə keçidi sürətləndirmək, “ağıllı kənd təsərrüfatı” texnologiyalarının tətbiqini genişləndirmək, sıfır tullantı, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinin tətbiqini təmin etmək, ekoloji təmiz və halal qida prinsipi ilə fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri və aqroparklar yaratmaq üçün birgə təşəbbüsləri dəstəkləyir. Tərəflər bu layihələrin icrasında dövlət şirkətləri ilə yanaşı, özəl biznes icmasınıın fəaliyyətini əlaqələndirməyi vacib hesab edir. Çin Xalq Respublikasının səfiri Lu Mey ilə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov arasında keçirilən görüşdə aqrar sektorda əməkdaşlığın yeni istiqamətləri və dəstəklərin verilməsi barədə ətraflı müzakirələr aparılıb.

M.Məmmədov bildirib ki, Azərbaycanla Çin arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycan Çin ilə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri tam dəstəkləyir. Lu Mey isə Çinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələrdə tərəfdaşlığın inkişafına maraq göstərdiyini vurğulayıb. O, kənd təsərrüfatı, innovasiya və texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib. Bildirilib ki, əməkdaşlığın yeni gündəliyi olduqca genişdir və tərəflər yeni layihələr üzrə birgə hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, ən müasir texnologiyaların transferi sahələrində imkanları artırmaq niyyətindədir.

Aqrar sektorda Çinin “ağıllı texnologiyaları” tətbiq olunur

Çinin “yaşıl inkişaf” və qabaqcıl aqrar-sənaye texnologiyası sahəsində əldə etdiyi zəngin təcrübə bir çox ölkələr, o cümlədən strateji müttəfiqlərdən biri - Azərbaycan üçün də xüsusi maraq kəsb edir. Çin hazırda alternativ enerji texnologiyaları üzrə dünya liderlərindən biridir və dünyanın 80-dən çox ölkəsində müasir istehsal zonalarında bu innovasiyalara geniş yer verilir. Bu baxımdan Azərbaycanın aqrar sektoru innovasiyayönümlü modellərin tətbiqində Çin təcrübəsindən faydalana bilər.

Çinin aqrar-sənaye və şirkətləri azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə də Azərbaycanın əsas tərəfdaşlarından birinə çevriləcək. Bu ərazilər zəngin aqrar potensiala malikdir və hazırda müasir modellər təbiq edilir. Kənd təsərrüfatı istehsalında “ağıllı enerji” texnologiyalarının tətbiqi və idarə olunması sahəsində xarici şirkətlərlə danışıqlar aparan Azərbaycan hökuməti Çin investorlarına da mühüm önəm verir.

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Çin bazarlarına ixracının genişləndirilməsi müasir ixrac-tranzit siyasətində mühüm yer tutur. 

“Azərbaycan Ticarət Ev”ləri ikitərəfli əlaqələrə dəstək verir

Azərbaycan-Çin iqtisadi əməkdaşlığının mühüm platforması kimi Çində fəaliyyət göstərən Azərbaycan Ticarət Evlərinin rolunu da xüsusi qeyd etmək olar. İndiyədək Çinin Çindao, Canciaciye, Sian, Çendu və Pekin şəhərlərində Azərbaycanın “Ticarət Evləri” açılıb, eləcə də Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 Şərab Evinin fəaliyyəti təmin edilib. Ticarət evləri ölkəmizdə istehsal edilən qida və içki sənayesinə aid 50-yə yaxın məhsulun nümayış olunması, milli ixrac qabiliyyətinin imkanlarının təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Burada diqqəti cəlb edən “Made in Azerbaijan” rəflərinin təşkili yerli qeyri-neft məhsullarının vahid brend ilə dünyada tanıdılması və təşviq edilməsi baxımından ən təsirli ixrac ideyası sayıla bilər.

Ticarət evləri Azərbaycan məhsullarının təkcə satışı və tanıdılması üçün əhəmiyyət daşımır, bu cür iqtisadi strukturlar həm də iki ölkə arasında kənd təssərrüfatı sahəsində faydalı iqtisadi müzakirələr üçün platforma rolunu oynayır, Azərbaycan ixracatçılarının  potensial imkanlarını nümayiş etdirir. Həmçinin, Ticarət evlərinin sayının artması Azərbaycan və Çin arasında qarşılıqlı ticarət mübadiləsinin də artmasını təşviq edəcək, xüsusilə də ölkəmizdən Çinə ixracın həcmini yüksəldəcək. Qeyd edək ki, hazırda iki ölkə arasında qarşılıqlı mal dövriyyəsinin həcmi təxminən 3,1 milyard dollar təşkil edir, Azərbaycanın bu ölkəyə ixracının həcmi 100 milyona dollara bərabərdir. İxracda əsas məhsullar qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə məhsullarıdır.

İxrac missiyaları aqrar sahədə əməkdaşlığı artırır

Artıq bir neçə ildir ki, iqtisadi ənənəyə çevrilmiş Çinin Urumçi şəhərində təşkil olunan Azərbaycanın ixrac missiyaları da iki ölkənin biznes icması arasında təmasların genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İxrac missiyaları yeni bazarlara çıxış imkanlarını aşkar etmək, mövcud bazarlarda yerli məhsulların mövqeyini möhkəmlətmək və bu bazarlara yeni məhsullar təqdim etmək məqsədi ilə təşkil olunan dəstək tədbiridir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən bu cür tədbirlər Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsində əsas vasitələrdən biridir.

Çin sərgilərində Azərbaycan məhsulları böyük maraq doğurur

Azərbaycan sahibkarları davamlı olaraq Çində təşkil olunan ənənəvi nəhəng sərgilərdə də fəal iştirak edirlər. Son 5 ildə  “Made in Azerbaijan” vahid ölkə stendi ilə nümayiş olunan malların həm coğrafiyası artır, həm də Ticarət evlərində təmsi olunan sahibkarların sırası genişlənir.

Yeri gəlmişkən, ötən həftə Çinin Fucien əyalətinin Siamen şəhərində keçiriləm 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində  (“CIFIT 2025”) Azərbaycanın kənd təsərrüfatı məhsulları nümayiş etdirilib. “Invest in Azerbaijan” vahid ölkə stendində ölkəmizin yeyinti məhsulları çinli iş adamlarının xüsusi marağına səbəb olub. Sərgi Azərbaycanın investisiya və ticarət imkanlarını tanıtmaq, Çin bazarında mövqelərimizi gücləndirmək və yeni tərəfdaşlıqlar qurmaq üçün yeni fürsətlər yaradır. Eyni zamanda, Azərbaycanın aqrar sektoruna Çin iş adamlarının cəlbi və birgə müəssisələrin yaradılması və ixrac imkanları baxımından mühüm əhəmiyyət kəsb edir.

Ümumilikdə, Azərbaycanın və Çinin aqrar sahədə əməkdaşlığı və niyyətləri ikitərəfli iqtisadi və ticari həcmlərin artmasına, müasir aqrar alətlərin tətbiqi sayəsində ekoloji təmiz məhsul istehsalına imkan verməklə yanaşı, ərzaq təhlükəsizliyinin möhkəmlənməsində mühüm töhfəverici rol oynayacaq.

E. CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Sentyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see401

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see346

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see331

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see330

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see312

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see306

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see302

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see259

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see246

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see242

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see237

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see231

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see225

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see219

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see210

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see206

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see201

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see181

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri