Icma.az
close
up
RU
Azərbaycan Çin: Yeni İmpuls Xəbərlər

Azərbaycan Çin: Yeni İmpuls Xəbərlər

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə etdiyi son səfər iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm mərhələ oldu.
Belə fəal əməkdaşlıq fonunda iki ölkə arasındakı biznes fəaliyyəti artır, bu amil isə xüsusilə Çin şirkətlərinin Bakıdakı beynəlxalq ticarət sərgilərində iştirakı ilə özünü parlaq şəkildə əks etdirir.
Beləliklə, 2025-ci ilin yaz sərgi mövsümü çərçivəsində Azərbaycanda "Caspian Event Organisers" və "Iteca Caspian" şirkətləri tərəfindən təşkil edilən dörd mühüm sərgidə 30-dan çox Çin şirkəti iştirak edəcək. Bu sərgilər iqtisadiyyatın strateji sahələrini – kənd təsərrüfatı, qida sənayesi, energetika, nəqliyyat və logistika sahələrini əhatə edir.
18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərində 10 Çin şirkəti iştirakını təsdiqləyib. Bu şirkətlər sırasında "Beijing Yifan Technology", "HEFS Food", "Linyi Chengmei Peanut Foodstuff", "Lovol", "RegAgro Tech", "Shanghai Allynnav Technology", "Shandong Binnong Technology" və digər şirkətlər yer alır.
Regionun ən böyük energetika tədbiri olan 30-cu Yubiley “Baku Energy Week” (Bakı Enerji Həftəsi) xüsusi diqqət çəkir. Bakı Enerji Həftəsi çərçivəsində “Caspian Oil&Gas”, “Caspian Power” sərgiləri və “Baku Energy Forum” keçiriləcək. Hazırda 21 Çin şirkətinin bu tədbirdə iştirakı təsdiqlənib. Onlar arasında “GS Oiltools", "Hangzhou Fortune Gas Cryogenic Group", "Hebei Longway Petroleum Equipment", "Jiangsu Changbao Steel Tube", "Linzhou Fengbao Pipe Industry", "LONGi Solar Technology", "Neway Valve" (Suzhou) və digər tanınmış şirkətlər yer alır.
22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Translogistica Caspian” Sərgisində isə Çin şirkətləri olan “Qingdao Fengtie International Logistics” və “Shenzhen Morning Int’l Shipping” artıq iştiraklarını təsdiqləyiblər.
Çin şirkətlərinin sərgilərdə fəal iştirakı, Azərbaycanın Avrasiyada logistika, energetika və kənd təsərrüfatı sahələrində strateji əhəmiyyətini bir daha vurğulayır, həmçinin Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsinə olan artan marağını da aydın şəkildə nümayiş etdirir.
 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 Aprel 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zakir Həsənovdan Vətən Müharibəsi Qəhrəmanına böyük jest RÜTBƏSİNİ ARTIRDI

11 İyul 2026 19:42see395

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see377

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see365

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi ABŞ hərəkətə keçdi

11 İyul 2026 09:38see323

ABŞ nin Rusiyaya qarşı sarsıdıcı sanksiyalar ı razılaşdırılıb Lindsi Qrem

10 İyul 2026 23:40see297

Azərbaycan kinosunun ən uğurlu 18+ filmi (VİDEO)

11 İyul 2026 05:19see221

Qələbənin memarı: Cənab Ali Baş Komandan kitabının təqdimatı olub

11 İyul 2026 14:34see212

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see211

Yamal Fransaya meydan oxudu “Onların qorxmalı olduğu komanda bizik”

11 İyul 2026 02:23see185

Dünyanın gözü Hörmüzdə: ABŞ nin İrana verdiyi vaxt bitir, gəmilər radarlardan itir

11 İyul 2026 09:02see170

Argentina İsveçrə matçında daha bir qol CANLI YENİLƏNİR

12 İyul 2026 06:32see168

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see166

“Rihanna dördüncü dəfə ana olacaq”

11 İyul 2026 08:41see162

Ramin Nurəhmədov yeni vəzifəyə təyin olundu

12 İyul 2026 11:35see158

Aygün Kazımovanın 26 il əvvəl başına gələn hadisə gündəm oldu (Video)

12 İyul 2026 01:03see157

Qlobal atmosfer qazanı qaynayır Azərbaycana yeni hava zərbəsi gəlir

11 İyul 2026 15:27see156

FİFA ingilis referilərə Argentina oyunlarında hakimlik etməyi qadağan edib

11 İyul 2026 05:13see155

Bakı Qazax yolunda avtobus qəzası: DYP dən açıqlama

12 İyul 2026 11:20see155

DÇ 2026: İngiltərə Norveçə, Argentina İsveçrəyə qarşı

11 İyul 2026 14:51see148

Oyunun ən yaxşısı o seçildi

11 İyul 2026 01:58see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri