Icma.az
close
up
RU
Azərbaycan və Çin: Yeni uğur hekayəsi başlayır

Azərbaycan və Çin: Yeni uğur hekayəsi başlayır

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Hər iki ölkə Qərbin təzyiqlərinə baxmayaraq, müttəfiqliyi gücləndirir


Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə 2025-ci il aprelin 22-dən 24-dək Çin Xalq Respublikasına dövlət səfəri edib. Dövlət başçısının rəsmi qarşılanma mərasimindən sonra hər iki lider diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin inkişafındakı nailiyyətləri yüksək qiymətləndirərək səmimi və dostluq mühitində danışıqlar aparıblar. Hər iki ölkənin bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq edərək, qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə hazır olduqlarını ifadə ediblər.

 Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdilliklə qərar qəbul olunub. Tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyiblər. Hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək veriblər. Qeyd olunub ki, Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır. Tayvanın "müstəqilliyi"nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir. Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir. Tərəflər həmçinin, strateji oriyentir kimi dövlət başçılarının diplomatiyasını və ən yüksək səviyyədəki mühüm razılaşmaları rəhbər tutacaqlarını, ikitərəfli münasibətlərin davamlı və uzunmüddətli inkişafını təşviq edəcəklərini bəyan ediblər. Səfər çərçivəsində Azərbaycanla Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi ilə bağlı saziş imzalanıb. Daha sonra Prezident İlham Əliyev aprelin 23-də Pekində Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Çianq ilə görüşüb. Görüşdə ötən ilin iyulunda Azərbaycan və Çin arasında qəbul edilən strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin münasibətlərimizin yüksək səviyyəsini göstərdiyi bir daha vurğulanıb. Qeyd olunub ki, münasibətlərimiz qısa vaxtda – bir ildən də az müddətdə strateji tərəfdaşlıqdan hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu da öz növbəsində əlaqələrimizin inkişaf dinamikasını göstərir. Azərbaycanın və Çinin bütün sahələrdə fəal qarşılıqlı fəaliyyət göstərən iki dost ölkə olduğu qeyd edilib. Siyasi sahə ilə yanaşı, iqtisadi-ticari əlaqələrimizin inkişafından, həmçinin ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsinin 20 faiz artaraq 3,7 milyard dollar təşkil etməsindən və bu ilin 3 ayı ərzində əmtəə dövriyyəsinin 40 faizə yaxın çoxalmasından məmnunluq bildirilib. Dövlət başçısı qeyd edib ki, Çin bizim birinci idxal tərəfdaşımız olmaqla yanaşı, həm də dördüncü ticarət tərəfdaşımızdır. Prezident İlham Əliyev strateji tərəfdaşlıq haqqında Bəyannamənin bütün sahələrdə uğurla həyata keçirildiyini vurğulayaraq, Azərbaycanla Çinin Avrasiyanın bir çox ölkəsini əhatə edən nəqliyyat-logistika əməkdaşlığı sahəsində fəal səylər göstərdiyini deyib. Söhbət zamanı beynəlxalq təşkilatlar, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq, Azərbaycanın və Çinin həmişə bir-birinin ərazi bütövlüyünə və suverenliyinə dəstək göstərməsi, ölkəmizin “Vahid Çin” siyasətini daim dəstəklədiyi qeyd edilib. Terrorçuluq, ekstremizm və separatizmlə mübarizədə ölkələrimizin səylərinə toxunulub. BMT əsaslı beynəlxalq münasibətlər sisteminin Azərbaycan və Çin tərəfindən dəstəkləndiyi vurğulanıb. Dövlət başçısı bu xüsusda deyib ki, BMT Təhlükəsizlik Şurasının qərarlarının icra edilməsi mexanizmi yaradılmalıdır. Belə ki, Azərbaycan uzun müddət BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsindən əziyyət çəkib. Çinin Baş naziri Orta Dəhlizin əhəmiyyətinə toxunub və bu marşrut üzrə daşımaların artmasını qeyd edib. Azərbaycan və Çinin Orta Dəhlizinin yükötürmə imkanlarının daha da genişləndirilməsi istiqamətində birgə səylərinə toxunulub. Görüşdə bərpaolunan enerji sahəsində, həmçinin neft-qaz sektorunda Azərbaycan ilə Çin şirkətləri arasında əməkdaşlıq imkanları və Çin texnologiyalarının ölkəmizdə geniş tətbiq olunması ilə bağlı məsələlər müzakirə edilib, bu sahədə böyük investisiya imkanlarının olduğu bildirilib. Azərbaycanın birtərəfli qaydada Çin vətəndaşlarına münasibətdə vizanın ləğv olunmasının ardınca iki ölkə arasında vizaların qarşılıqlı şəkildə ləğvi haqqında sənədin imzalanmasının əhəmiyyətinə toxunulub. Bunun insanlararası təmasların və turizmin inkişafına mühüm töhfə verəcəyinə ümidvarlıq ifadə olunub. Görüşdə kənd təsərrüfatı, o cümlədən baramaçılıq, pambıqçılıq, kənd təsərrüfatı texnikası sahələrində əməkdaşlıq məsələlərinə toxunulub. Çinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirdiyi siyasəti və ölkəmizin Rəqəmsal Transformasiya və Rəqəmsal İnkişaf Konsepsiyasını dəstəklədiyi vurğulanıb.

Prezident Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə də görüşüb. Cao Lıci Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafını, beynəlxalq səviyyədə nüfuzunun artmasını, iqtisadi sahədə qazandığı nailiyyətləri, əhalinin rifah halının yaxşılaşdığını məmnunluqla qeyd edib. Bildirib ki, Çinlə Azərbaycan arasındakı əlaqələr səmimi dostluq və strateji tərəfdaşlıq münasibətləridir. O, iki ölkənin liderlərinin səyləri sayəsində bu gün əlaqələrimizin öz tarixinin ən yüksək inkişaf dövrünü yaşadığını deyib. Prezident İlham Əliyev də öz növbəsində vurğulayıb ki, bu gün münasibətlərimiz artıq özünün ən yüksək inkişaf mərhələsinə - hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Dövlət başçısı Azərbaycanın daim “Vahid Çin” siyasətini dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri pislədiyini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın və Çinin terrorçuluq, ekstremizm, separatizm və radikalizmə qarşı mübarizədə birgə səylərlə çıxış etdiklərini deyib. Çinlə Azərbaycanın parlamentlərarası əməkdaşlığın, o cümlədən parlamentlərin dostluq qrupları və komitələri arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığa toxunulub. Bu xüsusda idarəçiliyin müxtəlif aspektləri üzrə təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulanıb, gənclər, mədəniyyət, idman sahələrində əlaqələrin inkişafı və Azərbaycan-Çin Birgə Universitetinin yaradılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. 


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov "Şərq"ə deyib ki, Çinin dünyanın regional nizamını yenidən müəyyənləşdirməyə çalışdığı daha geniş bir strategiyasının başlanğıcındayıq desək, yanılmarıq. Deputatın sözlərinə görə, Çinin innovasiya imkanları, iqtisadi keçidləri, xüsusən də texnoloji rəqabətdə irəliləyişi o qədər güclüdür ki, dünya iqtisadiyyatını dəyişkənliyə məruz qoyur:

 "Belə bir reallıqda Azərbaycan-Çin münasibətlərinin dərinləşməsi ölkəmizin təkcə Cənubi Qafqazda deyil, dünyada nüfuzunun artmasına imkan verəcək. Təbii, Çinlə dərinləşən əlaqələr Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrə də təsir edəcək ki, bu da Azərbaycan iqtisadiyyatının dünyaya açılması deməkdir. Ticarət əlaqələri öz növbəsində diplomatik münasibətlərə də müsbət təsir göstərəcək, bu isə dövlətimizin başçısının uzunmüddətli siyasi hədəflərinin reallaşmasına gətirib çıxaracaq". 


A.Badamov bildirib ki, Azərbaycan-Çin münasibətlərində hərbi, siyasi və iqtisadi bağlılığın miqyası böyüyür:

 "Qərb siyasətçilərində bu gün belə bir fikir hökm sürür ki, "Biz özümüzü çox qiymətləndirdiyimiz üçün Çini düzgün qiymətləndirmədik". Çin elm və texnologiyanın sərhədlərinin dəyişməsinə sistemli şəkildə təkan verir, bu baxımdan onun inkişaf trayektoriyası düzgün izlənilməli və qiymətləndirilməlidir. Çin Sədri Si Cinpinin son günlər Vyetnam, Malayziya və Kamboca olmaqla, üç Cənub-Şərqi Asiya ölkəsinə səfərləri Pekin üçün yaxın qonşuluğunda gücünü möhkəmləndirmək istiqamətində mühüm addım idi. Düşünürəm ki, burada bircə fakta diqqət yetirmək kifayətdir. Donald Tramp administrasiyasının ticarət maneələrini artırdığı, yeni tariflər tətbiq etdiyi və Hind-Sakit Okean regionunda təhlükəsizliyin təminatçısı kimi əvvəlki rolundan geri çəkildiyi bir vaxtda Çin açıq şəkildə işarə edir ki, ABŞ bu ölkədən çıxsa, Pekin boşluğu dolduracaq. Bu amil isə sadəcə, həmin bölgə üçün keçərli deyil. Çinlə Azərbaycanı birləşdirən bir məqam da budur ki, hər iki ölkə güclənmə məsələsinə iqtisadi baxımdan yanaşır". 


Parlament üzvü qeyd edib ki, Çin və Azərbaycanı birləşdirən digər məsələlər də var: 

"Prezident İlham Əliyev çıxışlarında hər zaman bildirir ki, kənar güclərin ölkəmizə və regionumuza müdaxiləsinə icazə verilməyəcək. Si Cinpin Kambocaya səfəri zamanı bənzər və çox maraqlı bir fikir səsləndirdi ki, o, müstəqil inkişaf yolunun tərəfdarı olmaqla yanaşı, həm də xarici güclərin suveren dövlətlərin daxili işlərinə qarışmasını pisləyir. Pekini cazibədar edən daha önəmli bir məsələ onun təkcə pul və texnologiya təklif etməsi ilə kifayətlənməyərək, həm də liberal-demokratik modelə ideoloji alternativ təklif etməsi, daxili siyasətlə bağlı isə heç bir sual verməyən tərəfdaş kimi özünü göstərməsidir. Qərb uduzur, o, demokratik islahatlar kimi nağıllarla göstərdiyi isrardansa, daha praqmatik mövqe tutulmalıdır. Azərbaycanın dövlət başçısı son mesajlarında da məhz bu notlar üzərində dayandı. Strateji əməkdaşlıq müqabilində dəstək-təklif-imkan paketi olmalıdır. Azərbaycan və Çin Qərbin təzyiqlərinə baxmayaraq, müttəfiqliyi gücləndirir. Dövlətimizin başçısı iki ölkə arasında əlaqələrin ticarət, iqlim fəaliyyəti və ortaq dəyərlər vasitəsilə inkişaf etdiyini bildirir. Buna görə də Çinin "Sinxua" agentliyinə məxsusi müsahibəsində Prezident İlham Əliyev bildirdi ki, 2024-cü ilin iyulunda Sədr Si Cinpinlə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədən sonra Bakı ilə Pekin arasında münasibətlər “tarixi mərhələyə daxil olub”. İki ölkə arasında 2024-cü ildə ikitərəfli ticarət 20,7 faiz artıbsa, Çinin Azərbaycanın ən böyük idxal tərəfdaşı olması reallığı ortada mövcuddursa, həmçinin uzaqgörən Liderimiz texnologiya, enerji və infrastruktura sərmayələrə toxunarkən “Hələ istifadə olunmamış böyük potensial var” deyirsə, deməli, Çin-Azərbaycan münasibətlərinin inkişaf üfüqləri çox uzağa gedib çıxır". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Aprel 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

22 İyul 2025 00:23see265

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see229

Məşhur futbolçu turist qadını stulla vurdu VİDEO

22 İyul 2025 00:22see189

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see180

Rusiya neftin qiymətinin tavanına görə milyardlarla itirir

22 İyul 2025 00:25see163

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see145

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see142

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see141

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see136

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see134

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see132

Sergey Markov Azərbaycana görə Rusiyada təhdid olundu

21 İyul 2025 22:03see123

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see121

Yeni soyutma texnologiyası: Sərinkeş və kondisionerlərə artıq ehtiyac yoxdur

22 İyul 2025 02:25see120

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see118

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see118

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see116

Burak Kuruluş Osman dan gedir

21 İyul 2025 23:14see114

Rəfail Becanov Tərəqqi medalı aldı SƏRƏNCAM

22 İyul 2025 01:39see113

Təcavüz, soyqırımı, işgəncə Erməni rəhbərlərin cavab saatı çatdı!

21 İyul 2025 22:02see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri