Icma.az
close
up
RU
Azərbaycan və Çinin yeni təşəbbüsü...

Azərbaycan və Çinin yeni təşəbbüsü...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

“Kəmər və Yol” üzrə Əməkdaşlıq Planının qüvvəyə minməsi iki dövlət arasında nəqliyyat-logistika-ticari bağlantıları daha da möhkəmləndirəcək

Cənubi Qafqazın lideri Azərbaycanla Asiyanın və dünyanın iqtisadi-siyasi güc mərkəzlərindən biri olan Çinlə münasibətlər son illərdə ən yaxın dostluq zirvəsinə qalxaraq region üçün nümunəvi formalardan birinə çevrilib. Dünyada baş verən  yeni siyasi-iqtisadi proseslər və digər amillər, ələxsus da nəqliyyat-tranzit qovşaqlarındakı fraqmentasiyalar, digər mühüm kommunikativ faktorlar hər iki ölkənin bir sıra ortaq baxış və strateji maraqlarını tamamlayır. Prezident İlham Əliyevin cari ilin aprel ayında Çin Xalq Respublikasına (ÇXR) dövlət səfəri və imzalanan yeni sazişlər  münasibətlərin tamamilə yeni keyfiyyət mərhələsinə çatdırmaq üçün mühüm hüquqi-iqtisadi baza hesab edilə bilər.

Həmin səfər zamanı iki dövlət arasında imzalanan sənədlər arasında “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “Bir kəmər, bir yol” təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planı”nı mühüm sazişlərdən biridir. Prezident İlham Əliyevin iyunun 20-də imzaladığı müvafiq Fərmana əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “Kəmər və Yol” Təşəbbüsünün Birgə Təşviqi üzrə Əməkdaşlıq Planı”nı təsdiq edilib ki, bununla da  Əməkdaşlıq Planının müddəalarının həyata keçirilməsinə start veriləcək. Bu isə Azərbaycan və Çin arasında nəqliyyat-logistika bağlantılarının daha da möhkəmlənməsinə səbəb olacaq.

2015-ci ildə verilmiş uzaqgörən qərar

Qeyd edək ki, “Bir kəmər, bir yol” ( “Kəmər və Yol”) layihəsi Çin rəhbəri Si Cinpin tərəfindən 2013-cü ildə elan edilib və bu təşəbbüsə ilk qoşulan ölkələrdən biri Azərbaycan olub. Prezident İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nun imzalanmasından sonra ölkəmiz bu marşrutda öz yerini müəyyənləşdirib. 2019-cu ilin aprelində Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edən Azərbaycanın dövlət başçısı Asiya ilə Avropa arasında körpülərin qurulmasına, gələcək rifaha xidmət edən nəqliyyat-logistika qovşaqlarına tinvestisiya yatırdığımızı bəyan edib. Azərbaycan Şərq-Qərb dəhlizi olan “Bir kəmər, bir yol” layihəsinin ən strateji halqası olan Trans-Xəzər (Orta Dəhliz) nəqliyyat dəhlizi ailəsinin fəal üzvü kimi son illər ərzində bu layihədə strateji rolunu və mövqeyini daha da möhkəmləndirib və bu dəhlzidə öz layiqli yerini alıb.

2017-ci ildə Pekində keçirilən “Kəmər və yol” mövzusunda növbəti beynəlxalq forumda BMT-nin Baş katibi Antonio Quterreş, Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard, Dünya Bankının əlaqələndirici prezidenti Jim Yong Kim, 25 dövlət başçısı, 130 dövlətin rəsmisi və 30 beynəlxalq təşkilatın təmsilçiləri iştirak edib. Bu tədbir “Bir kəmər, bir yol” konsepsiyasının qlobal hab kimi strateji dünya layihəsi olmasını tam təsdiqləyib.

Azərbaycan və Çin tranzit daşınmalarını 2 dəfə artırıb

Azərbaycan bu qlobal layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci səhmdar kimi öz təşəbbüskarlıq iradəsini nümayiş etdirib, digər coğrafiyaları da bu dəhlizə cəlb edib. Asiya və Xəzəryanı ölkələri vahid logistika habında- TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Orta Dəhliz) birləşdirib. Həmin dəhlizin əsas şaxələri olan Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi, Orta Dəhliz, həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması bu nəqliyyat arteriyyasında daşınmaların həcminin sürətlə artmasına səbəb olmaqdadır. Təkcə Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb. Digər ölkələrin bu nəqliyyat ailəsinə qoşulması isə daşınmaların qat-qat böyüməsi üçün yeni perspektivlər açır.

Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazisindən keçən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir.

Hazırda bu layihəyə 150 dövlət qoşulub ki, bu da Çindən başqa dünya əhalisinin 65 faizinin yaşadığı bir coğrafiyanı əhatə edir. Bu ölkələr dünya ümumi daxili məhsulunun (ÜDM) 30 faizini istehsal edirlər. Təşəbbüs çərçivəsində həyata keçirilən işlərin maliyyələşməsi üçün ilkin olaraq büdcəsi 40 milyard dollardan ibarət “İpək Yolu Fondu” yaradılıb.

Orta Dəhliz Zəngəzurla birləşir

Uzunmüddətli hədəf bütün tərəfdaşları  vahid logistika zəncirində birləşdirməkdir. Azərbaycanın Qlobal Cənubun fəal ölkəsi olması və Çinin bu coğrafiyada çox vacib və fəal rol oynaması əlaqələrin çoxşaxəliliyini daha da artırır. Perspektivdə bu dəhlizin Zəngəzurdan, Zəngilan istiqamətindən keçməsi mümkün hesab edilir.

Azərbaycan həm də Çinin Avropa ilə artan ticarətində mühüm ötürücü statusuna malikdir. Şərqdən gələn böyük iqtisadi resursların, mal və xidmətlərin Avropaya çıxarılmasında və  əmtəə zəncirinin genişlənməsində Azərbaycan tranzit və əlaqələndirici ölkə kimi strateji ölkədir, qitələr arasında bağlantını təmin edən geoiqtisadi əhəmiyyətə malik təchizatçıdır.

Beləliklə, Çinin “Kəmər və Yol” təşəbbüsü iştirakçı dövlətlərə, o cümlədən də Azərbaycana iqtisadi dividendlərlə yanaşı, həm də siyasi zəmanət də qazandıracaq. Azərbaycan Çin və digər Asiya dövlətlərinin qismində özünə siyasi tərəfdaşlar əldə edəcək. Həmçinin bu layihənin ən geniş qovşağı olan Orta Dəhlizin coğrafi hüdudlarının genişlənməsi Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin inkişafını daha da artırmaqla, regional və qlobal səviyyədə yeni imkanları səfərbər edəcək. Bir sözlə,  “Kəmər və Yol” konsepti qlobal sinerji proqramı olmaqla, nəhəng bir coğrafiyada rifah və əməkdaşlığın möhkəmlənməsində əsaslı rol oynayacaq.

ELBRUS CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 İyun 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1035

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see434

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see341

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see338

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see240

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see232

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see224

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see209

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see196

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see187

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri