Icma.az
close
up
RU
Azərbaycan və Çinin təşəbbüskarlığı ilə...

Azərbaycan və Çinin təşəbbüskarlığı ilə...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

“Bir kəmər, bir yol”un yeni körpüsü olan “Dəniz İpək Yolu” regional haba çevrilir

2015-ci ilin mayında Çinin İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsi Ticarət və Xarici İşlər nazirlikləri ilə birlikdə “Gələcəyə baxış: “İpək Yolu iqtisadi kəmər” və XXI əsr “Dəniz İpək Yolunun” yaradılması istiqamətləri” adlı hesabatı hökumətə təqdim edib. Sənəddə Çinin zəif inkişaf edən regionlarında ixracyönümlü istehsalın artırılması və nəqliyyat infrastrukturunun yenilənməsi nəzərdə tutulub. Hesabat Çinin “Bir kəmər, bir yol” təşəbbüsü üzrə perspektivləri əks etdirməklə, 40 illik uzunmüddətli inkişaf hədəflərini nəzərdə tutur. Həmin prioritetlərin sırasında Azərbaycanın da yer aldığı Orta Dəhliz quruculuğunun gələcək inkişafına dair nikbin  proqnozlar əks olunub.

2015-ci ildə verilmiş qərar

Qeyd edək ki, “Bir kəmər, bir yol” layihəsi Çin rəhbəri Si Cinpin tərəfindən 2013-cü ildə elan edilib və bu təşəbbüsə ilk qoşulan ölkələrdən biri Azərbaycan olub. Prezident İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nun imzalanmasından sonra ölkəmiz bu marşrutda öz yerini müəyyənləşdirib. 2019-cu ilin aprelində Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edən Azərbaycanın dövlət başçısı Asiya ilə Avropa arasında körpülərin qurulmasına, gələcək rifaha xidmət edən nəqliyyat-logistika qovşaqlarına investisiya yatırdığımızı bəyan edib. Azərbaycan Şərq-Qərb dəhlizi olan “Bir kəmər, bir yol” layihəsinin ən strateji halqası olan Trans-Xəzər (Orta Dəhliz) nəqliyyat dəhlizi ailəsinin fəal üzvü kimi son illər ərzində adıçəkilən layihədə strateji rolunu və mövqeyini daha da möhkəmləndirib və bu dəhlizdə öz layiqli yerini alıb.

2017-ci ildə Pekində keçirilən “Kəmər və yol” mövzusunda növbəti beynəlxalq forumda BMT-nin Baş katibi Antoniu Quterreş, Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard, Dünya Bankının əlaqələndirici prezidenti Jim Yong Kim, 25 dövlət başçısı, 130 dövlətin rəsmisi və 30 beynəlxalq təşkilatın təmsilçiləri iştirak edib. Bu tədbir “Bir kəmər, bir yol” konsepsiyasını qlobal hab kimi strateji dünya layihəsi olmasını tam təsdiqləyib.

Azərbaycan və Çin tranzit daşınmalarını 2 dəfə artırıb

Azərbaycan bu qlobal layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci səhmdar kimi öz təşəbbüskarlıq iradəsini nümayiş etdirib, digər coğrafiyaları da bu dəhlizə cəlb edib. Asiya və Xəzəryanı ölkələri vahid logistika habında - Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Orta Dəhliz) birləşdirib. Həmin dəhlizin əsas şaxələri olan Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi, Orta Dəhliz, həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması bu nəqliyyat arteriyasında daşınmaların həcminin sürətlə artmasına səbəb olmaqdadır. Təkcə Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb. Digər ölkələrin bu nəqliyyat ailəsinə qoşulması isə daşınmaların qat-qat böyüməsi üçün yeni perspektivlər açır.

Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazisindən keçən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir.

Hazırda bu layihəyə 150 dövlət qoşulub ki, bu da Çindən başqa dünya əhalisinin 65 faizinin yaşadığı bir coğrafiyanı əhatə edir. Bu ölkələr dünya ümumi daxili məhsulunun (ÜDM) 30 faizini istehsal edirlər. Təşəbbüs çərçivəsində həyata keçirilən işlərin maliyyələşməsi üçün ilkin olaraq büdcəsi 40 milyard dollardan ibarət “İpək Yolu Fondu” yaradılıb.

Orta Dəhliz Zəngəzurla birləşir

Uzunmüddətli hədəf bütün tərəfdaşları  vahid logistika zəncirində birləşdirməkdir. Azərbaycanın Qlobal Cənubun fəal ölkəsi olması və Çinin bu coğrafiyada çox vacib və fəal rol oynaması əlaqələrin çoxşaxəliliyini daha da artırır. Perspektivdə bu dəhlizin Zəngəzurdan, Zəngilan istiqamətindən keçməsi mümkün hesab edilir.

Azərbaycan həm də Çinin Avropa ilə artan ticarətində mühüm ötürücü statusuna malikdir. Şərqdən gələn böyük iqtisadi resursların, mal və xidmətlərin Avropaya çıxarılmasında və  əmtəə zəncirinin genişlənməsində Azərbaycan tranzit və əlaqələndirici ölkə kimi strateji ölkədir, qitələr arasında bağlantını təmin edən geoiqtisadi əhəmiyyətə malik təchizatçıdır.

Beləliklə, Çinin “Bir kəmər, bir yol” təşəbbüsü iştirakçı dövlətlərə, o cümlədən də Azərbaycana iqtisadi dividendlərlə yanaşı, həm də siyasi zəmanət də qazandıracaq. Azərbaycan Çin və digər Asiya dövlətlərinin qismində özünə siyasi tərəfdaşlar əldə edəcək. Həmçinin, bu layihənin ən geniş qovşağı olan Orta Dəhlizin coğrafi hüdudlarının genişlənməsi Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin inkişafını daha da artırmaqla, regional və qlobal səviyyədə yeni imkanları səfərbər edəcək. Bir sözlə,  “Bir kəmər, bir yol” konsepti qlobal sinerji proqramı olmaqla, nəhəng bir coğrafiyada rifah və əməkdaşlığın möhkəmlənməsində əsaslı rol oynayacaq.

ELBRUS CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 May 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see324

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see258

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see225

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see223

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see222

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see191

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see182

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see180

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see180

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see179

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see175

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see175

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see173

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see170

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see168

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see166

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see162

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see162

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see160

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri