Icma.az
close
up
RU
Azərbaycan Çinin regiondakı prioritet tərəfdaşıdır

Azərbaycan Çinin regiondakı prioritet tərəfdaşıdır

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

İlham Əliyev: Əminəm ki, yaxın gələcəkdə həm yeni müqavilələrin, həm də artıq prosesdəki layihələrin həyata keçirilməsinin şahidi olacağıq

Azərbaycanın yürütdüyü praqmatik xarici siyasət son illər ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, strateji tərəfdaşlarının sayının artmasına geniş imkan yaradıb. Bakı qlobal miqyasda fərqli güc mərkəzləri ilə qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və milli maraqlara əsaslanan münasibətlər quraraq özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Bu gün Azərbaycan həm Qərb, həm də Şərq istiqamətində uğurla əlaqələr inkişaf etdirən nadir ölkələrdən biri kimi çıxış edir.

Bu kontekstdə Bakı-Pekin münasibətləri xüsusi əhəmiyyət daşıyır. Çin Xalq Respublikası ilə əlaqələrin yüksək səviyyədə olması Azərbaycanın çoxvektorlu xarici siyasət kursunun mühüm göstəricisidir. İki ölkə arasında siyasi dialoq, iqtisadi-ticari əməkdaşlıq, nəqliyyat-logistika və enerji sahələrində qarşılıqlı maraqlara əsaslanan münasibətlər ildən-ilə dərinləşir. Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünə verdiyi dəstək, Orta Dəhlizin inkişafında fəal rolu və tranzit imkanları Çin üçün ölkəmizi strateji tərəfdaşa çevirir.

Eyni zamanda, Bakı və Pekin beynəlxalq platformalarda bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, qlobal və regional təhlükəsizlik məsələlərində oxşar mövqelər nümayiş etdirir. Bu isə Azərbaycan-Çin münasibətlərinin təkcə iqtisadi deyil, həm də siyasi-strateji xarakter daşıdığını göstərir və əməkdaşlığın uzunmüddətli perspektivlərini daha da möhkəmləndirir.

İkitərəfli iqtisadi əlaqələrin inkişafına böyük təkan

Son iki ildə əlaqələrin daha da möhkəmlənməsi istiqamətində olduqca vacib addımlar atılıb. 2024-cü ildə strateji tərəfdaşlığı, 2025-cı ildə isə hərtərəfli trateji tərədaşlığı özündə əks etdirən sənədlərin imzalanması Bakı-Pekin münasibətlərini yeni bir mərhələyə daşıyıb. Bu münasibətlər geniş spektli olmaqla yanaşı, həm də ikitərəli əlaqələrin dərinləşməsinə zəmin yaradır. Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, Azərbaycan ilə Çin arasında imzalanan həmin siyasi sənədlər ikitərəfli iqtisadi əlaqələrin inkişafına böyük təkan verib: “İstər bizim tərəfimizdən, istərsə də Çin Xalq Respublikası tərəfindən biznes strukturlarına, dövlət strukturlarına əlaqələrimizi maksimum fəallaşdırmaq üzrə ciddi impuls verilib və biz bunu hətta qarşılıqlı səfərlərin, nümayəndələrin, artıq imzalanmış müqavilələrin sayında, o cümlədən investisiyaların nümunəsində də görürük”.

Vurğulandığı kimi, əlaqələrin genişlənməsi iqtisadi müstəvidə əlaqələri daha da möhkəmləndirib. İkitərəli əmttə dövriyyəsi artıb, qarşılıqlı investisiya mühiti inkişaf edib, əlaqələr güclənib - bu isə qarşıdakı dövrdə əməkdaşlığın daha da irəliyə aparılması üçün mühüm zəmindir. Dövlət başçısı bildirib ki, əmtəə dövriyyəsi rekord həddə - 4 milyard dollara çatıb, hətta 20 faiz artaraq 4 milyard dolları da keçib: “Bu, yəqin ki, bizim hər hansı bir ölkə ilə əmtəə dövriyyəmizdə ən böyük artımdır. Biz imzalanmış investisiya xarakterli müqavilələri görürük, Çin şirkətləri Azərbaycana fəal şəkildə investisiya qoymağa başlayıb, əvvəllər bu yox idi. Ayrıca investisiya layihələri var idi, amma belə böyük sayda və dövlət strukturları ilə bu cür koordinasiya şəraitində biz bunu müşahidə etmirdik. Yəni bu ondan xəbər verir ki, qarşılıqlı fəaliyyəti genişləndirmək üçün çox ciddi siqnal və impuls verilib”.

Çin şirkətlərini seçdik...

Çin Azərbaycanda bərpa olunan enerji  sahəsində aktiv iştirak edir - Azərbaycan Prezidentinin Çinə səfərləri zamanı bu amil ön plana çıxıb. Qeyd edək ki, ötən ilin aprelində Prezident İlham Əliyevin Çinə səfəri zamanı bərpa olunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd imzalanıb. Bu sənədlər ümumilikdə 260 MVt gücündə günəş elektrik stansiyaları, 100 MVt-lıq üzən günəş elektrik stansiyası, 30 MVt gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 QVt gücündə külək elektrik stansiyasının inşası, daha 2 MVt gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpa olunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir. Dövlət başçısı müsahibəsində bildirib ki, artıq Çin şirkətləri bərpaolunan enerji mənbələrinə investisiyalar qoyur. Elektrik, Günəş, külək stansiyalarının tikintisinə başlanılır və bu stansiyaların sayının artırılması üzrə müraciətlər var. “Günəş panellərinin istehsalı üzrə zavodun tikintisinə başlanılıb, elektrik avtobuslarının yığılmasına başlanılıb. Bununla bağlı deməliyəm ki, bu, Azərbaycan tərəfinin strateji qərarı olub, çünki biz təkcə yaşıl energetikanı deyil, həm də yaşıl nəqliyyatı inkişaf etdirmək qərarına gəldikdə, gündəmdə strateji tərəfdaş seçmək məsələsi dayandı və Çin şirkətlərini seçdik”, -deyən Prezident onu da vurğulayıb ki, layihənin icrasının peşəkarlığı, keyfiyyəti və sürəti bu seçimin düzgünlüyünü təsdiqlədi. Buna görə də Bakıda gördüyümüz yaşıl avtobusların bəziləri satın alındı və onların yığılmasına bu il başlanacaq, gələcəkdə isə lokallaşdırma artacaq.

Çindən əlavə yükdaşımalar...

İki ölkə arasında əlaqələrdən danışarkən, müasir qlobal iqtisadi münasibətlər sisteminin ən mühüm ştrixlərindən biri, Şərq-Qərb əməkdaşlıq xətti xüsusilə diqqəti cəlb edir. Yeni iqtisadi nizamın ən strateji məqamlarından olan Şərq-Qərb dəhlizi üzrə əlaqələr Bakı-Pekin münasibətlərinə xüsusi rəngarənglik qatır. Ötən ilin aprelində iki ölkə arasında imzalanan hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat bu əməkədaşlığın istiqamətlərini tam şəkildə özündə əks etdirir. Vurğulamaq lazımdır ki, Orta Dəhlizin inkişafına xüsusi həssaslıqla yanaşan Çinin Azərbaycana münasibətdə strateji tərəfdaş yanaşması ölkəmizə həm siyasi həm də iqtisadi üstünlüklər vəd edir. Paralel olaraq iki ölkə bu əlaqələrin şaxələndirilməsi istiqamətində davamlı işlər görürlər. Prezident İlham Əliyev bildirib ki, Çin Xalq Respublikası hazırda Xəzər dənizinə dəmir yolunun, Qırğızıstan və Özbəkistan vasitəsilə daha bir dəmir yolunun tikintisini maliyyələşdirir, milyardlarla dollar sərmayə qoyur: “Orada relyef çox mürəkkəbdir və çoxsaylı tunellər və körpülər tikilməlidir. Bu fakt onu göstərir ki, onlar bu layihəni maliyyələşdirmək qərarına gəldikləri üçün həmin dəmir yolu boş qalmayacaq. Xəzər dənizinə və deməli, Azərbaycana yükdaşımaların həcmi artacaq. Mərkəzi Asiya ölkələri ilə yanaşı, Çindən əlavə yükdaşımalar təbii ki, Şərq-Qərb marşrutunu, Orta Dəhlizi tam işlək vəziyyətə gətirəcək”.

Nəzərə alaq ki, Çinin “Bir kəmər bir yol” iqtisadi ideyasının real təcəssümlərindən olan Orta Dəhliz və yeni Zəngəzur dəhlizi (TRİPP) həm də geostrateji səciyyə daşıyır - bu dəhliz Çin və Mərkəzi Asiya məhsullarının ən qısa marşrut vasitəsilə operativ və effektiv olaraq Avropaya daşınmasına imkan yaradır. Mərkəzi Asiyadan Avropaya qədər uzanan geosiyasi məkanda çoxvektorlu qarşılıqlı-faydalı əməkdaşlıq münasibətləri formalaşdırmaqda maraqlı olan Çin Azərbaycana yanaşmasını ortaya qoymaqla bu layihədəki tərəfdaşını dünyaya nümayiş etdirir. Prezident müsahibəsində bildirib ki, Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. “Təbii ki, biz buna ilk növbədə Naxçıvan Muxtar Respublikası ilə əlaqə kimi, həm də beynəlxalq nəqliyyat dəhlizi kimi baxırıq. Bu gün Azərbaycandan Qərbə doğru bir dəmir yolu marşrutu var, onların sayı iki olacaq. İki həmişə birdən yaxşıdır, xüsusilə açıq okeana çıxışınız olmadığı və qonşu ölkələrdən keçməli olduğunuz bir şəraitdə. Həmişə həcm üçün, rəqabətqabiliyyətlilik üçün, tranzit marşrutunun inhisarlaşdırılmasının qarşısını almaq və təbii ki, daha rəqabətli tariflər təmin etmək üçün alternativə sahib olmaq daha yaxşıdır”, - deyən dövlət başçısı bildirib ki, bu, bizim qarşılıqlı fəaliyyətimizin çox böyük sektorudur və təbii ki, belə olan halda düşünürəm, həm əmtəə dövriyyəsinin həcmi nöqteyi-nəzərindən, potensial baxımdan və belə demək mümkünsə, həm də Cənubi Qafqazdan axını sonrakı istiqamətlər üzrə bölüşdürəcək ölkə kimi, Çin Xalq Respublikası üçün burada, bu regionda Azərbaycan prioritet tərəfdaşdır.

Azərbaycana böyük fayda gətirəcək layihələr...

İkitərəfli əlaqələrin inkişafı hərbi-texniki sahədə də əməkdaşlığı intensivləşdirib. İmzalanan sənədlərdə də Azərbaycan ilə Çin arasında hərbi-texniki münasibətlərin inkişaf etdirilməsi strateji tərəfdaşlığın mühüm istiqamətlərindən biri kimi diqqət çəkir. Qarşılıqlı hörmət, suverenlik və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanan bu əməkdaşlıq regional və qlobal təhlükəsizlik çağırışları fonunda ön plana çıxır. Azərbaycan öz Silahlı Qüvvələrinin modernləşdirilməsi prosesində müxtəlif mənbələrlə əməkdaşlığa üstünlük verir və Çin bu baxımdan mühüm tərəfdaşlardan biri kimi çıxış edir.

İki ölkə arasında hərbi-texniki sahədə əlaqələr əsasən müdafiə sənayesi, hərbi texnologiyaların mübadiləsi, avadanlıq və texniki vasitələrin əldə olunması, həmçinin mütəxəssis hazırlığı istiqamətlərini əhatə edir. Bu əməkdaşlıq ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə, regionda sabitliyin və etimad mühitinin qorunmasına xidmət edir. Prezident İlham Əliyev müsahibəsində deyib ki, Çin ilə Azərbaycan arasında daha bir yeni əməkdaşlıq istiqaməti hərbi-texniki əməkdaşlıqdır: “Ona da, həmçinin əldə olunmuş siyasi razılaşmalar çərçivəsində başlanılıb. Bu, Çin və Azərbaycan arasında yeni bir qarşılıqlı fəaliyyət sahəsidir. Bu əməkdaşlığın bir hissəsi hərbi paradda nümayiş etdirilib, amma bu, yalnız başlanğıcdır. Biz bu halda böyük qarşılıqlı maraq görürük. Bundan əlavə, hərbi texnikanın əldə olunması ilə kifayətlənməyərək, biz müştərək müəssisələrin yaradılması üzərində işləyirik və bu sahədə işlər artıq başlayıb. Bu, ümumiyyətlə, ictimaiyyətin diqqətindən gizli saxlanılır, necə ki, belə də olmalıdır, amma həm də hər iki ölkə tərəfindən verilən strateji xarakterli ciddi siyasi qərardır və böyük potensiala malikdir. Əminəm ki, yaxın gələcəkdə həm yeni müqavilələrin, həm də artıq prosesdəki layihələrin həyata keçirilməsinin şahidi olacağıq. Bu, təbii ki, Azərbaycana böyük fayda gətirəcək”.

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Yanvar 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see605

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see447

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see355

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see268

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see241

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see237

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see234

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see233

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see231

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see228

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see215

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see213

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see209

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see209

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see197

Filippotun iddiaları əsassızdır Politoloq

08 Sentyabr 2026 10:34see194

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see193

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see179

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see171

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri