Icma.az
close
up
RU
Azərbaycan və dünya qılıncoynatmasının simvollarından sayılan Yaşar Məmmədovun 90 yaşı qeyd olunub FOTOLAR

Azərbaycan və dünya qılıncoynatmasının simvollarından sayılan Yaşar Məmmədovun 90 yaşı qeyd olunub FOTOLAR

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan və dünya qılıncoynatmasının simvollarından sayılan, canlı əfsanə, qılıncoynatmanın ölkəmizdə inkişafında müstəsna xidmətləri olan, dəfələrlə olimpiya zirvələrini fəth etmiş qılıncoynadanların ustadı Yaşar Məmmədovun 90 yaşı qeyd olunub. Bu barədə SİA-ya Azərbaycan Qılıncoynatma Federasiyasından məlumat verilib.

Yaşar Məmmədovun 90 illik yubileyinə həsr olunan mərasimdə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Qılıncoynatma Federasiyasının nümayəndələri, Yaşar Məmmədovun ailə üzvləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Məmmədovlar ailəsi qonaqları salamlayaraq, yubilyarın ad gününü onlarla birgə qeyd etdikləri üçün mərasim iştirakçılarına təşəkkür ediblər.

Ardınca Yaşar müəllimin 90 illik həyat yolu ilə bağlı videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Naziri Fərid Qayıbov, Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Balakişi Qasımov "Şöhrət"ordenli, Prezident təqaüdçüsü, 2014-cü ildə adı Beynəlxalq Qılıncoynatma Federasiyasının Şöhrət Zalına daxil edilən Yaşar Məmmədovla bağlı xatirələrini bölüşərək, ad gününü təbrik etməklə yanaşı xatirə hədiyyələrini təqdim ediblər.

Mərasimdə Beynəlxalq Qılıncoynatma Federasiyasının müvəqqəti prezidenti Abdel Monem El-Husseini, Türkiyə, Gürcüstan, Bolqarıstan, Belarus qılıncoynatma federasiyalarının sabiq və hazırkı prezidentləri, olimpiya çempionlarının doğum günü təbrikləri nümayiş olunub.

Azərbaycan idman ictimaiyyətinin tanınmış simalarının iştirak etdiyi tədbir bədii hissə ilə davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Avqust 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see349

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see343

Formula 1 ə görə bağlanan bütün yollar açıldı

22 Sentyabr 2025 09:50see195

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see141

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see139

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see138

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see133

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see128

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see127

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see126

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see126

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see124

Medvedevin hədəsi gündəmdə: NATO ya yeni xəbərdarlıq gəldi

22 Sentyabr 2025 09:50see124

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see124

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see123

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see123

Haaland Premyer Liqada yeni nailiyyətə imza atdı

22 Sentyabr 2025 15:38see121

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see118

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see118

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri