Icma.az
close
up
RU
Masallıda görkəmli pedaqoq Musa Məmmədovun 90 illik yubileyi qeyd olundu FOTO

Masallıda görkəmli pedaqoq Musa Məmmədovun 90 illik yubileyi qeyd olundu FOTO

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Masallı rayonunda tanınmış pedaqoq, Qızılavar kənd tam orta məktəbinin sabiq direktoru Musa Lütfəli oğlu Məmmədovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tribunainfo.az xəbər verir ki, tədbir müəllimlər gününə təsadüf edən 5 oktyabr tarixində baş tutub.

Yubiley tədbirindən əvvəl iştirakçılar Musa müəllimin məzarını ziyarət edərək, onun ruhuna dualar oxuyublar. Daha sonra “Elit” istirahət mərkəzində davam edən mərasimdə şəhidlərin və dünyasını dəyişmiş müəllimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər: Əfqan Mirzəyev adına Qızılavar kənd tam orta məktəbin direktoru Lətifə Qənbərzadə, qocaman pedaqoq Hacı Həmdullah Məmmədov, ETİ Həmkarlar İttifaqının Masallı rayon komitəsinin sədri Rasim Nurullayev, Musa müəllimin övladları, nəvələri  – ADPU-nun dosenti b.ü.f.d Şəbnəm Əsədova, TƏBİB-in daxili kommunikasiya şöbəsinin müdiri Könül Əhmədova, şair-müəllim Xanəli Tolış, Dövlət İşçiləri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Masallı rayon sədri Camal Hüseynov, Masallı şəhər 7 saylı tam orta məktəbin direktoru Samit İslamov, Vəkillər Kollegiyasının üzvü Əlimərdan Sadıxov, şair-müəllim Camal Lələzoə, veteran müəllim Adil Ağayev, əməkdar müəllim Azadxan Paşayev, veteran tarix müəllimi Səxavət Qurbanov və digər iştirakçılar Musa müəllim haqqında xatirələrini bölüşərək, onun pedaqoji fəaliyyətindən və şəxsiyyətindən bəhs ediblər.

Çıxışlarda vurğulanıb ki, Musa Məmmədov ömrünü bütövlüklə təhsilə, şagirdlərin formalaşmasına və kəndin maariflənməsinə həsr etmiş bir ziyalı olub. Onun rəhbərliyi ilə Qızılavar məktəbi uzun illər bölgənin ən nümunəvi təhsil ocaqlarından biri kimi tanınıb.

Tədbirin sonunda Musa müəllimin ailəsi adından çıxış edən İlham Məmmədov və Mehparə müəllim yubiley tədbirinə qatılan hər kəsə təşəkkür edərək, Musa müəllimə göstərilən hörmət və ehtiramın ailə üçün böyük qürur mənbəyidir.

Musa Məmmədovun həyat yolu

5 oktyabr bizim hamımızın müəllimi, Musa Məmmədovun anadan olmasının 90 illik yubileyinə həsr olunur.

İllər bir göz qırpımında keçir. Zaman səssiz-səmirsiz addımlayır, amma onun qoyduğu izlər insanın ömründə, xalqın yaddaşında silinməz nişanələr kimi qalır. Bu gün biz 90 illik yubileyini qeyd etdiyimiz Musa müəllimi xatırlayarkən, sadəcə bir insanı deyil, bütöv bir ömrü – məktəbə, şagirdə, elmə, kəndə və doğma torpağa həsr olunmuş fədakar bir həyat yolunu yada salırıq. Musa müəllimin adı çəkiləndə ilk növbədə müəllimlik məhəbbəti göz önünə gəlir. O, ömrünün ən saf illərini məktəb partaları arxasında böyüyən gənclərə həsr etmiş, onların yoluna işıq tutmuş, hər birinin taleyinə bilik çırağı yandırmışdır. Onun səsi illərlə dərs otaqlarında səslənmiş, qələminin izi minlərlə dəftərdə qalmışdır.
Onun 90 illik yubileyi yalnız bir insanın ömür salnaməsi deyil, həm də bütöv bir nəslin tarixidir. Çünki Musa müəllimin yetişdirdiyi şagirdlər sonradan müəllim, həkim, mühəndis, alim, şair, dövlət xadimi oldular. Onların hər birində Musa müəllimin zəhmətinin, təmkininin, təmizliyinin payı var.
Musa müəllim həm də kəndin ağsaqqalı idi. O, sözündə hikmət, hərəkətində ədəb, davranışında sadəlik daşıyırdı. Gənclərə həmişə nəsihət edərdi: “Elm insanı ucaldar, zəhmət insanı kamilləşdirər”. Onun bu sözləri indi də bir vəsiyyət kimi səslənir.
Musa müəllimin 90 yaşı tamam olur. Zamanın keçməsinə baxmayaraq, onun adı hələ də ehtiramla yad olunur. Çünki o, ömrünü boş keçirmədi, bir xalqın gələcəyinə sərf etdi. Şagirdlərinin uğurları, kəndin maariflənməsi, məktəbin şöhrəti – bunların hamısı Musa müəllimin ruhani zəfəridir.
Onun ömrü bir məktəb idi. Həyatı isə dərs. Hər dərsi vicdan, hər imtahanı zaman… Və bu imtahandan Musa müəllim üzüağ çıxmışdır.
Bu yubiley günündə biz hamımız bir daha anlayırıq ki, Musa müəllim kimi insanlar ölmür. Onlar yaddaşlarda, şagirdlərin taleyində, kəndin yollarında, məktəbin divarlarında, kitabların sətrlərində yaşayır.
Musa müəllim – 90. Bu sadəcə bir yaş deyil, bu, fədakarlığın, zəhmətin, Vətənə sədaqətin, müəllim adına sədaqətin zirvəsidir.
Musa Lütfəli oğlu Məmmədov 5 oktyabr 1935-ci ildə Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. 1943-cü ildə Qızılavar kənd yeddillik məktəbinin birinci sinfinə daxil olmuş, 1950-ci ildə buranı bitirdikdən sonra təhsilini Boradigah kənd orta məktəbində davam etdirmişdir. Boradigah kənd orta məktəbini 1953-cü ildə bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1957-ci ildə ali təhsilini başa vuran Musa müəllim, Bədəlan kənd orta məktəbinə fizika müəllimi göndərilir. Üç il Bədəlan orta məktəbində müəllim işlədikdən sonra 1960-cı ildə Qızılavar səkkizillik məktəbinə direktor müavini, 1972-ci ildə isə Qızılavar orta məktəbinin direktoru təyin olunur və 1997-ci ilə kimi bu vəzifədə çalışır. 1997-2005-ci illərdə isə Qızılavar tam orta məktəbinin psixoloqu olmuşdur.
23 dekabr 2011-ci ildə dünyasını dəyişən Musa müəllimin əziz xatirəsi müəllimlərin, şagirdlərin yaddaşında yaşayır və yaşayacaqdır.

Allah Sizə rəhmət eləsin Musa müəllim!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see181

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri