Icma.az
close
up
RU
“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üçün real şərait yaranıb” RƏY

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üçün real şərait yaranıb” RƏY

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Doha Forumunda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan panel müzakirələrində Vaşinqton razılaşmasının əhəmiyyətini və onun icrası ilə bağlı görülən işləri, eyni zamanda Azərbaycan və Ermənistan arasında etimadın artırılmasını və sülhün regiona ciddi iqtisadi faydalar, dividendlər verəcəyini bildirdilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, bu dialoqun aparılması və digər görüşlərin keçirilməsi, o cümlədən Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin Ermənistana, Ermənistan nümayəndələrinin isə Azərbaycana səfərləri baş tutdu: "Bu günlərdə Qəbələdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Ermənistanın Baş nazirinin müavini Qriqoryan və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Sərhədlərin delimitasiyası ilə bağlı məsələlər müzakirə olundu. Eyni zamanda növbəti görüşün Ermənistanda keçiriləcəyi barədə qərar qəbul edildi. Bütün bunlar onu göstərir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün real şərait yaranıb. Bu şəraitin yaranmasının əsas səbəbi isə Ermənistanın konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarından imtina etməsidir. Azərbaycan dəfələrlə bunu bəyan edib.

Bu cür görüşlərin və danışıqların müsbət nəticəsi var. Artıq Ermənistanda yeni konstitusiya hazırlanır. Bu günlərdə Ermənistanın Ədliyyə naziri bildirib ki, mart ayına qədər yeni konstitusiya hazır olacaq. Hesab edirəm ki, bu sənəddə də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır və qaldırılacaq. Son zamanlar həm Ermənistanda, həm də Azərbaycanda aparılan bütün işlər Cənubi Qafqazda sülhə xidmət edir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmalı, Azərbaycanın siyasi və iqtisadi maraqları təmin olunmalıdır. Eyni zamanda kommunikasiyalar açılacaq və münasibətlər normallaşacaq. Bu normallaşmadan sonra Ermənistan-Türkiyə sərhədi də açılacaq və bu, Ermənistana böyük gəlirlər gətirəcək.

Orta Dəhlizin davamı olan Zəngəzur Dəhlizinin (hazırda alternativ olaraq baxılan marşrutun) açılması həm Azərbaycan, həm Ermənistan, həm Türkiyə, həm də digər ölkələrə böyük fayda verəcək. Ən əsası, bu dəhliz vasitəsilə ildə təxminən 15 milyon tondan çox yük daşınacaq. Bu da yükdaşımaların daha sürətli, məsafələrin və xərclərin az olması deməkdir. Bu yol ilə istifadə edən bütün ölkələr iqtisadi qazanc əldə edəcək.

Hesab edirəm ki, Cənubi Qafqazda sülh artıq gəlməkdədir və bu sülhün əsas daşıyıcıları Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Paşinyandır. Onlar öz xalqlarını və revanşist qüvvələri inandırmalıdırlar ki, Cənubi Qafqazda sülh lazımdır və Ermənistan da bu sülh şəraitində yaşamalıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Dekabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri