Azərbaycan və Ermənistan arasında sülh üçün tarixi fürsət yaranıb Ərdoğan
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Ümid edirik ki, Qarabağın işğaldan azad olunması ilə yaranan tarixi fürsət Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına şərait yaradacaq.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Türkiyə səfirlərinin 15-ci konfransında çıxışı zamanı səsləndirib.
Dövlət başçısı qeyd edib ki, Türkiyə münaqişələr və müharibələrlə əhatə olunmuş bir bölgədə yerləşir.
"Əminəm ki, türk diplomatiyası bölgədə sülh və sabitliyin bərqərar olunması üçün fəaliyyətini qətiyyətlə davam etdirəcək", - deyə Ərdoğan vurğulayıb.
Suriya məsələsinə toxunan Türkiyə Prezidenti vurğulayıb ki, Ankara suriyalı qardaşlara hərtərəfli dəstək göstərməyə davam edəcək.
"Ümid edirəm ki, Suriyadakı yeni administrasiya cəmiyyətin bütün təbəqələrinin maraqlarını nəzərə alacaq", - deyə Prezident əlavə edib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 10 Dekabr 2024 23:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















