Icma.az
close
up
RU
Azərbaycan və Ermənistan Avraam razılaşmasına qoşula bilər Trampın elçisi

Azərbaycan və Ermənistan Avraam razılaşmasına qoşula bilər Trampın elçisi

Icma.az, Modern.az saytına istinadən bildirir.

ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News”a müsahibəsində deyib ki, Vaşinqton “Avraam razılaşması”nın genişləndirilməsinə icazə verib.
Modern.az xəbər verir ki, Stiv Vitkoff Azərbaycan və Ermənistanın da yazın gələcəkdə “Avraam razılaşması”na qoşula biləcəyini qeyd edib.

"Mən təxmin edirəm ki, biz nisbətən tezliklə Livanda və hətta Suriyada vəziyyətin normallaşması potensialını görəcəyik. Onlardan güclü müsbət reaksiya gəldi. Bu, Liviya ilə də baş verə bilər. Mən “Avraam razılaşması”na qoşulmaqdan danışıram. Bu, Azərbaycan və Ermənistanla da baş verə bilər, hansı ki, onlar arasındakı münaqişəni həll etməyə çox yaxın olduğumuza inanırıq. Hesab edirəm ki, bu ölkələrin hər ikisi “Avraam razılaşması”na qoşulmaq istəyir", - Stiv Vitkoff deyib.
ABŞ-ın xüsusi nümayəndəsinin sözlərinə görə, “Avraam razılaşması”nın genişlənməsi prezident Donald Tramp üçün çox mühüm təşəbbüsdür və o buna inanır:

“Mən həqiqətən əminəm ki, yaxın bir neçə ay ərzində 4 və ya 5, bəlkə də 6 ölkə “Avraam razılaşması”nı imzalayacaq. Bu, Prezident Trampın dünyada sülh və sabitliyi təşviq etmək üçün xarici siyasət təşəbbüsləri haqqında mühüm siqnal olacaq”.
“Avraam razılaşması” 2020-2021-ci illərdə İsrail və bir sıra ərəb dövlətləri arasında ABŞ-ın vasitəçiliyi ilə imzalanmış bir sıra sazişlərdir. Müqavilənin adı yəhudilik, xristianlıq və islamda adı keçən İbrahim peyğəmbərə istinaddır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 May 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see376

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see262

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see214

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see150

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see146

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see141

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see141

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see139

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see139

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see139

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see131

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see130

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see130

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see127

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see120

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri