Icma.az
close
up
RU
Azərbaycan və Gürcüstan arasında münasibətlər daha da inkişaf edir

Azərbaycan və Gürcüstan arasında münasibətlər daha da inkişaf edir

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2026-cı il aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri regionda siyasi və iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfər çərçivəsində iki ölkə arasında enerji, nəqliyyat və təhlükəsizlik sahələrində mövcud tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunur. Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlığı Cənubi Qafqazda sabitliyin və qarşılıqlı maraqların təmin olunmasında vacib rol oynayır.

Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan və Gürcüstan Cənubi Qafqazda iki müstəqil dövlət olaraq tarix boyu müəyyən dövrlərdə oxşar talelər yaşamış ölkələrdir:
“Hər iki dövlət əvvəlcə Rusiya İmperiyasının tərkibində olub, 1918-1920-ci illərdə qısa müddət müstəqil fəaliyyət göstərib, daha sonra isə təxminən 70 il sovet hakimiyyəti altında qalıb. Nəhayət, 1991-ci ildə müstəqilliklərini bərpa edərək bu günə qədər gələn inkişaf yoluna qədəm qoyublar və regionun formalaşmasında mühüm rol oynayıblar.

Müstəqilliyin ilk illərində Azərbaycan və Gürcüstan arasında münasibətlərdə müəyyən gərginliklər müşahidə olunurdu. Bu dövr Gürcüstanda Zviad Qamsaxurdianın prezidentliyi ilə xarakterizə olunurdu. Həmin illərdə Borçalı bölgəsində yaşayan azərbaycanlı soydaşlarımız üçün əlverişsiz şərait yaranmış, onların bir qismi həmin əraziləri tərk etmək məcburiyyətində qalmışdı. 1993-cü ildə Eduard Şevardnadzenin Gürcüstanda hakimiyyətə gəlməsi və Azərbaycanda Heydər Əliyevin prezidentliyi ilə iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoydu. Bu dövrdən etibarən dövlətlərarası əlaqələr sürətlə inkişaf etməyə başladı. Liderlər arasında formalaşan dostluq münasibətləri ölkələr arasındakı əməkdaşlığa da müsbət təsir göstərdi. Həmin illərdə hər iki ölkə ciddi iqtisadi çətinliklərlə üzləşsə də, Gürcüstanın vəziyyəti daha ağır idi. Azərbaycanın zəngin enerji resursları bu baxımdan mühüm rol oynadı. Azərbaycan tərəfindən göstərilən dəstək nəticəsində Gürcüstanın müstəqil dövlət kimi möhkəmlənməsi mümkün oldu. Gürcüstan rəsmiləri və politoloqlar da dəfələrlə qeyd ediblər ki, Azərbaycanın dəstəyi olmasaydı, ölkənin ayaqda qalması xeyli çətin olardı. Azərbaycan Gürcüstana enerji daşıyıcıları təqdim etməklə yanaşı, əsas tranzit və infrastruktur layihələrinin bu ölkə üzərindən həyata keçirilməsinə şərait yaratdı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi iri layihələr hər iki ölkə üçün böyük iqtisadi dividendlər gətirdi və qarşılıqlı asılılığı gücləndirdi. Bu layihələr eyni zamanda regionda strateji əməkdaşlığın əsas sütunlarından birinə çevrildi”.
O bildirib ki, bu gün Azərbaycan və Gürcüstan arasında münasibətlər müsbət dinamika üzrə inkişaf edir:
“Dövlət başçıları arasında mütəmadi görüşlər, qarşılıqlı səfərlər və əməkdaşlıq perspektivlərinin müzakirəsi bu əlaqələrin daha da dərinləşdiyini göstərir. Gürcüstan prezidentinin seçkidən sonra ilk səfərini Azərbaycana etməsi də Bakıya verilən önəmin bariz nümunəsidir. Eyni zamanda, həyata keçirilən nəqliyyat, logistika və enerji layihələrinin genişləndirilməsi planlaşdırılır. Bu layihələr yalnız iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün strateji əhəmiyyət daşıyır və iqtisadi imkanların genişlənməsinə şərait yaradır. Azərbaycan və Gürcüstan arasında münasibətlərin daha da inkişafı həm ikitərəfli əməkdaşlığı möhkəmləndirir, həm də regionda dayanıqlı sülh və sabitliyin təmin olunmasına mühüm töhfə verir. Gələcəkdə tranzit imkanlarının genişləndirilməsi və enerji layihələrinin artırılması bu əməkdaşlığın daha da güclənəcəyini göstərir”.
Politoloq Zeynal Əmrəliyevin sözlərinə görə, Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin tarixi əhəmiyyəti çox böyükdür:

“Yəni iki ölkə eyni inkişaf yolunu keçib və hər zaman qarşılıqlı şəkildə bir-birləri ilə münasibətlərin normal olmasına çalışıblar. Sevindirici haldır ki, bu münasibətlərin pozulmasına heç bir zaman nə Bakı, nə də Tbilisi imkan verməyib. Bu gün Azərbaycan və Gürcüstan arasında həm mehriban qonşuluq münasibətləri, həm də çox yaxın dostluq və strateji əlaqələr çox yüksək səviyyədədir. Xüsusilə enerji sektorunda iki ölkə arasında güclü şəkildə əməkdaşlıq var. Eyni zamanda Azərbaycan və Gürcüstan beynəlxalq münasibətlər sistemində bir neçə platformada tərəfdaş ölkə kimi birlikdə iştirak edirlər. Ən əsası isə hər iki ölkə çalışır ki, bir-birinin maraqlarını hər zaman müdafiə etsin”. 
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri bu xüsusda çox önəmlidir:
“Dövlət başçısı Gürcüstanda çox önəmli görüşlər keçirdi və Gürcüstan tərəfindən olduqca yüksək səviyyədə qarşılandı. Onun həm ölkə prezidenti, həm baş nazirlə, həm də iqtidar partiyasının rəhbərliyi ilə keçirdiyi görüşlər zamanı Azərbaycan-Gürcüstan münasibətlərinin bundan sonrakı inkişaf mərhələləri geniş şəkildə müzakirə edildi. Gürcüstanda Azərbaycana çox böyük önəm verilir və Azərbaycan orada çox ciddi hörmətə malikdir. Heç də təsadüfi deyil ki, Gürcüstan parlament respublikasıdır və orada əsas fiqur Baş nazirdir. Azərbaycan dövlət başçısını şəxsən Gürcüstanın Baş naziri özü hava limanında yola saldı. Gürcüstan Xarici İşlər Nazirinin verdiyi bu bəyanat da, əlbəttə ki, ikitərəfli münasibətlərin bundan sonrakı inkişafına mühüm töhfə verəcək xüsusi addımdır”.
Leyla Turan
Demokrat.az
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqamətində hazırlanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Aprel 2026 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri