Icma.az
close
up
RU
Azərbaycan və Gürcüstan bir çox sahələr üzrə fəal əməkdaşlıq edir

Azərbaycan və Gürcüstan bir çox sahələr üzrə fəal əməkdaşlıq edir

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən gün Gürcüstanın xarici işlər naziri Maka Botçorişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti, bu gün isə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəmizə işgüzar səfərə gəlib. Bu, keçən ilin son aylarında Gürcüstanda parlament seçkilərinin uğurla keçirilməsi, yeni hökumətin formalaşdırılması və yeni prezidentin seçilməsindən sonra Kobaxidzenin Bakıya ilk səfəridir. Mühüm siyasi hadisələrdən sonra Kobaxidzenin ilk xarici səfərinin ünvanı kimi məhz Azərbaycanı seçməsi ölkələrimiz arasındakı sıx dostluq, müttəfiqlik münasibətlərindən irəli gəlir.

Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Xalq Cəbhəsi"nə deyib ki, Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərimizin hazırkı səviyyəsi həm Bakını, həm də Tiflisi qane edir. Ölkələrimizin ali rəhbərliyi səviyyəsində təşəkkül tapmış fəal siyasi dialoq da əlaqələrimizin daha da möhkəmlənməsinə stimul verir. Ölkələrimiz arasında mütəmadi olaraq dövlət və hökumət başçılarının, eləcə də digər yüksək rəsmilərin səfərləri həyata keçirilir və bu, ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının əyani təzahürü olmaqla yanaşı, həm də əlaqələrin daha da genişlənməsinə təkan verir. İki ölkənin müxtəlif dövlət qurumları arasında ənənəvi sıx təmaslar, o cümlədən hökumətlərarası və parlamentlərarası əməkdaşlıq strateji tərəfdaşlığımıza xüsusi töhfə verir. Bakı və Tiflis beynəlxalq və regional formatlarda da bir-birinə dəstək verməyə və bir-birinin legitim maraqlarına hörmətlə yanaşmağa davam edir:

"Prezident İlham Əliyevin çıxışlarında, görüşlərində dəfələrlə qeyd etdiyi kimi Gürcüstan ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayıblar. Dövlətlərarası əlaqələr də məhz bu möhkəm təməl üzərində qurulub. Eləcə də Gürcüstandakı soydaşlarımız da bu əlaqələrin genişlənməsində, bağlantıların dərinləşməsində mühüm rol oynayırlar.

Gürcüstanla əlaqələrə həmişə böyük önəm verən Ümummilli Lider Heydər Əliyev vaxtilə Azərbaycan və gürcü xalqları arasında tarixi əlaqələrin möhkəmliyindən danışarkən bu iki xalqın qonşu olmağı barədə olduqca ibrətamiz və səmimi bir fikir söyləmişdi: “Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək”. Bu mənada Gürcüstan-Azərbaycan münasibətlərinin bugünkü yüksək səviyyəsi Cənubi Qafqazın narahat və avantürist ölkəsi kimi tanınan Ermənistan üçün də yaxşı nümunə ola bilər".

O, qeyd edib ki, hazırda Azərbaycan və Gürcüstan bir çox sahələr üzrə fəal əməkdaşlıq edir. Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi və humanitar istiqamətləri durmadan inkişaf edir. Azərbaycan və Gürcüstan arasında iqtisadi sahədə əməkdaşlığın hazırkı durumu qənaətbəxşdir. Ölkələrimizin uğurlu regional əməkdaşlığı sayəsində ərsəyə gəlmiş Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələrin regionumuzda və daha geniş coğrafiyada iqtisadi inkişaf və sosial rifahın yüksəldilməsinin sağlam təməlini təşkil edir. Bizim ölkələrimiz arasında mövcud olan və tarixi əlaqələrimizə, qarşılıqlı hörmətə əsaslanan misilsiz dostluq əlaqələri, sıx əməkdaşlıq münasibətləri indi yeni mərhələyə qədəm qoyur:

"Bu gün Azərbaycan və Gürcüstan arasında yaşıl enerji sahəsində də əməkdaşlıq genişlənir. Belə ki, iki ölkə arasında yaşıl enerji və kommunikasiya sahələri üzrə həyata keçirilən layihələr həm Azərbaycanın, həm də Gürcüstanın təmiz enerji təchizatçısı və böyük data ötürücüsü kimi əhəmiyyətini qlobal səviyyədə artırmaqla yanaşı, perspektivdə iqtisadiyyatlarımızın dayanıqlı inkişafına da əlavə impuls verəcək. Bu gün ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətləri onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan dostluğu və həmrəyliyi tarixin sınağından uğurla çıxıb. Ölkələrimiz arasında qarşılıqlı faydalı əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə həm gürcülər, həm də azərbaycanlılar arasında güclü inam var".

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 Yanvar 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see231

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see183

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see168

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see164

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see149

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri