Icma.az
close
up
RU
Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün, çiçəklənmənin, təhlükəsizliyin və inkişafın sarsılmaz sütunlarıdır RƏY

Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün, çiçəklənmənin, təhlükəsizliyin və inkişafın sarsılmaz sütunlarıdır RƏY

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Baş nazir İrakli Kobaxidzenin ilk səfərini Azərbaycana etməsi iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsindən və dərin mahiyyətindən xəbər verir.

Bu fikirləri "Report"a açıqlamasında Gürcüstan-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvü Azər Kərimli deyib. O qeyd edib ki, Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi, Prezident İlham Əliyevin milli maraqlarla bağlı qətiyyətli, güzəştsiz və müstəqil siyasət yürütməsi beynəlxalq münasibətlər sistemində yeni nümunə yaradıb:

"Gürcüstanın da Azərbaycan kimi öz real müstəqilliyini, milli dəyərlərini, mənəvi və tarixi irsini, təhlükəsizliyini və inkişafını qoruması Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatı üçün geniş perspektivlər açır".

Deputat hesab edib ki, Azərbaycanla Gürcüstanın qarşılıqlı faydalılıq prinsipinə söykənən strateji tərəfdaşlığı, mehriban qonşuluq, dostluq və qardaşlıq münasibətləri zamanın sınağından uğurla çıxıb. Bu, hər iki ölkəni Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, çiçəklənmənin və inkişafın sarsılmaz sütunlarına çevirib:

Azər Kərimli

"Azərbaycan və Gürcüstan regionda ənənəvi ailə dəyərlərini, milli ləyaqətlərini, tarixi və mədəni irslərini qoruyan, bölgəyə yad dəyərlərin, qeyri-ənənəvi meyllərin daxil olmasına imkan verməyən, müstqəil milli inkişaf yolunu seçən iki dost dövlət olaraq, qardaş xalqlarımız üçün həyatı və tarixi əhəmiyyət kəsb edən bir missiyanı uğurla davam etdirirlər.

Azərbaycan və Gürcüstan bölgənin gələcəyini birlikdə qurur, öz liderlərinin və xalqlarının müdrikliyi sayəsində bütün xarici müdaxilələrə qarşı sarsılmaz qətiyyət sərgiləyirlər".

A.Kərimlinin sözlərinə görə, dövlətlərə öz geosiyasi maraqlarının istifadə aləti, xalqlara isə "qurbanlıq canlı qüvvə" kimi yanaşan qüvvələrin Cənubi Qafqazda, xüsusilə də Gürcüstanda uzun illərdən bəri gerçəkləşdirmək istədiyi siyasətin yeni təzyiq və təhdid mesajları ilə əhatə olunmuş növbəti həmləsi iflasa uğrayıb:

"Buna görə təkcə region xalqlarının deyil, bütövlükdə daha geniş bir ərazidə yaşayan on milyonlarla insanın təhlükəsizliyinə, rifahına və azadlığına xidmət edir. Azərbaycanla Gürcüstanın nümayiş etdirdikləri birlik, hər iki dövlətin müstəqil inkişaf və milli təhlükəsizlik konsepsiyasından çıxış etməsi, bölgəni öz geosiyasi maraqlarının döyüş meydanına çevirmək istəyən qüvvələrin növbəti dəfə məğlubiyyətə düçar olması kimi də qiymətləndirilə bilər".

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://report.az
archiveBu xəbər 18 Yanvar 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri