Icma.az
close
up
RU
Cənubi Qafqazda nümunəvi Azərbaycan Gürcüstan dostluğu və tərəfdaşlığı

Cənubi Qafqazda nümunəvi Azərbaycan Gürcüstan dostluğu və tərəfdaşlığı

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Gürcüstan əsrlər boyu əsl dostluq münasibətlərini qoruyub saxlaya bilən, bu əlaqələri daha da inkişaf etdirərək strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağı bacaran qardaş ölkədirlər. Tarix boyu mehriban qonşuluq şəraitində yaşayan, milli-mənəvi adət-ənənələri birgə zənginləşdirən gürcü və Azərbaycan xalqları özləri, heç bir vasitəçi olmadan nümunəvi və sağlam münasibətləri qoruyub saxlaya biliblər.Müstəqillik illərində Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və müdrik zəkası sayəsində tamamilə yeni mərhələyə daxil olan Azərbaycan-Gürcüstan münasibətləri Prezident İlham Əliyev tərəfindən daha da irəliyə aparılaraq ən yüksək tərəfdaşlıq səviyyəsinə yüksəldi.

Ötən illər ərzində dövlət başçımız Gürcüstana 10-dan çox səfər edib, eləcə də hökumət başçıları, parlament sədrləri, xarici işlər nazirlərinin qarşılıqlı səfərləri davamlı xarakter alıb. Həmçinin, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyəti intensivləşib. Bu səfərlər və görüşlər, aparılan faydalı müzakirələr siyasi-iqtisadi, sosial-humanitar təmasları dərinləşdirib, qarşılıqlı etimad və açıq dialoq ruhunu möhkəmləndirərək region üçün örnəkverici platformaya çevrilib.
Azərbaycan-Gürcüstan əlaqələri həm ikitərəfli əsasda, həm də çoxtərəfli formatlarda uğurla inkişaf edir. Ölkələrimiz beynəlxalq və regional təşkilatlarda, o cümlədən BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda hər iki tərəfin milli maraqları naminə mühüm məsələlərdə hər zaman bir-birinə dəstək nümayiş etdirirlər. Cənab İlham Əliyevin mətbuata bəyan etdiyi kimi iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir.
Dövlət başçısı postuna seçilməsindən sonra aprelin 16-da ilk rəsmi səfərini Azərbaycana gerçəkləşdirən Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin bu addımı çox mühüm siyasi məna kəsb edir, xalqımıza, cənab Prezident İlham Əliyevə olan böyük ehtiramı əks etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.
Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək keçmiş Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyinin müdafiəsində davamlı mövqe sərgiləyib, beynəlxalq təşkilatlarda öz qətiyyətli iradəsini nümayiş etdirib, 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq səsini dəstəkləyib. Eyni zamanda, Azərbaycan da Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.
İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrdə əldə olunmuş ciddi nailiyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyil.
Azərbaycan və Gürcüstan strateji əhəmiyyətli regionda yerləşməklə, qlobal əhəmiyyətli enerji, nəqliyyat, kommunikasiya layihələrinə imza ataraq bölgədə sabitliyin təmin olunmasına, bir çox ölkələr arasında çoxistiqamətli səmərəli münasibətlərin inkişafına töhfə verməkdədir. Bu nəhəng layihələrin icrası daha geniş coğrafiya üçün böyük önəm daşıyır, ikitərəfli əməkdaşlığın inkişafına xidmət etməklə yanaşı, regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Eyni zamanda, Azərbaycan və Gürcüstanın iştirakı ilə Avropaya yaşıl enerji körpüsünün salınması müasir iqtisadi fraqmentasiyaları formalaşdırır.
Azərbaycan Prezidentinin xatırlatdığı kimi, böyük əhəmiyyət daşıyan bu layihələr Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edir: “Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil”.
Hazırda iki ölkənin müəllifi olduğu böyük nəqliyyat-kommunikasiya layihələri, yeni inşa edilmiş infrastrukturlar, dəmir yolları, limanlar böyük sinergiya konsepsiyası kimi ətraf dövlətlər arasında iqtisadi-ticari-kommunikativ bağlantıları nəhəng bir habda birləşdirir, dərin inteqrasiya qətiyyətləri ilə Cənubi Qafqazı Orta Dəhlizin ayrılmaz hissəsinə çevirir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi sülhün, əmin-amanlığın bərqərar edilməsinə öz töhfəsini verən Gürcüstan və Azərbaycanın liderliyi ilə bundan sonra ümid etmək olar ki, Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq.
Hazırda hər iki ölkə əməkdaşlığın formatını daha da genişləndirmək, yeni istiqamətlər üzrə möhkəm təməllər yaratmaq üçün sarsılmaz iradə ilə çalışır. İndiyə qədər ölkələr arasında imzalanmış 119 sənəd bir çox sahələrdə geniş əməkdaşlıq üçün möhkəm hüquq baza yaratmaqla, yeni layihələrin həyata keçirilməsinə yol açır.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin bəyan etdiyi kimi rəsmi Bakı və Tbilisi düzgün və ardıcıl siyasətlə regionun potensialından tam istifadə etmək, dünyanın geosiyasi xəritəsində güclü, etibarlı, birləşdirici körpü funksiyasını yerinə yetirmək əzmindədir və ölkələrimizin və xalqlarımızın mənafeyi naminə bir-birinin maraqları nəzərə alınaraq əlaqələr daha da sürətlə inkişaf etdiriləcək.
Beləliklə, Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin daha da irəliyə aparılması istiqamətində növbəti addım kimi səciyyələndirilə bilər və yeni uğurlu proqramların icrasına möhkəm zəmin yaradır.

Ramid Namazov
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:262
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Aprel 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri