Icma.az
close
up
RU
Azərbaycan və Gürcüstan iki qonşu olaraq yeni inkişaf mərhələsinə qədəm qoyur ŞƏRH

Azərbaycan və Gürcüstan iki qonşu olaraq yeni inkişaf mərhələsinə qədəm qoyur ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan qonşu ölkələrlə münasibətləri yüksək səviyyədə saxlamağa çalışır. Məhz Gürcüstan bu qəbildən dövlətdir. Həmçinin qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfdaş və dost ölkə sayır, respublikamızla hərtərəfli əməkdaşlığa böyük maraq göstərirlər. Bu baxımdan Azərbaycanla Gürcüstan münasibətləri xüsusi vurğulanmalıdır.Azərbaycan və Gürcüstan arasında uzun tarixi keçmişə dayanan dostluq, mədəni və siyasi əlaqələr, sıx əməkdaşlıq və mehriban qonşuluq münasibətləri olub. Bu səmimi münasibətlər Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə daha da güclənib bütün sahələr üzrə inkişaf edir. Xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşayırlar. Dövlətlərarası münasibətlərimizin də qədim, zəngin tarixi vardır.İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin noyabr ayının 18-də qurulmuşdur. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, 1996-cı ildə isə Azərbaycanın Gürcüstanda səfirliyi fəaliyyətə başlayıb. 2009-cu ildə Azərbaycanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb. Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan küçə və park və Heydər Əliyevin əzəmətli abidəsi var. Bütün bunlar Heydər Əliyevin Gürcüstanla Azərbaycanın əlaqələrinə böyük önəm verməsi ilə əlaqədardır. Ulu Öndər qeyd etmişdir: “Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardırlar. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək. Bu dostluq, qardaşlıq münasibətlərini Ümummilli Lider Heydər Əliyevin siyasi davamçısı Prezident İlham Əliyev 2003-cü ildən bəri uğurla davam etdirir.Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq münasibətləri, qarşılıqlı hörmət və etimada əsaslanır. Xüsusilə, enerji layihələri və nəqliyyat layihələri iki ölkə arasında əməkdaşlığın bariz nümunələrindəndir. Bu layihələr regionun enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Eyni zamanda, mədəniyyət, təhsil, turizm və digər sahələrdə də əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Gürcüstandakı azərbaycanlı icması və Azərbaycandakı gürcü icması iki ölkə arasında bir körpü rolunu oynayır.

Azərbaycan və Gürcüstanın parlamentlərində fəaliyyət göstərən dostluq qrupları, hər iki ölkə arasında parlamentlərarası əlaqələri gücləndirir və bu əlaqələri daha da dərinləşdirir. Bu platforma üzərindən müxtəlif sahələrdəki qanunvericilik təşəbbüsləri, ticarət və iqtisadi əlaqələrin təkmilləşdirilməsi, mədəniyyət və təhsil sahəsində əməkdaşlığın inkişafı ilə bağlı təşəbbüslər irəli sürülür. Eyni zamanda, bu qruplar, xalqlar arasındakı dostluğu möhkəmləndirir və qarşılıqlı etimadın qurulmasında mühüm rol oynayır. Bu mexanizmlər, Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafında və daha da güclənməsində əvəzolunmaz rol oynayır. Həmçinin, bu platformalar vasitəsilə əlaqələr daha da şəffaf, dinamik və sistematik şəkildə inkişaf edir.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Aprel 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri