Azərbaycan və Gürcüstan mərkəzi bankları süni intellektlə dəstəklənən sistemlərin tətbiqini müzakirə edib
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan və Gürcüstan mərkəzi bankları süni intellektlə dəstəklənən sistemlərin təcrübədə tətbiqi imkanlarını müzakirə edib.
525.az bu barədə Gürcüstan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti Gürcüstana səfəri çərçivəsində bu ölkənin Milli Bankında olub.
Səfər çərçivəsində Gürcüstan Milli Bankının əməkdaşları AMB-nin nümayəndə heyətinə riskə əsaslanan nəzarət, pulların yuyulmasına qarşı mübarizə və maliyyə texnologiyaları sahəsində mövcud təcrübə və praktikadan bəhs ediblər. Eyni zamanda, Gürcüstan Milli Bankında tətbiq edilmiş risk limitlərinin avtomatlaşdırılmış nəzarəti və süni intellektlə dəstəklənən sistemlərin praktikada tətbiqi imkanları müzakirə olunub.
Qeyd olunub ki, bu görüşlər iki ölkənin mərkəzi bankları arasında tərəfdaşlığın dərinləşməsi istiqamətində atılmış mühüm addımdır və hər iki tərəfdə riskə əsaslanan nəzarət mexanizmlərinin inkişafına töhfə verəcək.
Məlumatda bildirilir ki, belə işçi görüşlər hər iki ölkənin mərkəzi bankı üçün vacibdir və maliyyə sabitliyi sahəsində regional əlaqələrin möhkəmlənməsini təmin edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 02 İyul 2025 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















