Icma.az
close
up
RU
Uğurlu əməkdaşlıq modeli

Uğurlu əməkdaşlıq modeli

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat, iki ölkə arasında münasibətlərin sarsılmaz təməllər üzərində qurulduğunu bir daha nümayiş etdirdi. Sentyabrın 30-da Bakıda baş tutan görüş zamanı dövlət başçıları Azərbaycan–İtaliya əlaqələrinin strateji xarakter daşıdığını, bu tərəfdaşlığın artıq bir çox istiqamətlərdə konkret nəticələr verdiyini vurğuladılar.

İkitərəfli əlaqələrdə strateji tərəfdaşlıq səviyyəsi baxımından Prezident İlham Əliyev bəyanatında qeyd etdi ki, İtaliya–Azərbaycan münasibətləri çox uğurla inkişaf edir və bu əlaqələrə “əsl strateji tərəfdaşlıq” səviyyəsi xasdır. Artıq ikinci dəfə Azərbaycanda rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarellanın yeddi il əvvəlki səfərindən bu günədək münasibətlərin yeni mərhələyə yüksəlməsi, qarşılıqlı inamın və siyasi dialoqun dərinləşməsi bu dostluğun davamlılığını təsdiqləyir.
İki ölkə arasında 2015 və 2018-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri bu əlaqələrin hüquqi bazasını təşkil edir və çoxşaxəli əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir.
Azərbaycan və İtaliya arasında iqtisadi münasibətlərin əsas sütunlarından biri energetika sektorudur. Prezident İlham Əliyevin sözlərinə görə, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Azərbaycan nefti İtaliyanın enerji balansında birinci, qazı isə ikinci yerdə dayanır.
2020-ci ildən etibarən TAP (Trans-Adriatik Qaz Kəməri) layihəsi vasitəsilə Azərbaycan qazı İtaliyaya və Avropaya ixrac olunur. Məhz Prezident Mattarellanın 7 il əvvəlki səfəri zamanı göstərdiyi şəxsi dəstək bu mühüm layihənin həyata keçməsində xüsusi rol oynamışdır.
Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və bu, ölkəmizi enerji təhlükəsizliyi sahəsində qlobal miqyasda etibarlı tərəfdaş kimi tanıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu səmimi münasibətlər və qarşılıqlı etimad olmasaydı, bu miqyaslı layihələrin icrası mümkün olmazdı.
Azərbaycan artıq Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzrə də əməkdaşlıq edir. Elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanır. Bu, TAP və Cənub Qaz Dəhlizi kimi layihələrin davamı olaraq, enerji sahəsində əməkdaşlığın yeni, “yaşıl enerji” mərhələsinə keçidini təmin edəcək.
Xəzər dənizinin dibi ilə Orta Asiyadan Avropaya qədər uzanacaq bu enerji körpüsü Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirəcək.
Əlbəttə, iki ölkə arasında əlaqələr yalnız enerji sahəsi ilə məhdudlaşmır. Sentyabrın 30-da Prezident Mattarellanın səfəri çərçivəsində humanitar əməkdaşlıq istiqamətində də mühüm addımlar atıldı. Oktyabrın 1-də Bakıda İtaliya–Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı oldu. Bu ali təhsil ocağının yaradılması təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2020-ci ildə İtaliyaya dövlət səfəri zamanı irəli sürülmüş, layihə ADA Universiteti və İtaliyanın beş aparıcı universiteti – Luiss Guido Carli, Sapienza, Turin Politexnik, Bolonya və Milan Politexnik universitetləri ilə birgə həyata keçirilmişdir.
Hazırda burada 640-dan çox tələbə müxtəlif ixtisaslarda – mühəndislik, dizayn, memarlıq, kənd təsərrüfatı və menecment sahələrində bakalavriat və magistratura səviyyələrində təhsil alır. Universitetdə yaradılan müasir laboratoriyalar, dizayn studiyaları və “bazar meydanı” konsepsiyası ölkələrimiz arasında mədəni, elmi və iqtisadi əlaqələrin inkişafına xidmət edir. Bu təhsil layihəsi həm də İtaliya təcrübəsinin Azərbaycan təhsil sisteminə inteqrasiyasının bariz nümunəsidir.
Prezident İlham Əliyev bəyanatında həmçinin vurğuladı ki, İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək göstərib. Son dövrlərdə bu münasibətlərdə müsbət dinamika müşahidə olunur və bu, Azərbaycan diplomatiyasının balanslaşdırılmış xarici siyasət kursunun nəticəsidir.
Bir sözlə, Azərbaycan–İtaliya əlaqələri bu gün hərtərəfli tərəfdaşlıq nümunəsi kimi dəyərləndirilir. Bu münasibətlər rəsmi sənədlərdə deyil, real layihələrdə, həyata keçirilən iqtisadi, enerji, elm və mədəni təşəbbüslərdə özünü göstərir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, uzaq məsafələrdə yerləşən iki ölkənin bu qədər sıx münasibətlər qurması dünyaya bir örnəkdir. Azərbaycan–İtaliya dostluğu, qarşılıqlı etimad və strateji maraqlar əsasında formalaşaraq, gələcək nəsillər üçün möhkəm təməl yaradır. Bu dostluqdan inkişafın yeni mərhələsinə yüksəlmiş tərəfdaşlıqdır.

Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see598

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see537

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see381

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see286

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see285

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see262

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see259

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see251

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see250

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see249

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see222

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see222

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see219

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see217

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see216

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see216

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see214

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see213

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri