Icma.az
close
up
RU
Azərbaycan və İran əlaqələrin müasir inkişaf mərhələsi: geosiyasi və strateji təhlil ŞƏRH

Azərbaycan və İran əlaqələrin müasir inkişaf mərhələsi: geosiyasi və strateji təhlil ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər qədim tarixi, ortaq dini və mədəni köklərə əsaslanır. Bu münasibətlər uzun illər boyu mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri üzərində inkişaf etmişdir. 2025-ci il aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri və bu səfər çərçivəsində imzalanmış sənədlər, verilmiş bəyanatlar iki ölkə arasında strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Azərbaycan və İran xalqları minilliklər boyu eyni coğrafiyada birgə yaşamış, ortaq dini, dil və mədəni dəyərləri bölüşmüşlər. İslam dininə bağlılıq, klassik ədəbiyyatın, xüsusilə də Firdovsinin, Sədinin, Hafizin və Nizaminin irsinin ortaq olması, Aşura gününün eyni şəkildə yad edilməsi bu dəyərlərin nümunələrindəndir. Qohumluq və etnik yaxınlıq faktoru, xüsusən Cənubi Azərbaycanda yaşayan milyonlarla azərbaycanlının varlığı iki xalq arasında münasibətlərin təməlini təşkil edir. Tarix boyu bu münasibətlər yalnız diplomatik müstəvidə deyil, həm də gündəlik həyatın müxtəlif sahələrində – ticarət, ailə əlaqələri, dini mərasimlər və mədəni tədbirlər vasitəsilə də formalaşmışdır. İranın şimal-qərb vilayətlərində yaşayan azərbaycanlıların dili, adət-ənənələri və həyat tərzi, demək olar ki, Azərbaycan Respublikasındakı soydaşları ilə eynilik təşkil edir. Bu isə xalqlar arasında emosional və mənəvi bağların dərinliyini göstərir. Azərbaycan xalqı üçün İran yalnız qonşu dövlət deyil, həm də ortaq dəyərlərə malik böyük bir sivilizasiyanın daşıyıcısıdır. Bu baxımdan, dövlətlərarası münasibətlər heç də sıfırdan qurulmayıb, əksinə, xalqların təbii yaxınlığına və tarixi təcrübələrinə söykənərək formalaşıb.

Azərbaycan ilə İran arasında münasibətlər 44 günlük Vətən müharibəsi və ondan sonra ciddi sınaqlardan keçdi. Bu dövrdə İranın sərgilədiyi bəzi davranışlar — xüsusən Ermənistanla yaxın münasibətləri gücləndirməsi, Azərbaycan sərhədinə yaxın hərbi təlimlər keçirməsi və bəzi rəsmi şəxslərin sərt ritorikaları — iki ölkə arasında gərginliyə səbəb oldu. Bu münasibətlər yalnız ikitərəfli səviyyədə deyil, həm də regional təhlükəsizlik və geosiyasi müstəvidə mühüm əhəmiyyət daşıyır. Lakin 2025-ci ilin 28 aprel tarixində İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri, bu səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüş və birgə bəyanatlar, eyni zamanda imzalanmış sənədlər, iki ölkə arasında münasibətlərin sabitləşməsi və yeni mərhələyə qədəm qoyması baxımından strateji əhəmiyyət daşıyır. Bu səfər bir sıra mühüm aspektlərdən təhlil oluna bilər:

İran Prezidentinin Bakıya səfəri, öncəki illərdəki gərginliyi yumşaltmaq və əlaqələri yenidən müsbət müstəviyə çıxarmaq məqsədi daşıyırdı. Prezident Pezeşkianın ilk rəsmi xarici səfərlərindən birinin məhz Azərbaycana olması, İran tərəfinin münasibətlərin düzəlməsində nə qədər maraqlı olduğunu göstərir. Bu diplomatik addım, İranın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etdiyini vurğulaması baxımından xüsusi önəm daşıyır.

Son illərdə İran bölgədə artan Türkiyə-Azərbaycan strateji ittifaqından narahatlıq duyurdu. Lakin İran Prezidentinin Bakıya səfəri, bu balansı dəyişdirmək üçün deyil, əməkdaşlıq üzərindən münasibətləri bərpa etmək məqsədi daşıyır. Bu kontekstdə İranın konstruktiv mövqe tutması, Ermənistanla Azərbaycan arasında davam edən sülh danışıqlarına müdaxilə etmədən, regionda sabitliyin dəstəklənməsi mövqeyinə keçməsi regional təhlükəsizlik baxımından müsbət tendensiyadır.

İki ölkə arasında münasibətlər siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət və təhlükəsizlik sahələrini əhatə edən geniş spektrdə inkişaf edir. Hər iki dövlət regional sabitliyin və təhlükəsizliyin təminində maraqlıdır. Azərbaycan və İran mütəmadi olaraq müxtəlif beynəlxalq platformalarda bir-birini dəstəkləmiş, xüsusilə regional təşəbbüslərdə əməkdaşlıq etmişlər. İqtisadi əlaqələrin dərinləşməsi məqsədilə Birgə İqtisadi Əməkdaşlıq Komissiyası fəaliyyət göstərir. Azərbaycan və İran arasında ticarət dövriyyəsi son illərdə əhəmiyyətli dərəcədə artmışdır. Azərbaycanın sənaye və kənd təsərrüfatı məhsulları İran bazarına çıxarılır, eyni zamanda İran istehsalı olan texnika, dərman və digər istehlak malları Azərbaycanda geniş istifadə olunur.

Mədəniyyət sahəsində də əlaqələr möhkəmlənməkdədir. Teatr festivalları, kitab təqdimatları, ortaq film layihələri və universitetlər arasında tələbə mübadiləsi proqramları bu əlaqələrin dərinliyini göstərir. İran universitetlərində təhsil alan minlərlə azərbaycanlı tələbə və Azərbaycanda təhsil alan iranlı tələbələr gələcəkdə bu münasibətlərin dayanıqlılığını təmin edəcək intellektual təbəqə formalaşdırır.

Təhlükəsizlik sahəsində əməkdaşlıq, xüsusilə sərhəd mühafizəsi və qaçaqmalçılıqla mübarizə istiqamətində həyata keçirilən birgə tədbirlər iki ölkənin suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmətini ifadə edir. Son illər ərzində Cənubi Qafqazda və bütövlükdə regionda baş verən geosiyasi dəyişikliklər fonunda Azərbaycan və İran arasında dialoq və əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə, İranın Azərbaycanın ərazi bütövlüyünə verdiyi birmənalı dəstək ikitərəfli münasibətlərin mühüm təməl sütunlarından biridir.

Prezident İlham Əliyevin mətbuata bəyanatında İran və Azərbaycan xalqları arasında tarixi, mədəni və dini bağlara verdiyi önəm, diplomatik ritorikanın yumşaq güc elementləri ilə gücləndirildiyini göstərir. Bu bağlar üzərindən münasibətlərin bərpası, yalnız dövlətlərarası deyil, cəmiyyətlərarası etimadın da artmasına zəmin yaradır.

Bununla belə, münasibətlərin gələcəkdə tamamilə sabit və problemsiz qalması, eləcə də müsbət inkişafı üçün qarşılıqlı etimadın möhkəmləndirilməsi və regionda üçüncü tərəflərin manipulyativ təsirindən uzaq durmaq zəruridir. Azərbaycanın regional təşəbbüslərinin – xüsusilə Zəngəzur dəhlizi və “Bir kəmər, bir yol” layihəsi çərçivəsində logistika layihələrinin reallaşmasında İranla əməkdaşlıq həm iqtisadi səmərəliliyi, həm də regional barışı gücləndirə bilər. Bu baxımdan 28 aprel 2025-ci il tarixində imzalanan sənədlər və verilən bəyanatlar bu strateji baxışın rəsmi əsasını təşkil edir.

İmzalanan sənədlər, razılaşdırılmış əməkdaşlıq istiqamətləri və tərəflər arasında yaranmış etimad mühiti, regionda sabitliyin və dayanıqlı inkişafın təmin olunmasına yönəlib. Bu baxımdan, səfərin nəticələri təkcə ikitərəfli münasibətlərin deyil, eyni zamanda Cənubi Qafqaz və Yaxın Şərq bölgəsində geosiyasi tarazlığın qorunmasına və inteqrasiya təşəbbüslərinin həyata keçirilməsinə mühüm töhfə verəcək. Danışıqların səmimi atmosferi göstərdi ki, hər iki tərəf uzunmüddətli əməkdaşlığı prioritet hesab edir və bu istiqamətdə konkret addımlar atır. Hesab edirəm ki, bu səfər Azərbaycan-İran münasibətlərinin inkişafında çox önəmli rol oynayacaq. Bakıda qəbul edilən qərarlar Azərbaycan-İran münasibətlərində yeni mərhələ olacaq və iki ölkə arasında əlaqələri yüksələn xətlə irəliyə aparacaq. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın hüquqi bazasını möhkəmləndirməklə yanaşı, regionda sabitliyin və rifahın təmininə yönəlmiş ciddi strateji addımlardır. Bu əməkdaşlıq modeli digər qonşu dövlətlər üçün də nümunəvi ola bilər.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər hər iki xalqın tarixi, dini və mədəni yaxınlığına, ortaq maraqlara və regional sabitliyə verdikləri əhəmiyyətə əsaslanır. 2025-ci il aprelin 28-də imzalanan sənədlər və verilmiş bəyanatlar bu münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Enerji, nəqliyyat, sənaye və maliyyə sahələrində əməkdaşlıq, qarşılıqlı siyasi etimad və dostluq atmosferi iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir. Bütün bu əməkdaşlıq formatları regionun inkişafına, ticarət yollarının təhlükəsizliyinə, enerji resurslarının diversifikasiyasına və xalqların rifahına xidmət edir. Azərbaycan və İran münasibətləri, xüsusilə də 2025-ci il aprelin 28-də əldə olunan razılaşmalar, yeni bir mərhələnin başlanğıcı kimi tarixə düşməkdədir. Bu münasibətlərin gələcəkdə də inkişaf edəcəyi və regionda sülh, sabitlik və iqtisadi rifaha töhfə verəcəyi şəksizdir. Dövlət başçılarının qətiyyəti, xalqların birliyi və ortaq iradə bu strateji xəttin davamlı olacağına zəmanət verir.

Vasif Nəbiyev

YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 May 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri