Icma.az
close
up
RU
Azərbaycan və İran: münasibətlərin strateji tərəfdaşlığa yüksəlməsi imkanları TƏHLİL

Azərbaycan və İran: münasibətlərin strateji tərəfdaşlığa yüksəlməsi imkanları TƏHLİL

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfəri Azərbaycan-İran münasibətlərində yeni səhifənin açılması kimi qəbul edilə bilər. İki ölkə arasında münasibətlərin tarixi böyükdür, xüsusilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanın mehriban qonşuluq siyasətini prioritet seçməsi Azərbaycanla İran arasında əlaqələrin təməlini atdı. Bu təməl Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirilib.
Sirr deyil ki, İranda müəyyən dairələr Bakı-Tehran münasibətlərinin yüksəlməsində maraqlı deyil və zaman-zaman münasibətlərin pisləşməsi istiqamətində addımlar atılıb. Pezeşkianın özü də səfərdən öncə AzTV-yə müsahibəsində bu məsələyə toxundu və bildirdi ki, “bəziləri danışmamalı olduğu sözü danışır, bizim öz ölkəmizdə bəziləri hətta, bizim özümüzü də qəbul etmirlər”. Bu fikirlər təsdiq edir ki, İranın hazırki prezidenti Azərbaycanla münasibətlərə xüsusi önəm verir və əlaqələrin pozulması ilə bağlı addımlara qarşıdır. Pezeşkianın Bakıda səsləndirdiyi fikirlər də bu kontekstdə xüsusilə diqqət çəkir.
“Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın köməyi ilə bütün əldə olunmuş nailiyyətləri artıracağıq, öhdəlik götürdüyümüz sənədləri icra edəcəyik. Bəzi məqamlar var ki, hələ yazılmayıb. Amma gərəkdir ki, onları da yazaq və imzalayaq, onları mütləq həyata keçirək. Biz bunların həyata keçirilməsinə, icrasına qəti şəkildə qərarlıyıq. Mən həmin qətiyyəti, həmçinin qardaşımızda görürəm. Allahın köməyi ilə digər layihələri bölgə üçün, İranın və Azərbaycanın gələcəyi üçün, hətta Yaxın Şərq bölgəsi üçün birlikdə yaradacağıq”, deyə - İran Prezidenti vurğuladı.
Burada İran Prezidentinin Azərbaycan Prezidentinə “əziz qardaşım” deyə xitab etməsi diqqətəlayiq məqamdır və bu, iki ölkə liderinin qardaşlıq münasibətinin göstəricisidir. 
Eyni sözlərlə Pezeşkiana xitab edən Prezident İlham Əliyev də 
bildirdi ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq: 
“Biz Prezident Pezeşkianı səbirsizliklə gözləyirdik. Çox təəssüf edirik ki, bir neçə gün bundan əvvəl İranda baş vermiş faciə insan itkiləri ilə nəticələndi. Bir daha qardaş İran xalqına başsağlığı veririk. Allah həlak olanlara rəhmət eləsin, yaralananlara Allah şəfa versin. Bu faciəyə baxmayaraq, Prezident Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir. Biz bunu çox yüksək qiymətləndiririk və Allah xalqlarımızı bu bəlalardan qorusun, həmişə bizim bölgəmizdə sülh olsun, əmin-amanlıq olsun və hər iki ölkə bu istiqamətdə öz səylərini göstərəcək. Hər halda ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutuldu”.
Prezident İlham Əliyevin İranla bağlı siyasəti həmişə mehriban qonşuluq, iki siyasi sistemin dinc yanaşı mövcudluğu,  daxili işlərə qarışmamaq, hər iki xalqın seçiminə hörmətlə yanaşılması prinsiplərinə əsaslanıb. Azərbaycan və İran, eləcə də hər iki ölkənin iştirak etdiyi regional əməkdaşlıq formatının təşəbbüskarı da məhz Prezident İlham Əliyev olub. Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq platformaları belə nümunələrdəndir. 
2020-ci ilin Vətən müharibəsindən sonra da regional əməkdaşlığa əaslanan “3+3” formatı – Azərbaycan, İran, Türkiyə, Rusiya, Gürcüstan və Ermənistan – da Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. Bu, Azərbaycanın İranla münasibətlərə nə qədər önəm verdiyinin təzahürüdür.
Azərbaycan-İran münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi hazırda ən aktual məsələyə çevrilib, xüsusilə Pezeşkianın səfəri və İran rəhbərliyinin Azərbaycanla münasibətlərə verdiyi önəm fonunda. Regionda Azərbaycanın Türkiyə və Rusiya ilə müttəfiqlik, Gürcüstanla strateji tərəfdaşlıq münasibətləri var. İranla strateji tərəfdaşlıq münasibətləri niyə olmasın?! Mövcud vəziyyətdə bunun olması üçün heç bir maneə yoxdur.
İki ölkə arasında tarixi bağlar var, hər iki ölkənin rəhbərliyi münasibətlərin inkişafı üçün siyasi iradə nümayiş etdirir. İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. İslam Əməkdaşlıq Təşkilatı D8, Şanxay Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), ECO belə nümunələrdəndir.
12 dövlətlə quru sərhədinə malik olan İranın ən etibarlı sərhədinin Azərbaycanla olması da Bakının Tehranla münasibətlərə verdiyi önəmin göstəricilərindəndir. 44 günlük müharibədən sonra - 2020-ci ilin noyabrın 16-da Prezident İlham Əliyev Xudafərinə səfər etdi və və Xudafərin körpüsünü “Dostluq körpüsü” adlandırdı. Bu, Azərbaycan-İran sərhədinin dostluq sərhədi olması deməkdir.
Azərbaycanın tranzit imkanları İrana Avrasiya məkanındakı nəqliyyat şəbəkələrində iştirakçılığını artırmaq imkanı verir. “Şimal-Cənub” nəqliyyat dəhlizi, Bakı-Qusar istiqamətində yeni yollar, Kəlalə-Ağbənd layihəsi, onun Arazın üstündən keçməsi ilə faktiki layihənin “Araz dəhlizi” ilə leksikona daxil olması, Fars körfəzi ilə Qara dənizi birləşdirən Kəlalə-Ağbənd-Cəbrayıl-Füzuli-Ağdam-Yevlax-Gəncə-Tbilisi-Batumi marşrutu potensialın nəı qədər böyük olduğunu göstərir. Rəşt-Astara dəmiryolunun tikintisi, Azərbaycanın özünün dəmiryolu infrastrukturunu yeniləməsi də yeni imkanlar açacaq. Bununla yanaşı, enerji sahəsində də iki ölkənin əməkdaşlıq imkanları genişdir. Hətta, İran, Azərbaycan və Rusiya arasında enerji mübadiləsi üçün regional enerji bazarının yaradılması imkanları da var.
İranla Azərbaycanın ticarət dövriyyəsinin artırılması da prioritet istiqamətlərdən biri olmalıdır. Çünki Azərbaycanın qonşu Rusiya və Türkiyə ilə ticarət dövriyyəsinin artması fonunda İranla dövriyyənin həcmi qaneedici deyil. İki ölkənin potensialı fonunda ticarət dövriyyəsinin həcminin artması imkanları genişdir.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan və İran münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün heç bir maneə yoxdur.
Vaqif Hüseynli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Aprel 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see464

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see214

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see206

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see202

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see199

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see155

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see144

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see139

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see139

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see138

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri