Icma.az
close
up
RU
Azərbaycan və Laos iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir

Azərbaycan və Laos iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Azərbaycanla Laos arasında münasibətlər uzun illər ərzində formalaşmış dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Diplomatik əlaqələrin 30 ildən artıq tarixə malik olması, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və parlamentlərarası təmaslar ikitərəfli münasibətlərin siyasi təməlini möhkəmləndirib. Laos Prezidentinin Azərbaycana rəsmi səfəri isə bu siyasi yaxınlığın inkişafı baxımından əhəmiyyətlidir.
Azərbaycan–Laos münasibətlərinin diqqətçəkən tərəfi siyasi əlaqələrin iqtisadi əməkdaşlığın hazırkı səviyyəsindən daha yüksək olmasıdır. Prezident İlham Əliyev bu məsələyə toxunaraq bildirib ki, mövcud ticarət dövriyyəsi iki ölkənin potensialını da əks etdirmir.
Bu yanaşma iqtisadi münasibətlərin genişləndirilməsinə ehtiyac olduğunu göstərir. Biznes forumlarının keçirilməsi, sahibkarlar arasında birbaşa əlaqələrin yaradılması və investisiya layihələrinin qarşılıqlı təqdimatı əməkdaşlığın inkişafı üçün mühüm vasitələrdir. Bakıda keçirilən biznes forumda da gələcək perspektivlərlə bağlı səmərəli müzakirələr aparıldı.
Azərbaycanın xarici ölkələrə investisiya yatırmaq təcrübəsi Laos üçün yeni istehsal sahələrinin yaradılması, iqtisadiyyatın şaxələndirilməsi baxımından imkanlar yaradır.
Laos Prezidenti Thonqlun Sisulit də bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. O, gələcəkdə Azərbaycan şirkətlərinin Laos iqtisadiyyatına daha çox investisiya yatıracağına, ticarət və turizm əlaqələrinin artacağına ümid etdiyini vurğulayıb. Bu mövqe iqtisadi münasibətlərin inkişafı üçün hər iki tərəfdə siyasi iradənin olduğunu göstərir.
İkitərəfli əməkdaşlığın perspektivli istiqamətlərindən biri nəqliyyat və logistika sahəsidir. Azərbaycanın Şərqlə Qərbi birləşdirən Trans-Xəzər marşrutundakı mövqeyi, müasir liman və dəmir yolu infrastrukturu ölkəyə beynəlxalq yükdaşımaların inkişafında rolunu artırır.
Laosun qonşu ölkələrlə dəmir yolu bağlantılarını genişləndirməsi və Çin istiqamətində nəqliyyat imkanları iki ölkə arasında gələcək logistika əməkdaşlığı üçün zəmin yaradır. Prezident İlham Əliyev də bu məsələyə toxunaraq Laosun dəmir yolu layihələrinin gələcəkdə Trans-Xəzər nəqliyyat marşrutuna bağlana biləcəyini qeyd edib.
Prezidentlərin müzakirəsində minalarla mübarizə məsələsinin yer alması da xüsusi əhəmiyyət daşıyır. Hər iki ölkənin müharibələrin uzunmüddətli nəticələri ilə üzləşməsi bu sahədə təcrübə mübadiləsi üçün imkan yaradır. Mina təhlükəsi ilə mübarizə, mütəxəssislərin hazırlanması və müasir texnologiyaların tətbiqi üzrə əməkdaşlıq hər iki tərəfin marağındadır.
Könül Nurullayeva, Milli Məclisin deputatı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Oktyabr 2026 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see308

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see308

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see289

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see269

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see263

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see260

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see247

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see233

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see226

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see223

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see222

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see220

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see218

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see215

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see201

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see199

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see196

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see192

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri