Icma.az
close
up
RU
Azərbaycan və Macarıstan sərhəd nəzarət məntəqələrində baytarlıq və fitosanitar nəzarətin təşkili sahəsində təcrübə mübadiləsi aparacaq

Azərbaycan və Macarıstan sərhəd nəzarət məntəqələrində baytarlıq və fitosanitar nəzarətin təşkili sahəsində təcrübə mübadiləsi aparacaq

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 9 sentyabr, Günel Türksoy, AZƏRTAC

Məlum olduğu kimi, sentyabrın 5-də Budapeşt şəhərində Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası keçirilib. İclasdan sonra “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı” imzalanıb.

Bununla bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, hər iki qurum 2022-ci il 3 fevral tarixli “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında qida təhlükəsizliyi və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu və 2023-cü il 30 yanvar tarixli “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun müddəalarından irəli gələrək, 2025-2027-ci illər ərzində bir neçə istiqamət üzrə əməkdaşlığın həyata keçirilməsinə dair qərara gəlib.

Bunlar sərhəd nəzarət məntəqələrində baytarlıq və fitosanitar nəzarətin təşkili sahəsində təcrübə mübadiləsi, zoonoz xəstəliklərin qarşısının alınması və baytarlıq preparatlarına nəzarət üzrə qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi, zoonoz xəstəliklərin laborator diaqnostikası və risk təhlili sahəsində qarşılıqlı təcrübənin təşviqi, heyvanların ixracı zamanı karantin meydançalarında işin təşkili və ixracdan öncə həyata keçirilən baytarlıq tədbirləri üzrə əməkdaşlıq, baytarlıq nəzarətində olan yüklərin idxal-ixracına dair məhdudiyyətlər, eləcə də ölkələrin epizootik vəziyyəti barədə qarşılıqlı məlumat mübadiləsinin həyata keçirilməsidir.

Həmçinin Fəaliyyət Planında qeydiyyatı tələb olunan məhsulların (yeni növ qida məhsulları, genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları, qida əlavələri, yem əlavələri, bioloji aktiv qida məhsulları, təbii mineral sular), bitki mühafizə vasitələri (o cümlədən pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr), baytarlıq preparatları) qeydiyyat prosedurlarına dair təcrübə mübadiləsi, bitki karantini və mühafizəsi, o cümlədən invaziv növlərin aşkarlanması sahəsində informasiya mübadiləsinin gücləndirilməsi və qabaqcıl texnologiyaların tətbiqinin təşviqi də nəzərdə tutulub.

Qeyd edək ki, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədilə hər iki qurum ildə ən azı bir dəfə ikitərəfli məsləhətləşmələr aparacaq. Tədbirlər Planı imzalandığı gündən etibarən 2027-ci il dekabrın 31-dək qüvvədə olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri