Icma.az
close
up
RU
Azərbaycan və NATO anlaşma protokolu imzaladı FOTOLAR

Azərbaycan və NATO anlaşma protokolu imzaladı FOTOLAR

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan və NATO təlim keçirilməsi ilə bağlı qarşılıqlı anlaşma protokolu imzalayıb.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin hərbi mütəxəssisləri ilə NATO-nun Brunssumda yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupunun ekspertləri arasında “Tərəfdaş ölkələrin qabiliyyət uyarlılığı təşəbbüsü” təliminin II koordinasiya görüşü keçirilib. Görüş Müdafiə Nazirliyi və NATO arasında 2025-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı (IPCP) çərçivəsində baş tutub.

Vurğulanıb ki, general-mayor Vüqar Əliverdiyev Azərbaycan hərbçilərini NATO standartları ilə tanış etmək, onlara operativ planlaşdırma, komanda-idarəetmə prosedurları, NATO üslublu təlimlərin operativ və taktiki səviyyədə planlaşdırılması, o cümlədən icrası barədə biliklər vermək məqsədilə NATO-nun mobil təlim qrupunun təşəbbüsü ilə Azərbaycan-NATO arasında IPCP çərçivəsində mütəmadi olaraq təlim və kursların keçirildiyini bildirib.

Planlaşdırılan təlimin Azərbaycan-NATO əməkdaşlığının daha da dərinləşməsinə, Azərbaycan Ordusunun NATO standartlarına uyğun operativ hazırlıq səviyyəsinin artırılmasına, kollektiv təhlükəsizliyin möhkəmləndirilməsinə, həmçinin regionda sülhə və sabitliyə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

Azərbaycan Ordusunun hərbi qulluqçularının sülhməramlı missiyalarda, eləcə də NATO ilə tərəfdaşlıq çərçivəsində digər sahələrdə peşəkar fəaliyyətinin müsbət qiymətləndirildiyi qeyd olunub.

Görüşdə, həmçinin, maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, təlimin keçirilməsi ilə bağlı qarşılıqlı anlaşma protokolu imzalanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri