Icma.az
close
up
RU
Kişineuda Zəfərimizin altıncı ildönümü qeyd edilib

Kişineuda Zəfərimizin altıncı ildönümü qeyd edilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kişineu, 7 noyabr, AZƏRTAC

Azərbaycanın Moldovadakı səfirliyinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Moldovanın dövlət himnləri səsləndirilib.

Səfir Ülvi Baxşəliyev çıxışında qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi bu böyük Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. “Əldə olunan bu tarixi nəticə Azərbaycan xalqının milli iradəsini və mübarizə əzmini nümayiş etdirməklə yanaşı, ədalətin təmin edilməsi və regionda davamlı sülhün bərqərar olunması baxımından yeni imkanlar yaratdı”, - deyə səfir əlavə edib.

Səfir çıxışında işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinin uğurla həyata keçirildiyini, Qarabağın və Şərqi Zəngəzurun simasının əsaslı şəkildə dəyişdirildiyini vurğulayıb. O, “Böyük Qayıdış” proqramı çərçivəsində minlərlə keçmiş məcburi köçkünün doğma yurdlarına qayıtdığını və həmin ərazilərdə həyatın yenidən canlandığını qeyd edib.

Səfir, həmçinin hər il noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi qeyd edilməsi barədə Prezident İlham Əliyevin 2009-cu ildə Sərəncam imzaladığını xatırladıb.

Moldovanın daxili işlər naziri Daniella Misail-Nikitin Azərbaycanın Zəfər Günü münasibətilə təşkil olunmuş qəbulda iştirakdan məmnunluğunu ifadə edərək, Moldova Hökuməti adından Azərbaycan xalqına sülh və firavanlıq arzularını çatdırıb. O, Moldovada yaşayan Azərbaycan icmasının üzvlərinin ailə və dostluq əlaqələri vasitəsilə iki xalq arasında münasibətlərin möhkəmləndirilməsinə mühüm töhfə verdiklərini qeyd edib.

Cənubi Qafqazda sülhün təmin olunmasının Moldova üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirən nazir, hər bir ailənin təhlükəsiz şəraitdə gələcəyini planlaşdırmasının vacibliyini diqqətə çatdırıb. O, 2025-ci ilin avqust ayında Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaları müsbət qiymətləndirərək, Azərbaycanın regionun inkişafında yeni mərhələnin başlanması üçün siyasi iradə və qətiyyət nümayiş etdirdiyini vurğulayıb. Uzunmüddətli sülhün və sabitliyin möhkəmləndirilməsi baxımından yenidənqurma işlərinin, infrastrukturun bərpasının, eləcə də məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün şəraitin yaradılmasının mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Nazir çıxışında Moldovanın münaqişədən zərər çəkmiş ərazilərdə humanitar minatəmizləmə fəaliyyətlərinə dəstək göstərməyə hazır olduğunu bəyan edib. O, hərbi əməliyyatların başa çatmasından illər keçməsinə baxmayaraq, minaların insanların öz torpaqlarında işləməsi və doğma evlərinə qayıtması üçün ciddi təhlükə yaratmaqda davam etdiyini bildirərək, Moldovanın bu istiqamətdə faydalı ola biləcəyi sahələrdə Azərbaycana yardım göstərmək niyyətində olduğunu vurğulayıb.

Tədbirin bədii proqramı çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti Ərəstun Quliyev (vokal) və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artisti Tofiq Şıxıyev (piano) tərəfindən Azərbaycan xalq və bəstəkar mahnıları ifa olunub. İştirakçılara, həmçinin 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə və regionda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrinə həsr olunmuş fotosərgi təqdim edilib.

Tədbir çərçivəsində qonaqlara Azərbaycan milli mətbəxinin zəngin nümunələri də təqdim olunub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri