Azərbaycan və Niderland arasında mühüm müzakirə
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Niderland Krallığının Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin rəhbəri Karolin Ramaekers 13–14 noyabr tarixlərində Azərbaycana səfər edib.
Axar.az xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyinin X sosial şəbəkəsindəki səhifəsində bildirilib.
Məlumata əsasən, səfər çərçivəsində o, dövlət qurumlarının nümayəndələri ilə görüşərək siyasi dialoq, ikitərəfli münasibətlər, eləcə də Bakı ilə Amsterdam arasında yeni əməkdaşlıq imkanlarını müzakirə edib.
Ramaekers həmçinin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, eləcə də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa idarəsinin müdiri vəzifəsini icra edən Anar Əcəmov ilə görüşüb.
Bundan əlavə, AZPROMO nümayəndələri ilə görüşlər keçirilib, tərəflər Niderland şirkətləri üçün investisiya imkanlarını, biznes mühitini və Azərbaycanın ixrac potensialını müzakirə ediblər. Səfər işgüzar qəbul ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 17 Noyabr 2025 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















